Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İttifaqlarda Ixtilaf Dərinləşib -ANALİZ

Yenixeber.org: Rusiyanın formalaşdırdığı ittifaqlarda ixtilaf dərinləşib. Kreml iyulda keçirdiyi “Rusiya-Afrika” sammitindən istədiyi nəticəni əldə etmədi. Rusiya prezidenti Vladimir Putinin “biz Afrika ölkələrinin bir qisminə taxılı pulsuz çatdıracağıq” çağırışı toplantıya qatılan bir sıra ölkə lideri tərəfindən mənfi qarşılandı, Cənubi Afrika Respublikasının prezidenti etirazını gizlətməyərək bu cümləni işlətdi: “Bizə hədiyyə lazım deyil, Qara dənizdən taxıl daşıyan gəmilərə sərbəst hərəkət sərbəstliyi verin”. Bu sözlər ona işarə idi ki, Rusiya Ukrayna taxılının Afrika ölkələrinə daşınmasının qarşısını alıb.

Rusiyanın formalaşdırdığı bir başqa ittifaqda da dərin fikir ayrılığı yaranıb. Bir qrup ölkə BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) təşkilatına üzv olmaq istəyir. Rusiya və Çin BRİCS-i yeni üzvlərlə gücləndirmək istəyir. Misal üçün Çin BRİCS-i inkişaf etməkdə olan ölkələr hesabına genişləndirməkdə maraqlıdır. Pekin ilk növbədə İndoneziyanın və Səudiyyə Ərəbistanının birliyə üzv olmasını dəstəkləyir. Hindistan və Braziliya isə fərqli mövqedədirlər. Rusiya və Çin BRİCS-i Qərbə qarşı güclü bir alyansa çevirmək istəyərkən, Hindistan və Braziliya buna qarşıdırlar.

Bu arada, Rusiya yeni ittifaqın yaradılmasına çalışır. Yeni ittifaq Rusiya, Çin və Şimali Koreyadan ibarət olmalıdır. Təsadüfi deyil ki, Rusiya müdafiə naziri Sergey Şoyqu iyul ayında Şimali Koreyaya səfər edərək bu ölkə ilə əməkdaşlığın genişləndirilməsi məsələrini müzakirə edib. Rusiya Ukrayna müharibəsini davam etdirmək məqsədilə Şimali Koreyadan silah və sursat almaqla yanaşı Pxenyanla ittifaqı gücləndirməyi planlaşdırır. Bu plan Pekinin də maraqlarına cavab verir. Şoyqudan sonra qapalı ölkə sayılan Şimali Koreyaya Çin nümayəndə heyəti səfər edib. Mümkündür ki, gələcəkdə Rusiya, Çin və Şimali Koreya arasında birgə hərbi təlimlər keçirilsin. Son illərdə Rusiya ilə Çin arasında birgə hərbi təlimlərin sayı onsuz da artıb. Çin və Rusiyanın Yapon dənizində 4 günlük birgə təlimlərindən sonra bu iki ölkənin Sakit Okeanda birgə dəniz və hava patrulları həyata keçirəcəyi xəbəri yayılıb. Birgə təlimlər strateji dəniz yollarının təhlükəsizliyini təmin etmək, o cümlədən iki ordunun donanması və hava qüvvələrinin birgə imkanlarını tətbiq etmək kimi qiymətləndirilib. Pekin və Moskva birgə hərbi təlimləri iki ölkə arasında strateji əməkdaşlığı güclənirməklə yanaşı Şimal-Şərqi Asiyada sabitliyi qorumaq kimi dəyərləndirirlər.

Bölgə ölkələri olan Hindistan, Avtrasliya və Yaponiya isə Çin və Rusiyanın artan hərbi əməkdaşlığını və birgə hərbi təlimlərini “Asiyada sabitliyini qorunması” kimi deyil, böyük təhlükə kimi qiymətləndirirlər. Buna görə də ABŞ, Hindistan, Yaponiya və Avstraliya avqustun 11-dən başlayaraq “Malabar” hərbi dəniz təlimlərinə başlayıblar. “Reuters” agentliyinin xəbərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri 7-ci Donanmasının komandanı vitse-admiral Karl Tomas mətbuat konfransında bildirib ki, hərbi təlimlər 4 dövlətin birgə işləməsini yaxşılaşdırmaq üçün nəzərdə tutulub. ABŞ və Hindistan “Malabar” təlimini 1992-ci ildən başlayaraq birgə keçirir, sonrakı illərdə təlimlərə Avstraliya və Yaponiya da qoşulub. Təlimlərdə sualtı gəmilərlə yanaşı qırıcı təyyarələr də iştirak edəcək.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam