Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

Hacı Surxay nəzir pulları ilə maşın alıb? —Şeyxin qudası DANIŞDI

“O da Allahın bir bəndəsidir, siz də, mən də, nə fərqi var ki. Din adamı o demək deyil ki, maşın sürə bilməz, gözəl məclislərdə iştirak edə bilməz. Allah verib, qismət edib, sürür. Sadəcə bizdə bir xəstəlik yayılıb, hamının arxasınca bir söz deyirlər. Azərbaycanda mənə bir dənə kişi göstərin ki, arxasınca və haqqında bir söz deyilməyib? Var elə adam? Bu bir xəstəlikdir yayılıb, Allah şəfa versin millətimizə”. 

Yenixeber.org: Bunu Milli Məclisin keçmiş deputatı, Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə deyib. 
“Cümə” məscidinin axundu Hacı Surxay Məmmədlinin bahalı maşınını nəzir pulları ilə alması iddialarından danışan Qalib Salahzadə qeyd edib ki, Azərbaycanda yığılan nəzir pulları böyük məbləğdə olmur:
“Mən 35 ildir ki, hər il Kəbədə oluram. Kəbənin açarını saxlayan şəxsin 2 dəfə qonağı olmuşam. Bir dəfə ondan soruşdum ki, bu qədər insanlar gəlir-gedir, nəzir verənlər olur? 
Dedi ki, yox, sən gör nədən danışırsan, dövlət mənə 8 milyard büdcə ayırır. İndi siz təsəvvür edin, Azərbaycanda nə qədər insan məscidlərə gedir, nə qədər insan nəzir-niyaz verir ki, böyük məbləğ yığılsın?”.
Qeyd edək ki, sosial şəbəkələrdə Hacı Surxay Məmmədlinin bahalı avtomobil sürməsini əks etdirən görüntülər yayılıb. Həmin avtomobilin vətəndaşlardan yığılan nəzir pulu ilə alındığı iddia edilir.(demokrat.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam