Ermənilər zəlzələnin Türkiyədə olmasına da paxıllıq edirlər
Yenixeber.org: Türkiyədə baş verən dəhşətli zəlzələ bütün sivil dünyanı silkələdi. Müxtəlif ölkələr giley-güzar və iddialarını hələlik unudaraq, bu dəhşətli faciə zamanı həlak olan on minlərlə insanın ailələrinə dərin hüznlə başsağlığı verərək, qurbanlara yardım etməyə tələsdilər.
Hətta belə demək mümkünsə, sivil dünyaya aid edilə bilməyən Ermənistan belə, kənarda qalmayıb, Türkiyəyə humanitar yardım və bir qrup xilasedici göndərib. Amma erməni tərəfinin bu “nəcib” jesti kifayət qədər bəzəkli idi. Xocalıda soyqırımı törədən, Bərdə, Gəncə, Mingəçevirdə dinc əhaliyə raket zərbələri endirən, uşaqlıqdan türklərə nifrət bəsləyən xalqın nümayəndələrini xeyriyyəçilikdə, insanpərvərlikdə “günahlandırmaq” çətin olar.
Tarixin göstərdiyi kimi, istər “sülhsevər və demokratik” Paşinyanın komandasında olsun, istərsə də revanşistlər adlananaların düşərgəsində olsun, ermənilərə inanmaq sadəlövhlük olmaqla yanaşı, həm də təhlükəlidir. Türkiyədə baş verən zəlzələdən dərhal sonra sosial şəbəkələrin erməni seqmentində istifadəçilər sevinclərini gizlətməyiblər. Bəziləri hətta qurbanların az olmasına təəssüfləndilər.
Bu, heyrətamizdir, lakin "əzabkeş" xalqın bəzi nümayəndələri nəinki sevinir, həm də Türkiyəyə... həsəd aparırdılar. Onlar həsəd aparırdılar ki, dünya ictimaiyyəti Türkiyədəki zəlzələyə Suriyadan daha çox diqqət yetirir.
Məsələn, Ermənistan müxalifət fraksiyasından olan deputat Qeqam Manukyanın bəyanatı belədir: “Yanaşmalarda fərqlilik diqqəti çəkir. Çoxlu sayda erməninin yaşadığı Suriyaya ancaq səfirimiz gəlib, nazir isə Türkiyəyə gedir”.
Təbii ki, əsl erməni olan Manukyan yalan danışmaya bilməzdi. Baxmayaraq ki, o, bunu yöndəmsiz etdi: “Rəsmi Ankara Ermənistandan göndərilən humanitar və xilasetmə yardımını yalnız xüsusi nümayəndə Serdar Kılıç səviyyəsində şərh edib”.
Bu açıq-aşkar yalanı təkzib etmək çox asandır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında dediyi sözləri xatırlamaq kifayətdir: “Ermənistan baş verən hadisələrin, dağıdıcı zəlzələlərin fonunda Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirdi və dostluq əlini uzatdı. İrəvana minnətdarıq”.
O, həmçinin Türkiyə sakinlərini dağıntılar altından xilas etməyə müvəffəq olan erməni xilasedicilərin əməyini də yüksək qiymətləndirib: “Ermənistandan təbii fəlakət zonasına 28 xilasedici gəlib. Fevralın 8-dən etibarən fədakarlıqla çalışaraq Adıyamanda bir balaca qızı və bir gənc sakini xilas etdilər. Ermənistan təbii fəlakət bölgəsinə 100 ton humanitar yardım göndərib”.
Manukyanla eyni fikirdə olan, özünə “Azərbaycan SSR-dən olan Erməni Qaçqınlar Assambleyası”nın əlaqələndiricisi vəzifəsini uyduran Mariam Avaqyan da paxıllığını və qıcıqlandığını gizlətmir.
“İki üzlü dünya Suriyaya qarşı alçaq, laqeyd münasibət nümayiş etdirərək Türkiyəyə kömək edir. Və heç kim Türkiyəyə demir ki, niyə Artsaxa qarşı soyqırımınızı davam etdirirsiniz?”, - deyə Avaqyan “Noyan Tapan” informasiya mərkəzində keçirilən mətbuat konfransında hayqırıb.
Onun sözlərinə görə, bu gün ölkənin 2020-ci ildə necə məğlubiyyətə sürükləndiyini anlamağa çalışan savadlı gənclər təbəqəsi var: “Əminəm ki, bir gün onlar cilovu ələ keçirəcək və 88-ci ildə liderlərin etdiklərini edəcəklər”.
Ondan başlayaq ki, Türkiyə və Suriyada dağıntıların və itkilərin miqyası ölçüyəgəlməzdir. Buna baxmayaraq, Suriyaya müxtəlif ölkələrdən də humanitar yardımlar, xilasedicilər göndərilir və biz yenə də erməni yalanlarının təzahürlərini görürük.
İkincisi, Türkiyədə baş vermiş dəhşətli faciə fonunda “Artsaxda soyqırımından” danışmaq, bunu yenidən ortaya soxmaq yenə də erməni kinliliyinin təzahürüdür. Laçın yolunda azərbaycanlı eko-fəalların etiraz aksiyasının ilk günlərindən “blokada və soyqırımı” haqqında miflər ifşa olundu. Son ifşa iki quldurun - Araik Arutyunyan və Ruben Vardanyanın Xankəndidən Moskvaya və geriyə səyahəti olub.
Nəhayət, son paraqrafa nəzər salaq. Mariam Avaqyan hələ də ötən əsrin 80-ci illərini xəyal edir, erməni separatizminin dirçələcəyinə və “hər şeyin öz qaydasına düşəcəyinə” ümid edir. Tarix, təbii ki, təkrarlanmağa meyillidir, amma erməni tarixi deyil.
P.S. Türkiyədə baş verən faciəyə sevinən Manukyan, Avaqyan və digər qeyri-insani məxluqlara zəlzələ zamanı həlak olanlar arasında ermənilərin olması da təsir etmir. Söhbət "ən qədimlər"dən gedirsə, məntiq bütün mənasını itirir...(AYNA)