Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Naziri Ciddi Cəza Gözləyir -ŞƏRH

Çinin müdafiə naziri: “İran və Belarusla hərbi əməkdaşlığı gücləndirəcəyik”  - Busaat.az

Yenixeber.org: Çinin müdafiə naziri general Li Şanfunun tutduğu vəzifədən və Dövlət Şurasının üzvlüyündən uzaqlaşdırılması Qərb mətbuatının əsas xəbərlərindəndir. Bu məlumat uzun müddət gizli saxlanılıb. Halbuki, Çinin müdafiə nazirinin aylarla yoxa çıxması onun vəzifəsindən azad edildiyi, hətta həbs olunduğu şübhələrini artırmışdı. Li Şanfu avqustun sonundan bəri ictimaiyyət qarşısına çıxmayıb. O sonuncu dəfə avqust ayında Rusiya və Belarusda səfərdə olub. Ümumçin Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsi müdafiə nazirinin işdən uzaqlaşdırıldığı xəbərini  təsdiq edib.

Qərb mətbuatında yazılanlara görə, Li Şanfunun vəzifədən uzaqlaşdırılması Müdafiə Nazirliyində korrupsiya faktları ilə bağlıdır. “Washington Post” bu iddianı təsdiq edən yazı yayımlayıb. “The Wall Street Journal” nəşri isə keçmiş müdafiə nazirinin həbsxanada saxlanıldığını yazıb.

Müdafiə nazirinin vəzifəsindən azad edilməsinin başqa versiyası da var. “Daily Mail” nəşrinin yazdığına görə Çinin atom sualtı gəmilərindən biri avqustun 21-də dənizdə qəzaya uğrayıb və nəticədə xeyli çinli hərbçi həlak olub. Pekin bu məlumatı təsdiq etməyib. Buna baxmayaraq, ABŞ və Böyük Britaniyanın kəşfiyyat xidmətləri Çinin sualtı gəmisinin qəzaya uğradığına dair məlumatlara malikdir. Yəni Çin hakimiyyəti baş verən qəzaya görə müdafiə nazirini günahlandıra bilərdi.

“South China Morning Post” qəzeti diqqəti ona çəkir ki, Li Şanfun Çində istefaya göndərilən ikinci yüksək rütbəli şəxsdir. Müdafiə nazirindən bir neçə ay əvvəl xarici işlər naziri Tsin Qanq yoxa çıxmışdı. Daha sonra onun da istefaya göndərildiyi xəbəri yayıldı. “Reuters” agentliyinin məlumatına görə, istefaya göndərilən nazirləri vaxtilə ölkənin lideri Tsin Cinpin irəli sürmüşdü. Cinpin onlara inanırdı.

Çində yüksək vəzifələrlərinin korrupsiyaya qurşanması adi haldır. Halbuki, korrupsiyaya görə Çində ömürlük həbs, hətta ölüm cəzası tətbiq olunur. Buna baxmayaraq, bu cür sərt tədbirlər də dövlət aparatında rüşvətin qarşısını almayıb. Çinin artan gəlirləri dövlət qurumlarında çalışanların bir qismini qanunsuz qazanc əldə etməyə həvəsləndirir. Qərb şirkətləri bəzən lazımi müqavilələr əldə etmək üçün çinli məmurlara rüşvət təklif edirlər. Bir sıra hallarda izdivac baş tutur. Görünür, Çinin müdafiə naziri və ona yaxın olan generallar müdafiə sisteminə ayrılan dövlət vəsaitindən “pay götürüblər”, ancaq sonda bu onlara baha başa gəlib. Çinin müdafiə nazirinin korrupsiya faktına görə həbsi xəbəri təsdiqlənərsə, bu Çinin imicinə böyük zərbə olacaq.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam