Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

QƏRBİN QORXDUĞU “QƏLƏBƏ PLANI”... - Zelenski NATO deyir, NATO isə “yox” deyir

Ukrayna Prezidenti Volodimir Zelenskinin ötən gün ölkə parlamentində təqdim etdiyi “Qələbə planı”na reaksiyalar göstərir ki, orada qeyd edilən tələblərdən Rusiyadan daha çox Ukraynanın Qərbdəki tərəfdaşları narahatdırlar. Nəinki narahatdırlar, hətta qorxurlar…

Yenixeber.org: Planın 1-ci bəndi, yəni, Ukraynanın dərhal NATO-ya dəvət edilməsi (qəbul edilməsi yox, yalnız hələlik dəvət edilməsi) Qərb liderlərinin ən çox narahat olduğu və qəbul etmədikləri şərtdir. “Rusiyanı qıcıqlandırmamaq üçün” Qərb artıq bu şərtin mümkünsüzlüyü barədə siqnallar verir və Zelenskinin planının əhəmiyyətini kölgə altına alır.

Artıq bundan öncə bir neçə cəsarətli açıqlamalar verən NATO-nun yeni Baş katibi Mark Rutte Zelenskinin təqdim etdiyi "Qələbə planı"nın yaxşı siqnal olduğunu, lakin mövcud vəziyyəti nəzərə alaraq bütövlükdə bunu dəstəkləyə bilməyəcəyini söyləyib. Təbii ki, onun “dəstəkləyə bilməyəcəyi” əsas məsələ Ukraynanın dərhal NATO-ya dəvət edilməsidir.

“Əlbəttə, Zelenski və komandasının bu planı hazırlamaları güclü siqnaldır... Bu o demək deyil ki, mən bütün planı dəstəklədiyimi deyə bilərəm. Bu bir az çətin olardı, çünki bir çox məsələlər var ki, onları daha yaxşı başa düşməliyik” – deyə, o, bildirib.

Hansı ki, planda hər şey aydın yazılıb və çətin başa düşüləcək heç nə yoxdur…

Qeyd edək ki, Zelenskinin planında Ukraynanı rəsmi olaraq NATO-ya dəvət edilməsilə yanaşı, Rusiyanın dərinliklərinə Qərb silahları ilə zərbə endirilməsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması da var. Lakin Ukraynanın başlıca müttəfiqi olan ABŞ təkcə NATO-ya dəvət deyil, Rusiya ərazilərinə zərbə endirilməsinə icazə verilməsi mövzusunda da Ukrayna üçün qapıları bağlayır.

“Ukrayna yaxın gələcəkdə NATO-ya üzv ola bilməyəcək”. Bunu ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Culian Smit deyib

“Hazırda alyansa dəvətin təqdim edilməsindən danışıldığı mərhələdə deyilik” – deyə, o, qeyd edib.

Eyni zamanda, Smit xatırladıb ki, ötən yay NATO Ukraynaya bloka mütləq daxil ediləcəyini vəd edib: “Düşünürəm ki, NATO-nun bununla bağlı mövqeyi çox aydındır”.

Daimi nümayəndə əlavə edib ki, alyansın Kiyevlə üzvlüklə bağlı danışıqları və ABŞ-nin Ukraynaya hərbi yardımı davam etdiriləcək. Lakin Amerika tərəfinin Rusiyanın dərinliklərinə Qərb silahları ilə zərbələrə icazə verilməsi məsələsində mövqeyi dəyişməz olaraq qalır. Yəni, buna hələ də icazə verilmir.

Beləliklə, “Qələbə planı”nın 1-ci və başlıca bəndi olaraq Ukraynanın NATO-ya dəvəti şərtinin qoyulması bütünlükdə bu planın reallaşma ehtimalını minimuma endirir. Sözsüz ki, planı hazırlayan Zelenski və onun komandası da bunu anlayır. Buna baxmayaraq, həmin şərtin önə çəkilməsi bitr tərəfdən Ukraynanın vəziyyətinin ağırlığından, az qala ümidsizliyindən xəbər verir. Ukraynada daha çox anlayırlar ki, NATO-nuin təhlükəsizlik çətiri altına girçməyəcəyi təqdirdə bu dövlətin gələcək mövcudluğu sual altında olacaq və Rusiya ondan əl çəkməyəcək.

Ancaq məsələnin digər maraqlı və vacib tərəfi də var. Zelenski NATO üzvlüyü məsələsini 1-ci yerə qoymaqla, Rusiya ilə gələcək atəşkəs danışıqlarında bu mövzunun Ukrayna üçün prioritet olduğunu qətiyyətlə ifadə edir. Zelenski NATO müttəfiqlərini fakt qarşısında qoyur. Yəni, Kiyevin əsas tələbi odur ki, Rusiya ilə danışıqlarda Ukraynanın NATO üzvlüyü perspektivi güzəşt, bazarlıq mövzusu ola bilməz. Baxmayaraq ki, Putinin əsas şərti məhz Ukraynanın heç bir hərbi bloka daxil olmamasıdır.

Bununla yanaşı, Putin üçün NATO-nun Ukraynaya buraxılmaması nə qədər prinsipial məsələdirsə, Ukrayna üçün də ölkənin NATO-ya qoşulması bir o qədər həyati əhəmiyyət kəsb edən məsələdir. Ukrayna indi bu məsələdə Qərbdən qətiyyət tələb edir. 

Qərb liderləri isə öz riyakar, qorxaq, ikiüzlü siyasətlərindən çıxış edərək, Ukraynaya yalnız vəd verir, lakin konkret vaxt göstərmir. Yəni, ortada vəd var, lakin Ukraynanın NATO-ya üzvlüyü 10 ildən, hətta 50 ildən, 100 ildən sonra da ola bilər. Ancaq bir məsələ açıq qalır ki, həmin vaxt Ukrayna özü müstəqil dövlət kimi mövcud olmaya bilər…(azpolitika)

C.Məmmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam