Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Dünyanı nüvə müharibəsindən Türkiyə XİLAS edə bilər -ŞƏRH

Ankara hazırda NATO-dakı müttəfiqləri ilə Rusiya ərazisini uzaqmənzilli silahlardan vurmamaqla bağlı fəal diplomatiya aparır

“Bu gün Türkiyədə ən çox müzakirə olunan mövzu NATO-nun Ukraynaya təcavüzünə qarşı çıxmaqdır. NATO üzvü olan Türkiyə heç vaxt Qərblə əlaqələri kəsməyə bu qədər yaxın olmamışdı”.

Bu barədə “Svobodnaya Pressa” yazır.

Bildirilir ki, Ankara hazırda NATO-dakı müttəfiqləri ilə Rusiya ərazisini uzaqmənzilli silahlardan vurmamaqla bağlı fəal diplomatiya aparır. Belə ki, Praqada keçirilən görüşdə nazir Fidan Amerikanın dövlət katibi Blinkenlə bağlı qapılar arxasında görüşüb və əsas müzakirə mövzusu Ukrayna olub. Türkiyənin xarici işlər naziri Hakan Fidan heç bir halda belə bir razılıq verməyəcəyini bildirib.

HAKAN .png (1.06 MB)

Praqada ABŞ dövlət katibi Antoni Blinkenin də iştirak etdiyi NATO diplomatiya rəhbərlərinin qeyri-rəsmi görüşündən sonra Fidan Ukraynadakı vəziyyətlə bağlı mövqeyini şəxsən izah etmək üçün aparıcı Türkiyə və Qərb nəşrlərinin jurnalistləri ilə geniş tərkibdə görüş keçirib.

Nazirin sözlərinə görə, onun ölkəsi NATO-nun Ukraynadakı hərbi əməliyyatlarda iştirakının qəti şəkildə əleyhinədir. Hakan Fidan “Ukraynaya davamlı yardımı dəstəkləyirik, lakin münaqişədə NATO-nun iştirakını istəmirik” deyib.

Nəşr yazır ki, rəsmi Ankara hesab edir ki, NATO-nun hərbi əməliyyatlara cəlb olunması dünyada ciddi böhrana səbəb ola bilər. Bildirilir ki, Türkiyə Ukrayna Silahlı Qüvvələrinə özüyeriyən artilleriya qurğuları tədarük etməlidir, lakin NATO ilə gərginlik fonunda bu silahların verilməsi baş tutmaya bilər.

ERDO EN SON.jpg (89 KB)

İstanbul Universitetinin eksperti Hakan Günəş Almaniyanın “Tagesshchau” nəşrinə müsahibəsində deyib ki, Türkiyə indi böyük münaqişələrdə tərəf deyil, vasitəçi rolunu oynamağa çalışır. “Ukrayna münaqişəsində ən böyük fəallığı Türkiyə göstərdi. O, həmçinin Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi və Qara dənizdəki “taxıl dəhlizi” ilə bağlı danışıqlarda iştirak edib”.

Hakan Günəş Türkiyə hakimiyyətinin bu çevikliyini regional münaqişələrin bütün tərəfləri ilə yaxşı münasibətlər saxlamaq istəmələri ilə izah edir.(musavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam