Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İran Azərbaycandan nə istəyir? -TƏHLİL

 

Rusiyadan (Ermənistanla) və Türkiyədən (Gürcüstan və Azərbaycanla) fərqli olaraq İran 30 il ərzində heç bir Cənubi Qafqaz ölkəsi ilə strateji tərəfdaşlıq münasibətləri qura bilmədi. Əvəzində bu Ermənistana yardım göstərməklə Azərbaycan ilə münasibətləri korladı. İşğal dövründə İran dəfələrlə vasitəçilik təklifləri ilə çıxış etsə də, İrəvanı sülhə məcbur etmək istiqamətində heç bir addım atmadı.

Yenixeber.org: 2020-ci ilin sentyabrında Azərbaycan əks-hücum əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü bərpa edib, regionda yeni geosiyasi reallıq formalaşdırdı. 9 ay sonra İranda yeni hakimiyyət formalaşdı. Sələfi H.Ruhanidən fərqli olaraq İ.Rəisinin hakimiyyəti dövründə İran-Azərbaycan münasibətləri geriyə addımladı.

Buna baxmayaraq, Bakı İranın mövqe/maraqlarını nəzərə alaraq “3+3” və Rusiya-Azərbaycan-İran əməkdaşlıq formatları ilə çıxış etdi. Azərbaycan prezidenti Xudafərin körpüsünü “dostluq körpüsü” adlandırdı, 2022-ci ilin martında isə tərəflər İran ərazisi boyunca yeni nəqliyyat dəhlizinin çəkilməsi haqqında anlaşma memorandumu imzaladılar.  

 

                 İranın narahatlıqları

Sərhədlərin dəyişdirilməsi: İran regionda sərhədlərin dəyişdirilməsini qırmızı xətt adlandırır. Lakin, regionda sərhədləri güc yolu dəyişdirməyə cəhd edən 2 ölkə İranın regional (Ermənistan) və qlobal (Rusiya) müttəfiqləridir. Ermənistan Qarabağı “xilas naminə ayrılma” prinsipi ilə Azərbaycandan, Rusiya isə Abxaziya/Cənubi Osetiyanı “dərinləşdirilmiş inteqrasiya” adı altında Gürcüstandan qoparmaq istəyir. Maraqlıdır: İran Abxaziya ilə Cənubi Osetiyanı Gürcüstanın ərazisi kimi tanıyırmı?!

Qalib gəlməsinə baxmayaraq, məhz Bakı ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında İrəvana sülh təklif etdi, rəsmi İrəvan isə 5 prinsipi qəbul etdiyini bəyan etdi. Bəs İran, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına dair rəsmi və səmimi mövqe sərgiləyibmi?!

Münhen təhlükəsizlik konfransında Azərbaycanın Laçın və Zəngəzurda Nəzarət Buraxılış Məntəqələrinin quraşdırılmasına dair təklifi Ermənistanın ərazi bütövlüyünün tanınmasına dair açıq mesaj idi. Bu 2 fakt Bakının regionda sərhədləri güc yolu ilə dəyişdirmək istəmədiyini sübut edir. 

 

Zəngəzur dəhlizi: Üçtərəfli razılaşmaya əsasən, Ermənistan Naxçıvana nəqliyyat kommunikasiyallarına  təhlükəsizlik zəmanəti verməli, Rusiya isə nəzarəti həyata keçirməlidir. İranı narahat edən eksterritoriallığı Ermənistandan hazırda Bakı yox, Moskva tələb edir. Belə çıxır ki, İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığı Rusiyanın eksterritorial təklifi ilə əlaqəlidir. 1992-ci il dən İran-Ermənistan sərhədinə Rusiya sərhədçiləri nəzarət edir. Rusiyanın nəzarət etdiyi Zəngəzur dəhlizini Azərbaycanın necə işğal edəcəyi, İranla əlaqəni necə kəsəcəyi, necə “Böyük Turan” quracağı − cavab tələb etməyən ritorik suallardır.

İsrail-Azərbaycan hərbi əməkdaşlığına aid iddialar bu səbəblərdən əsassızdır: 1) Ölkə rəsmiləri dəfələrlə Azərbaycan ərazisinin başqa dövlətlərə qarşı istifadə edilməyəcəyini bəyan ediblər; 2) Hərbi doktrina ölkə ərazisində xarici hərbi bazaların yaradılmasını qadağan edir; 3) Xəzərin hüquq statusuna dair Konvensiyaya əsasən, üzv ölkələr öz ərazisini tərəflərdən hər hansı birinə qarşı “təcavüz və ya digər hərbi addım atmaq üçün digər dövlətlərə” verməməlidir. Azərbaycan İrandan fərqli olaraq Konvensiyanı 2019-cu ildə ratifikasiya etmişdir; 4) Azərbaycan Fələstin ilə bağlı bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir; 5) Əgər İsrail Fələstini işğal edibsə, Ermənistan da Azərbaycan ərazilərini işğal etmişdi. 

 

İran Ermənistanla münasibətlərini normal saxlamasını vasitəçi potensialının qalması ilə əlaqələndirirdi, indi də Azərbaycan İran-İsrail arasında vasitəçi olması üçün hər iki dövlətlə normal münasibət saxlamalıdır.   

             Nəticə

Azərbaycanla bağlı İranın gözləntiləri əsaslı olmalı və reallığı nəzərə almalıdır. Daxili işlərə qarışmama prinsipini rəhbər tutaraq İran Azərbaycana münasibətdə konstruktiv addımlar atmalıdır. İran istiqamətində Azərbaycan daim reaktiv münasibət sərgiləyib və münasibətlərin müsbət olması və ya korlanması İranın addımlarından asılı olub. 

Cənibi Qafqaz Tədqiqatlar Mərkəzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam