Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Kreml İrəvanı Avropa Birliyi ilə bağlı təhdid etdi:Rusiya Ermənistanın birbaşa suverenliyini hədəfə alır

Rusiya Ermənistana "iki stulda eyni vaxtda oturmaq" imkanı tanımayacağını sərt məzmunlu xəbərdarlıq ilə bəyan etdi... Kreml rəsmi İrəvana son davranışları ilə Ermənistan dövlətçiliyini riskə atdığını, ölkənin gələcək taleyini təhlükəyə saldığını xatırlatdı...

Yenixeber.org: Ermənistan ətrafında yaranmış situasiya zaman keçdikcə, daha da qəlizləşir. Rəsmi İrəvan Ermənistanın gələcək taleyi ilə bağlı konkret strateji planlar qurmaq şansını tamamilə əldən vermiş kimi görünür. Çünki Paşinyan hakimiyyətinin xarici siyasət kursunda "xaotik prioritetlər" modeli üstünlük təşkil edir. Rəsmi İrəvan Ermənistan üçün yeni strateji tərəfdaşlıq münasibətləri qurmağa çalışır. Ancaq müstəqillik dövrünün bütün mərhələlərində mövcud olan analoji müəssisələr hələ də aktualdır. Və bu iki xarici siyasət vektoru hazırda bir-biri ilə kəskin ziddiyyət təşkil edir.

Çünki rəsmi İrəvan yeni strateji tərəfdaşlıq münasibətlərini indiyə qədər mövcud olanlara paralellik təşkil edən siyasi məkanlarda axtarmır. Əksinə, Paşinyan hakimiyyəti eyni vaxtda iki düşmən beynəlxalq düşərgə ilə Ermənistanın maraqlarını uzlaşdırmağa cəhd göstərir. Halbuki, indiki situasiyada bu, qətiyyən mümkün görünmür. Və nəticədə Ermənistan düşdüyü dalandan çıxmaq şansı qazanmaq əvəzinə daha qəliz "geopolitik labirint"də vurnuxmaq məcburiyyətində qalmış olur.

3d107a676f63b4b95b2c610cfc9a996f.jpg (196 KB)

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Ermənistanı Rusiyadan uzaqlaşdırmağa nail ola bilməyib və yaxın gələcək üçün də bu, mümkün görünmür. Hər halda, Ermənistanın iqtisadiyyat da daxil olmaqla, bütün həyati sahələr üzrə tamamilə Rusiyadan asılı olduğunu rəsmi İrəvan da etiraf edir. Belə vəziyyətdə rəsmi İrəvanın xarici siyasət vektorunu hazırda Rusiyanın düşməni olan Qərbin xeyrinə dəyişmək cəhdləri indiki halda, yalnız təhlükə, risk və Ermənistanın öhdəsindən gələ bilməyəcəyi yeni problemlər vəd edir.

Maraqlıdır ki, Ermənistan Qərbin təlimatları ilə Rusiyanın patronajlığı altında olan KTMT-dan çıxmaq istiqamətində israrlı addımlar atır. Ancaq rəsmi İrəvan analoji addımları yenə də Kremlin təsir dairəsində olan Avrasiya İqtisadi İttifaqına münasibətdə atmaq şansına malik deyil. Çünki Ermənistan bu qurumda üzvlük sayəsində olduqca ciddi iqtisadi-ticari güzəştlərdən faydalanır. Üstəlik, ABŞ və Qərb Ermənistana Avrasiya İqtisadi İttifaqında olan iqtisadi-ticari güzəştlərin alternativini təklif etmir. Və belə olduğu təqdirdə, rəsmi İrəvanın bu qurumu tərk etmək qərarı verməsi Ermənistan üçün iqtisadi fəlakət anlamı daşıya bilər.

Ona görə də, KTMT-da fəaliyyətini donduran rəsmi İrəvan bunun əksinə, Avrasiya İqtisadi İttifaqında Ermənistanın mövqelərini gücləndirməyə üstünlük verir. KTMT-nın heç bir tədbirinə qatılmayan Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının sammitində iştirak üçün Moskvaya səfərə hazırlaşır. Və bu, sözügedən iqtisadi-ticari əməkdaşlıq təşkilatından qoparılmış güzəştlərin Ermənistan üçün həyati əhəmiyyət daşıdığını göstərir.

1702961011_putin-pasinyan.jpg (44 KB)

Ancaq nə qədər qəribə də olsa, rəsmi İrəvan buna paralel olaraq, Ermənistanı Qərbə doğru dartmaqda israrlı mövqe tutur. Bir müddət öncə rəsmi İrəvan Ermənistanın Avropa Birliyi üzvlüyünə namizədlik üçün müraciət etmək niyyətini bəyanlamışdı. Avropa Parlamenti isə Avropa Birliyinə Ermənistanın quruma üzvlüyə namizədliyi ilə bağlı araşdırma aparmağı məsləhət görən qətnamə qəbul edib. Və belə vəziyyətdə rəsmi İrəvanın Ermənistan üçün "xaotik prioritetlər" anlayışını daha da dərinləşdirdiyi qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, Ermənistan eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqında və Avropa Birliyində təmsil oluna bilməz. Yəni, eyni vaxtda iki fərqli gömrük və iqtisadi güzəştlərdən faydalanmaq mümkün deyil. Hətta Avropa Birliyi üzvlüyünə namizədliyi təsdiqlənəcəyi təqdirdə belə, Kremlin Ermənistanı Avrasiya İqtisadi İttifaqından kənarlaşdıracağını elə indidən ehtimal etmək mümkündür. Və bu, rəsmi İrəvan üçün prinsipial seçim məcburiyyəti yaradır.

Halbuki, indiki situasiyada rəsmi İrəvan üçün bu məsələdə prinsipial seçim qətiyyən sərfəli deyil. Çünki Ermənistan iqtisadiyyatı tamamilə Rusiyadan və Avrasiya İqtisadi İttifaqından birbaşa asılı vəziyyətdədir. Yaxın gələcəkdə Ermənistanın bu taleyüklü asılılıqdan xilas olması qətiyyən real görünmür. Ona görə də, Rusiya və Avrasiya İqtisadi İttifaqının əleyhinə ediləcək seçim Ermənistanı dərin böhrana düçar edə bilər. Və bu baxımdan, Qərbin Ermənistana münasibətdə tutduğu mövqe də maraq doğurur.

fabe34db-d2ab-49f6-9974-87cdbaf554bd.jpg (84 KB)

Hər halda, Avropa Birliyi Ermənistana Avrasiya İqtisadi İttifaqında sahib olduğu güzəştləri təklif etməyə həvəsli deyil. Avropa Birliyi standartlarına aid iqtisadi-ticari güzəştlərə isə yalnız bu quruma rəsmi üzvlükdən sonra malik olmaq mümkündür. Ermənistana isə hələlik üzvlüyə namizədliyin verilməsinin özü belə, yalnız müzakirə mərhələsindədir. Yəni, Ermənistana Avropa Birliyi üzvlüyü üçün hətta onilliklər lazım ola bilər. Ən əsası isə Ermənistanın nə vaxtsa, Avropa Birliyinə üzv ola biləcəyi ümumiyyətlə, reallıqdan çox-çox uzaqdır.

Onu da nəzərə almaq lazımdır ki, Avropa Birliyi üzvlüyünə namizədlik statusu Qərbin bəzi ölkələri aldadaraq, öz təsir dairəsində saxlamaq üçün istifadə etdiyi mexanizmlər sırasına daxildir. Böyük ehtimalla rəsmi İrəvanı Rusiyanın patronajlığı altında olan bütün qurumlardan çıxmağa həvəsləndirmək üçün Qərb bu mexanizmdən Ermənistana münasibətdə də yararlanmaq niyyətinə düşüb. Və indi Qərb israrla Ermənistanın həm KTMT-nı, həm də Avrasiya İqtisadi İttifaqını tərk etməsinə cəhd göstərir.

Təbii ki, rəsmi İrəvanın həm mövcud tərəfdaşlıqdan faydalanmağa çalışması, həm də Qərbə yönəlməsi Kremldə ciddi şəkildə nəzərə alınır. Rusiyanın Ermənistanın "hər iki stulda eyni vaxtda oturmaq" cəhdinə imkan verəcəyi qətiyyən inandırıcı görünmür. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarovanın "Ermənistanın qeyri-dost davranışları tərəfimizdən diqqətlə izlənilir və qeydə alınır" deməsi olduqca ciddi xəbərdarlıq mesajıdır. Çünki o, vurğulayıb ki, rəsmi İrəvan atdığı son addımlarla Ermənistanın suverenliyini böyük risk altına atır, iqtisadi-siyasi böhran üçün şərait yaradır, ölkənin gələcək taleyini təhlükəyə salır. Və Kreml təmsilçisinin bu açıqlaması da göstərir ki, Rusiya Ermənistanın davranışlarına müşahidəçi qalmaq niyyətində deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam