Redaktor seçimi
Memar Əcəminin ruhuna ZAHİRən “vurulan balta” – Uşaq ayaqqabısı ilə başlayan biznesin izi ilə/
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!:
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
Günün xəbəri

AZƏRBAYCANIN İDXALI KƏSKİN ARTIR –Ölkə iqtisadiyyatını nə gözləyir?

Azərbaycan Dövlət Gömrük Komitəsinin 2025-ci ilin yanvar-aprel aylarına dair yaydığı rəsmi məlumatlara əsasən, ölkənin xarici ticarət strukturunda ciddi dəyişikliklər müşahidə olunur. İdxalın artım tempi ixracı xeyli üstələyir və bu, müsbət ticarət saldosunun sürətlə azalmasına, idxaldan asılılığın təhlükəli həddə yaxınlaşmasına səbəb olur.

Yenixeber.org: Statistikaya görə, 2025-ci ilin ilk dörd ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 16.9 milyard dollar təşkil edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3.3 milyard dollar və ya 24 faiz artım deməkdir. Lakin ixrac cəmi 7.5 faiz artdığı halda, idxalda 49 faizlik yüksəliş müşahidə olunub. Bu göstəricilər daxili istehsalın zəifliyinə və tələbatın daha çox xarici mallarla ödənilməsinə işarə edir.

2025-ci ilin yanvar-aprel aylarında ölkəyə 8.1 milyard dollar dəyərində məhsul idxal olunub. Ən böyük pay (25%) maşın, mexanizm, elektrik aparatları və avadanlıqların payına düşür. Bu sahə texnoloji modernizasiya ilə sıx bağlıdır. Yüksək texnologiyalı məhsulların idxalı 8.1 faiz təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 14 faiz artım deməkdir.

Yeyinti məhsullarının idxalda payı 17.3 faizdir. Ət idxalı 70 faizə yaxın artaraq 4410 ton təşkil edib. Tikinti materialları – oduncaq, qara metallar və plastmassa məhsulları üzrə də artım var. Eyni zamanda, hibrid avtomobillərin sayı 22.3%, dəyəri 66.8% artıb. Elektrik avtomobillərinin sayı 33.9%, dəyəri isə 32.8% artıb.

İdxal artımının əsas səbəbləri bunlardır:

-İnfrastruktur layihələri:Dövlət büdcəsi hesabına həyata keçirilən layihələr idxalın artmasına təkan verib.

-Texnoloji yenilənmə:Maşın və avadanlıq idxalının artması sənaye sektorunun modernizasiyası ilə bağlıdır.

-Tələbatın yüksəlməsi:Əhali gəlirlərinin artması fonunda istehlak səviyyəsi də yüksəlib.

Hökumət müsbət saldo olduğunu bildirir – 651.7 milyon dollar. Lakin bu rəqəm ötən ilin eyni dövründəki göstəricidən 4.1 dəfə azdır. Mütəxəssislər hesab edir ki, bu saldo yalnız neft və qaz ixracı hesabına qorunur.

İqtisadçılar bu vəziyyəti aşağıdakı risklərlə izah edirlər:

--Neft gəlirlərində və hasilatında azalma;

-Qeyri-neft ixracının zəif inkişafı;

-İdxalın sürətlə artması.

Bu vəziyyət valyuta ehtiyatlarının azalmasına, manata təzyiqin artmasına və sərt monetar siyasətə keçidi zəruri edə bilər. Hökumət ÜDM-də 0.9 faiz artım proqnozlaşdırsa da, ekspertlər bu rəqəmin real iqtisadi vəziyyəti əks etdirmədiyini bildirirlər.

Milli valyutanın təzyiq altına düşməsi idxal məhsullarının bahalaşmasına və qiymət artımına səbəb ola bilər. Əhalinin xərcləri gəlirlərini üstələdikcə, orta təbəqənin alıcılıq qabiliyyəti zəifləyəcək və sosial narazılıqlar arta bilər.

İqtisadçı Vahid Məhərrəmlinin sözlərinə görə, 2025-ci ilin ilk 4 ayında yeyinti məhsullarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 11.9 faiz artıb:  “Xatırladım ki, 2024-cü ilin yanvar-aprel aylarında ölkəyə 773 milyon 337 min dollar dəyərində, 2025-cü ilin eyni dövründə isə 866 milyon 122 min dollar dəyərində yeyinti məhsulları idxal edilib. Bu ilin ilk 4 ayı ərzində əvvəlki ilin eyni dövrü ilə müqayisədə yeyinti məhsulları idxalı dəyər ifadəsində 92 milyon 785 min dollar çoxalmışdır. Qeyd etməliyəm ki, son 5 ildə yeyinti məhsulları idxalı 63,3%, son 10 ildə isə 2,5 dəfədən çox artıb. Bu il buğda idxalı 57,2%, tərəvəz idxalı 12,8%, süd idxalı 38,5%, kərə yağı idxalı 59,8%, əsasən kəsim üçün nəzərdə tutulan heyvanların idxalı isə 2,6 dəfə artıb”.

Ekspert kənd təsərrüfatının vəziyyətindən narahatlığını bildirərək, aidiyyəti qurumların passivliyini tənqid edir.(Azpolitika)

Rasim Əliyev


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam