Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olundu- FOTOLAR

 

“Nar”ın dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq “B4B: Business for Business” adlı kitab nəşr olunub və bir sıra ali təhsil müəssisələrində tələbələrə təqdim edilib. Kitab müasir biznesin idarə olunmasına dair praktik yanaşmalar, strateji planlaşdırma və innovativ inkişaf yollarını əhatə edir. Müəlliflər Abbas Abbasov və Vladimir Klimov nüfuzlu Stokholm İqtisadiyyat Məktəbinin məzunlarıdır. Kitabda təqdim edilən ideyalar da məhz bu ali məktəbdə aparılmış tədqiqat və təcrübələrə əsaslanır.

Yenixeber.org: Kitabın təqdimatları Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Bakı Mühəndislik Universitetində keçirilib. Görüşlərdə iqtisadiyyat və biznesin idarə edilməsi fakültələrinin 200-ə yaxın tələbə və müəllimi iştirak edib. Müəlliflər oxucularla birbaşa ünsiyyət quraraq nəşrin əsas ideyalarını və onların praktik tətbiq imkanlarını müzakirə ediblər.

“B4B” və ya “Business for Business” müasir idarəetmə konsepsiyası kimi şirkətin işgüzar tərəfdaşları ilə sıx əməkdaşlığa, innovasiyalar üzərində birgə fəaliyyətə və nəticədə daha davamlı və sürətli inkişafa əsaslanır. Bu yanaşma kitabda “Toyota”, “Procter & Gamble”, “Coca-Cola”, “IKEA” və digər dünyaca məşhur şirkətlərin nümunələri əsasında aydın və praktik şəkildə izah olunur. Nəşr sahibkarlar, menecerlər və biznesə yeni başlayanlar üçün dəyərli bir bələdçi rolunu oynayır.

“Nar”ın bu təşəbbüsə dəstəyi şirkətin maarifləndirmə və gənclərin inkişafına yönəlmiş sosial məsuliyyət strategiyasının davamıdır. Mobil operator gənclərin bilik və bacarıqlarının artırılmasına xidmət edən layihələrə daim önəm verir.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.



 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam