Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

“Böyük Yeddilər” Iki Hədəf Göstərib -ANALİZ

Yenixeber.org: “Böyük yeddilərin” (G7) xarici işlər nazirlərinin Yaponiyada toplantısı başa çatıb. Bundan sonra G7 ölkələrinin liderlərinin toplantısı olacaq. Liderlər 19-21 may tarixlərində Yaponiyanın Xirosima şəhərində görüşəcəklər. Yaponiya həmin sammitə Hindistan, Avstraliya, Braziliya, Cənubi Koreya və Vyetnamın liderlərini də dəvət edəcək.

Xarici işlər nazirlərinin görüşündə iki ana mövzu olub. Nazirlər Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini və Moskvaya qarşı sanksiyaların sərtləşdirilməsini və Çinin bölgədə artan hərbi gücünə qarşı birgə fəaliyyət mexanizmlərini müzakirə ediblər. Şimali Koreyanın raket proqramının bölgə ölkələri üçün təhlükə yaratması barədə də fikir mübadiləsi aparılıb.

Yaponiyadakı toplantıda Fransa prezidenti Emmanuel Makronun və Almaniyanın xarici işlər naziri Annalena Berbokun Çinə səfərinin nəticələri də müzakirə olunub. Bəllidir ki, bu səfərlərin müsbət nəticəsi olmayıb. Çin Rusiya ilə strateji tərəfdaşlığı gücləndirməkdə və Tayvanı ələ keçirməkdə qərarlıdır. Yaponiyada toplantı davam edərkən Çinin müdafiə naziri Moskvada rusiyalı həmkarı və Kreml sahibi ilə görüş keçirirdi. Bu Çinlə Rusiyanın G7 ölkələrinə mesajıydı ki, “Sizin birliyinizə qarşı bizim birliyimiz mövcuddur”. G7 toplantısına ev sahibliyi edən Yaponiya Rusiyaya qarşı ən sərt sanksiyaların qəbuluna tərəfdardır. Tokio Rusiyanın Kurl adaları ətrafında artan hərbi təlimlərini də özü üçün təhlükə kimi qiymətləndirir. Tokio Kiyevə maliyyə dəstəyini artıracağını bəyan edib.

G7 xarici işlər nazirləri birgə bəyanatda Tayvanın status-kvosunun güc yolu ilə dəyişdirilməsinin əleyhinə olduqlarını bildiriblər. Birgə bəyanatda G7 ölkələrinin Çinin əsas rəqibi Hindistanla hərtərəfli əməkdaşlığa tərəfdar olduqları açıqlanıb. Bununla “böyük yeddilər” Asiyada onların düşməni ilə dostunun kim olduğuna eyham vurublar.

G7 ölkələrinin xarici işlər nazirləri “vahid Çin” siyasəti ilə bağlı mövqelərini  dəyişməsələr də, Çin lideri Tsi Cinpinin “Tayvanı nə yolla olursa-olsun Çinə birləşdirəcəyik” açıqlamalarından narahatdırlar. G7 ölkələri Tayvan məsələsinin danışıqlar yolu ilə həllini istəyirlər. Pekin isə deyir ki, danışıqlar nəticə verməsə, hərbi yoldan istifadə edəcək. Məsələ burasındadır ki, Pekinlə Tayvan rəhbərliyi arasında danışıqlar da aparılmır. Bu isə müharibə risqini artırır. Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, ABŞ dövlət katibi Entoni Blinkenlə Çinin xarici işlər naziri Qin Qanq arasında planlanan görüş gərginliyi azalda bilər. Ancaq bu görüş dəfələrlə təxirə salınıb. Entoni Blinkenin fevral ayının əvvəlində Pekinə planlanan səfəri Çinin kəşfiyyat şarlarının ABŞ səmasında vurulmasından sonra təxirə salınıb.

“Atlas” Araşdırmalar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam