Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Bütün Yollar San-Fransiskoya Aparır -ŞƏRH

Yenixeber.org: Vaşinqton Pekinlə dialoqu müxtəlif formalarda davam etdirir. ABŞ dövlət katibi Entoni Blinken Çinə səfəri zamanı münasibətlərdəki gərginliyi azaltmaq üçün danışıqlar apardı. Onun ardınca, amerikalı senatorlar Çinə səfər ediblər. Nümayəndə heyətinə demokratların Senatdakı çoxluğunun lideri Şak Şumer başçılıq edib.

Senatorlar Pekində xarici işlər naziri Van Yi və Çin lideri Tsi Cinpinlə görüşüblər. Senatorların səfəri iki ölkə arasındakı münasibətlərdə yeni gərginliklə yadda qalıb. Naməlum şəxs avtomobilini Çinin Amerikanın San-Fransisko şəhərindəki konsulluq binasının üzərinə sürüb. Pekin bu insidentin ciddi şəkildə araşdırılmasını tələb edib. Çinin San-Fransiskodakı konsulluq binasına keçmiş illərdə də hücumlar olub, 2014-cü ildə konsulluq binasını yandırmaq istəyiblər. Problem ondadır ki, San-Fransikoda çinlilərin böyük diasporu mövcuddur və həmin çinlilər kommunsit sisteminə nifrət edirlər. Noyabrın 11-17 tarixlərində isə San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq təşkilatının sammiti keçiriləcək. Həmin tədbirə Çin lideri də dəvətlidir. Vaşinqton həmin tədbirə qədər şəhərdə təhlükəsizlik tədbirlərini gücləndirməlidir.

İki ölkə arasında xəfiyyə qalmaqalları da bitmir. “The New York Times” nəşrinin yazdığına görə, San-Fransiskoda ABŞ vətəndaşı keçmiş yüksək rütbəli hərbçi həbs olunub. Həmin hərbçinin ölkəsinin gizli məlumatlarını Çinə ötürdüyü məlum olub. Həmin hərbçi bir müddət Honkonqda yaşayıb, ABŞ-a geri döndükdən sonra həbs olunub.

Bu arada, “The Washington Post” dərgisində yayımlanan məqalədə, ABŞ prezidenti Co Baydenin Tsi Cinpinlə görüşməyə çalışdığı yazılıb. Blinkenin və demokrat senatorların Pekinə səfərlərinin əsas məqsədini də bu təşkil edib. Bu istəyə baxmayaraq, görüşə mane olan açıqlamalar var. Co Bayden çıxışlarının birində Tsi Cinpini diktator adlandırıb, Çin lideri isə ABŞ-ın imperialist siyasət yürütməkdə ittiham edib.

Yaxın Şərqdəki son qanlı hadisələr də Vaşinqtonla Pekin arasında fikir ayrılığı yaradıb. Vaşinqton hesab edir ki, Pekinin İsrailə hücum edən Həmas təşkilatını əməlini pisləməməsi yanlış idi. Pekinə səfər edən senatorlar bununla bağlı narazılıqlarını bildiriblər. “Mən Çin xalqını İsrailə xalqına dəstək verməyə çağırıram” deyən senator Şumer Pekinin İsraillə Həmas arasında bərabərlik işarəsinin qoyulmasının doğru olmadığını vurğulayıb. ÇİN Xarici İşlər Nazirliyinin bəyanatında Yaxın Şərqdəki problemlərin həlli Fələstinin müstəqil dövlət kimi tanınmasından keçdiyi bildirilib. Bu Vaşinqtonun xoşuna gəlməyib. Pekin Səudiyyə Ərəbistanı ilə İran arasında vasitəçi kimi uğur qazandıqdan sonra eyni uğuru Fələstinlə İsrail arasında danışıqlarda qazanacağını ümid edirdi. Ancaq bu alınmadı.

“Atlas” Araşdırmalar Mərkəzi   


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam