Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Dünyanı dərin xaos gözləyir:Avropa Birliyinin çöküşü ilə qlobal fəlakət başlayacaq

Bəzi Qərb ekspertləri hesab edirlər ki, dünya iqtisadiyyatının inkişaf tempini bloklayan “qaynar qazanlar” ən qısa zamanda qapadılmazsa, onda yaxın illərdə Avropa Birliyinin çöküşü qaçılmaz olacaq... Bu, bəzi dövlətlərə yeni fürsətlər vəd etsə də, ümumilikdə Avropa Birliyinin dağılma prosesi qlobal xaos doğura bilər və dünya belə idarəolunmaz sarsıntılara qətiyyən hazır deyil...

Yenixeber.org: Dünyada hərbi-siyasi gərginliyin maksimum həddə çatması yeni qlobal təhlükələrə geniş imkanlar açır. “Yaşıl planet” böyük “barıt çəlləyi”nə çevrilmə perspektivi ilə üz-üzə qalıb. Belə davam edərsə, dünyanın bütün regionlarında yalnız savaş əsas reallığa çevrilə bilər. Və bu baxımdan, hazırda beynəlxalq məkanda siyasi-diplomatik fəaliyyətin tədricən öz təsir gücünü itirməsi ciddi narahatlıq doğurmağa başlayıb.

Son vaxtlara qədər bütün dünya Ukrayna savaşının doğurduğu neqativ nəticələrə girov düşmüşdü. Xüsusilə də, ABŞ başda olmaqla, əksər Qərb ölkələri öz xarici siyasət prioritetlərini Ukrayna-Rusiya savaşı üzərindən müəyyən etməyə üstünlük verirdilər. Yalnız ABŞ deyil, Avropa Birliyi ölkələri də öz maliyyə-iqtisadi resurslarının əhəmiyyətli bir hissəsini məhz Ukraynanın savaş immunitetini yüksəltməyə sərf edirdi. Və təbii ki, bu, həmin ölkələr üçün daşınması olduqca yorucu yükə çevrilməyə başlamışdı.

Ancaq bu azmış kimi, Ukrayna savaşına Yaxın Şərq böhranı da əlavə olundu. İsrail-HƏMAS müharibəsi Yaxın Şərqi yeni hərbi-siyasi xaos məkanına çevirə biləcək qədər təhlükəli istiqamətlər alıb. İndi ABŞ və Qərbin qarşısında Yaxın Şərqin “qaynar qazana” çevrilməsinə imkan verməmək kimi önəmli probkem dayanır. Çünki Qərb ölkələri Yaxın Şərqdə başlaya biləcək hərbi-siyasi xaosun yükünü çəkməyə qətiyyən hazır deyillər. Və ona görə də, bu savaşın yalnız məhdud məkanda qapadılmasına üstünlük verirlər.

f69be2df05ff50ab96ea86c1a3c6dea7.jpg (140 KB)

Məsələ ondadır ki, əgər, Yaxın Şərqdə savaş daha geniş areala yayılarsa, bundan ən böyük zərbəni məhz ABŞ və Qərb, xüsusilə də Avropa ölkələri almış olacaq. Bu halda, Avropa məkanı dərin enerji böhranına, ardıncasa, sosial-iqtisadi xaosa sürüklənə bilər. Üstəlik, “qoca qitə”də bu prosesin hətta daxili silahlı münaqişələrə yol aça biləcəyi də qətiyyən istisna deyil. Və Qərb ekspertləri bu barədə artıq açıq mətnlə xəbərdarlıq belə, etməyə başlayıblar.

Almaniya siyasi dairələri Avropa Birliyi ölkələrini “qoca qitə”də silahlı toqquşmalara hazır olmağa çağırıb. Bu ölkənin Müdafiə Nazirliyi isə Şolts hökumətini Almaniyanın təhlükəsizlik ehtiyaclarına yetərli səviyyədə maliyyə ayırmamaqda qınayıb. Və Almaniya hərbi dairələri hesab edirlər ki, hazırda bu ölkənin ordusu xarici müdaxilə təhlükəsini dəf etməkdə çətinlik çəkəcək bir durumdadır.

Göründüyü kimi, Avropa məkanını olduqca ağır və böhranlı mərhələ gözləyir. Ancaq Qərb ölkələri hələlik bu vəziyyətdən mümkün çıxış yollarını tapmaqda da çətinlik çəkirlər. Hər halda, “qoca qitə”nin iqtisadi resursları uzun illər ərzində üst-üstə yığılmış problemləri qısa müddətdə həll etmək üçün yetərli deyil. Əlavə maliyyə-iqtisadi resurslar üçün isə qaynaq tapmaq üçün vaxta ehtiyac var.

scholz-macron-putin-1786358_2.jpg (35 KB)

Avropa Birliyi hazırda Rusiya enerji resurslarından məhrum edilib. Rusiyaya qarşı tətbiq olunan sanksiyaların bumeranq effekti zaman keçdikcə, bu ölkələrdə daha çox hiss edilir. Halbuki, son vaxtlar Avropa məkanının Rusiya enerji resurslarından asılılığı Yaxın Şərqdəki qaynaqlar hesabına aradan qaldırılmışdı. İndi Yaxın Şərq ölkələri İsrail-HƏMAS savaşına cəlb olunmaq ehtimalına çox yaxınlaşıblar. Və əgər, bu, reallığa çevrilərsə, onda, Avropa ölkələri Yaxın Şərqin enerji qaynaqlarını da bir müddət unutmalı olacaqlar.

Təbii ki, hadisələrin belə inkişafı Avropa Birliyi ölkələri üçün qorxunc kataklizmlər vəd edir. Halbuki problemlər yalnız bunlarla da məhdudlaşmır. “Qoca qitə”nin iki aparıcı ölkəsindən biri olan Fransa Afrika qitəsindən çıxarılır. Afrikanın ucuz xammal resurslarından qidalanan Fransa iqtisadiyyatı üçün isə indi çökmə təhlükəsi o qədər də uzaqda deyil. Makron hakimiyyəti bu təhlükəni bloklamaq üçün hərəkətə keçib, müəyyən addımlar atmağa çalışsa da, hələlik ümidverici nəticələrdən uzaqdır.

Ona görə də hesab etmək olar ki, Fransada baş qaldıra biləcək sosial-iqtisadi böhranın nəticələrinin digər Avropa Birliyi ölkələrinə də sıçrayacağı qətiyyən şübhə doğurmur. Üstəlik, Fransa cəmiyyəti sosial-ictimai təlatümlərə, kütləvi iğtişaşlara da meyllidir. Hətta bəzi beynəlxalq siyasi dairələr ehtimal olunan daxili xaosu nəzərə alaraq, gələn il Fransada keçiriləcək Olimpiya Oyunlarının yerini dəyişdirməyi də təklif edirlər.

24120980d1ecaed2a5612108b195cd72.jpg (26 KB)

Maraqlıdır ki, Almaniya da təxminən oxşar problemlərlə üzləşib. Rusiyaya qarşı sanksiyaların ən çox zərbə vurduğu ölkələrin sırasında Almaniya ön sıralarda yer almaqdadır. Üstəlik, rəsmi Berlin yaxın gələcəkdə Almaniyanın Rusiya ilə savaş təhlükəsi ilə üzləşə biləcəyi ilə bağlı ehtimalın inandırıcı görüntülər almasından da ciddi şəkildə narahatdır. Bu baxımdan, maliyyə-iqtisadi böhran təhlükəsi ilə üzləşən Almaniyanın hərbi xərclərin artırılmasına ehtiyac duyması qətiyyən təəccüblü deyil.

Nəhayət, Fransa və Almaniya iqtisadiyyatında mümkün dalğalanmaların dərhal Avropa məkanına yayıla biləcəyi də qətiyyən şübhə doğurmur. Hər halda, Avropa Birliyinin hazırda bu iki nəhəng ölkənin iqtisadiyyatından asılı olduğu inkaredilməz reallıqdır. İndi Avropa Birliyi məkanında iqtisadi inkişaf tempinin aşağı düşməsi də məhz bu iki dövlətin üzləşməyə başladığı problemlərlə izah edilir.

Bəzi Qərb ekspertləri hesab edirlər ki, mövcud situasiyanı və cərəyan edən proseslərin istiqamətlərini ən optimal qərarlarla dəyişdirmək mümkün olmazsa, onda yaxın illərdə Avropa Birliyinin çöküşünə şahidlik etmək qaçılmaz olacaq. Avropa Birliyinin çöküşü isə bəzi dövlətlərə yeni fürsətlər aça bilər. Ümumilikdəsə, Avropa Birliyinin dağılma prosesi ümumiyyətlə, bütün dünyanı qlobal xaosa sürükləyəcək qədər təhlükəli reallıqdır. Və narahatlıq doğuran əsas məqam ondan ibarətdir ki, dünya belə idarəolunmaz sarsıntılara hazır deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam