Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

QARABAĞ PROBLEMİNİN HƏLLİNDƏ SONUNCU MƏRHƏLƏ – Rusiya sülhməramlıları da Azərbaycanı tərk etməlidir!

“Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir. Bu sahədə dialoqumuz müntəzəm və konstruktiv xarakter daşıyır”.

Yenixeber.org: Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlamasında bildirib.

O, əlavə edib ki, müzakirə olunan məsələlər arasında ermənilərin hüquqlarının və təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmaqla Qarabağa qayıtması perspektivləri, birgə patrulların təşkili, mədəni, tarixi və dini irs abidələrinin mühafizəsi də var.

Rusiya sülhməramlıların Azərbaycanda qalma müddəti ilə bağlı məsələni birtərəfli şəkildə gündəmə gətirməyə başlayıb. Bu barədə ötən il dekabrın 30-da mətbuata müsahibəsində Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Moskva regionda vəziyyətin köklü surətdə dəyişməsi ilə əlaqədar sülhməramlıların Qarabağda qalması şərtlərini yalnız Bakı ilə müzakirə edəcək.

O, bildirib ki, Azərbaycanla dialoq konstruktiv xarakter daşıyır. "Biz bütün yaranan məsələləri qarşılıqlı məqbul şəkildə həll edirik. 2025-ci ilin noyabrından sonra Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərinin uzadılmasına gəlincə, bu, regiondakı vəziyyətdən, onların gələcək iştirakı tələbindən və Bakı ilə müvafiq razılaşmalardan asılı olacaq”.

Qaluzin daha sonra bu məsələyə bu il fevralın 10-da TASS agentliyinə verdiyi müsahibədə qayıdıb. O, bu dəfə daha konkret danışaraq Rusiya hərbçilərinə Qarabağda hansısa vəzifələr müəyyənləşdirməyə cəhd edib. Qaluzin Qarabağı tərk etmiş ermənilərin geri qayıdacağı təqdirdə, onların təhlükəsizliyini Rusiya sülhməramlılarının qoruya biləcəyini vurğulayıb.

Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov isə Mariya Zaxarovanın yuxarıda qeyd olunan açılmasında səsləndirdiyi tezisləri qabardıb. O, “İzvestiya” qəzetinə müsahibəsində sülhməramlıların Azərbaycanın təhlükəsizlik qüvvələri ilə birgə tarixi abidələri və binaları mühafizə etdiklərini bildirib. Səfir də yaxın zamanlarda Azərbaycan və Rusiya xarici işlər nazirlikləri arasında sülhməramlıların gələcək taleyi ilə bağlı məsləhətləşmələrin başlayacağını qeyd edib.

Rusiyadan verilən açıqlamalardan və orada yer alan tezislərdən göründüyü kimi, Moskva sülhməramlıların Qarabağda qalmasına çalışır. Azərbaycan tərəfdən bu barədə hər hansı açıqlama yoxdur. Dövlət başçısı və diplomatlar bir neçə dəfə Rusiya hərbçilərinin ölkədə qalmasının son tarixi kimi 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda yer almış müddətə (2025-ci ilin noyabrı) işarə ediblər.

Sülhməramlıların Qarabağ ərazisində qalması Azərbaycanın milli maraqlarına ziddir. Bir neçə vacib səbəbdən rəsmi Bakı Rusiya ilə bu barədə müzakirələr aparmaqda maraqlı deyil.


Birincisi, 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatı ilə Qarabağda qondarma-separatçı rejim məhv edilib və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olunub. Vaxtı ilə Qarabağda məskunlaşdırılmış ermənilər İrəvanın təşkilatçılığı ilə yaşayış yerlərini tərk edərək Ermənistana köüb. Beləliklə, sülhməramlıları bölgəyə yerləşdirmə səbəbləri aradan qalxıb, onların görəcəyi hər hansı iş yoxdur. Azərbaycan hüquq-mühafizə orqanları ölkənin başqa ərazilərində necə fəaliyyət göstərirlərsə, Qarabağda da eyni funksiyanı həyata keçirirlər. Qarabağın hər hansı özəlliyi yoxdur ki, orada xarici ölkənin hərbçiləri qalsın.

Azərbaycan dünyaya Qarabağ münaqişəsinin bitdiyini bəyan edir və Rusiya hərbçilərinin bölgəni tərk etməsi problemin tam həll olunduğunu nümayiş etdirəcək. Yəni, sülhməramlılar mütləq şəkildə Qarabağdan çıxmalıdır ki, hər hansı kənar iştirak, mübahisə, danışıq mövzusu qalmasın.

İkincisi, Rusiya rəsmiləri Qarabağı tərk etmiş  ermənilərin geri qayıdışı və onların hüquqlarının və təhlükəsizliyinin sülhməramlılar tərəfindən qorunması ilə bağlı tezisləri ortaya atıblar. Bu məsələ Rusiyanın iştirakı ilə və onun arzu etdiyi formada həll oluna bilməz. Bu tezis Azərbaycanın suverenliyinə qarşı təhdiddir.

Əvvəla, Qarabağı tərk etmiş ermənilərin qayıtması sadəcə geridönüş deyil, burada kompleks məsələlər həll olunmalıdır: İlk növbədə Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının öz yurdlarına qaytarılması ilə bağlı dövlətlərarası müqavilədə İrəvanın öhdəlikləri müəyyənləşməlidir. İkincisi, Ermənistana qayıdan azərbaycanlıların hüquqları və təhlükəsizliyi məsələsi həllini tapmalıdır, burada İrəvanın Rusiyaya hər hansı funksiya verəcəyi ağlabatan deyil. Üçüncüsü, yalnız bu şərt təmin olunduqdan sonra Qarabağa qayıdan ermənilər Azərbaycan vətəndaşlığını qəbul etməli və ölkə Konstitusiyasına əməl edərək yaşamağa razılaşmalıdırlar. Onlara hər hansı imtiyazlar tanına bilməz. Yaxud, Ermənistana köçən azərbaycanlılara verilən imtiyazların eynisi Qarabağa gələn ermənilərə də verilə bilər.

Üçüncüsü, Qarabağda xarici hərbçilərin qalması Ermənistanı himayə edən Qərb ölkələri üçün də cəlbedici faktordur. Geosiyasi dəyişikliklərin nəticəsində onlar elə məhz Rusiyanın dəstəyi ilə Azərbaycana missiya göndərməyə həvəslənə bilərlər. Bu da ölkə üçün Qarabağ probleminin yenidən dirçəldilməsidir. 

Yeri gəlmişkən, Rusiya ermənilərin qayıdışı, onların mədəni, dini irsinin və yaşadıqları binaların qorunmasının vacibliyini ortaya ataraq separatizmi diriltməyə çalışır. Unutmayaq ki, başda Prezident V.Putin olmaqla Rusiya rəsmiləri dönə-dönə bildiriblər ki, Paşinyan hökumətinin Qarabağı Azərbaycanın ərazisi kimi tanıması onları fakt qarşısında qoyub. Dolayısı ilə erməni cəmiyyətinə xitab edilir ki, bu reallığı (Paşinyan hakimiyyətini) ortadan qaldırsalar, Rusiya yenə onların yanında olacaq. Ötən ay Ermənistana öhdəliklərə uyğun olaraq silah-sursatın göndərilməsi də işarələrdən biridir.

Rusiya imperialist ölkədir, postsovet məkanına, Cənubi Qafqaza arxa bağçası kimi baxır, Kreml üçün Azərbaycanın və başqa ölkələrin maraqları deyil, özünün imperiya maraqları önəmlidir. Tarixdən məlumdur ki, ermənilərin regiona köçürülməsi, Azərbaycanın əraziləri hesabına onlara dövlət qurulması, nəhayət, onların vasitəsi ilə etnik münaqişə yaradıb bölgəni təsir altında saxlamaq bu siyasətin tərkib hissəsidir. Rusiyan hakimiyyətinin sülhməramlı adı altında hərbçilərini Qarabağda saxlaması da bu maraqların həyata keçirilməsi üçün lazımdır. Təsadüfi deyil ki, Xarici İşlər nazirinin müavini M.Qaluzin müsahibələrin birində onları Gümrüdəki Rusiya hərbi bazası ilə müqayisə etmişdi.


Qarşıdakı qısa dövrdə Azərbayan diplomatiyasının qarşısında duran bir nömrəli vəzifə Rusiya hərbçilərinin ölkədən çıxarılmasına nail olmaqdır. Bu mümkündürmü? Ukrayna müharibəsində əzildikcə qəddarlaşmış Putin hakimiyyətini yola gətirmək mümkün olacaqmı?

44 günlük müharibədən sonrakı dövrdə Azərbaycanın qət etdiyi məsafə nikbin düşünməyə ümid verir. Yada salaq ki, müharibə faktiki keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisinin böyük hissəsinin Rusiya və erməni separatçılarının nəzarəti altında qalmasilə bitmişdi.

Azərbaycan 3 ildə bu məsələni həll edib və bu prosesdə sonuncu mərhələ Rusiya hərbçilərinin bölgəni tərk etməsi ola bilər. Bu missiyanın həyata keçirilməsində ən böyük resurslar milli birlik, qətiyyətli siyasət və qardaş Türkiyənin böyük imkanlarından istifadə etməkdir.(Azpolitika)

Elçin Rüstəmli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam