Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Anadır” əməliyyatı –Kennedi nüvə savaşından çəkinib, Xruşov öyünüb

“Anadır” əməliyyatı sovet tarixində SSRİ Silahlı Qüvvələri Baş Qərargahının ən uğurlu əməliyyatlarından biri olub. Bir çox hərbi ekspertlər bu əməliyyatı məxfiliyin qorunmasına, peşəkarlığına, miqyasının genişliyinə baxmayaraq, mükəmməl keçirilməsinə görə hərbi incəsənət hadisəsi kimi dəyərləndirib.

Yenixeber.org: “Anadır” əməliyyatının keçirilməsində məqsəd nə olub?

1950-ci illərin sonunda Fidel Kastronun hakimiyyətə gəlməsi ilə Kubada sosializm cəmiyyətinin qurulması və SSRİ ilə yaxınlaşması ABŞ üçün həm siyasi, həm də hərbi baxımdan arzuolunmaz sayılıb. Amerika rəsmiləri bütün mümkün variantlardan istifadə edərək bu ölkədə çevriliş etmək planları haqqında düşünüblər. Məhz belə bir gərgin məqamda Kuba xilas üçün Kremlə üz tutub. Bunun nəticəsi olaraq Kuba ilə SSRİ arasında hərbi əməkdaşlıq haqqında müqavilə imzalanıb.

1480592229_img_6383.jpg (76 KB)

Həmin ərəfələrdə ABŞ öz raketlərini Türkiyə və İtaliyada yerləşdirdikdən sonra Moskva buna cavab olaraq və eyni zamanda Kuba ilə imzalanan müqaviləyə uyğun daha ciddi addımlar atmağa qərar verib – Kubaya sovet ordusunun bölmələrini göndərmək və “Azadlıq” adasında bir meqaton tutumlu iki növ orta mənzilli ballistik raketlər (cəmi 40 ədəd) və digər hərbi qurğular yerləşdirməklə hərbi bazalar yaratmaq.

Kubada sovet hərbi bazalarının yaradılması ideyası Nikita Xruşşova məxsus olub. O, bunu ilk dəfə 1962-ci il mayın 20-də Kremldə xarici işlər naziri Andrey Qromıko, müdafiə naziri marşalı Rodion Malinovski və Anastas Mikoyan ilə görüşdə bildirib.

24 may 1962-ci ildə Mərkəzi Komitənin Rəyasət Heyətinin iclasında Malinovski Kubada sovet qoşunları qrupunun yaradılması və orta mənzilli raketlərin adaya köçürülməsi ilə bağlı konkret təkliflərlə çıxış edib. Həmin iclasda səs çoxluğu ilə qərar qəbul edildikdən sonra baş qərargah “Anadır” kodu altında əməliyyata hazırlığa başlayıb.

1480593315_img_6363.jpg (130 KB)

Əməliyyat planında Kubaya 50 min nəfər hərbçinin və 3 min nəfər mülki vətəndaşın (mütəxəssislərin) göndərilməsi nəzərdə tutulub. Göndəriləcək ümumi yükün çəkisi isə təxminən 250 min tona yaxın olub.
Sözsüz ki, belə bir karvanın okeanın o tayına keçməsi Amerika kəşfiyyatçılarının diqqətindən yayına bilməzdi. Kreml bunu nəzərə alaraq həm şəxsi heyəti, həm də yükləri ayrı-ayrı limanlardan yola salıb. Şəxsi heyətə elan edilib ki, yüklər Çukotkaya göndərilir. Elə əməliyyatın adı da buradan, Çukotka muxtar dairəsinin mərkəzi olan Anadır adından götürülüb.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin SSRİ-dəki agentlərini yayındırmaq üçün gəmilərə daha çox geyim əşyaları və digər gündəlik tələbat malları da yüklənib. Məxfiliyə o dərəcədə riayət edilib ki, xarici ölkələrin SSRİ-dəki agentura şəbəkəsində heç bir şübhə yaranmayıb.

Beləliklə, bütün lazımi “yük”lər və şəxsi heyət heç bir təhlükə ilə üzləşmədən Kubaya çatıblar.
Əməliyyatın belə uğurlu alınmasını Xruşov yüksək dəyərləndirib. 1500-ə yaxın hərbçi dövlət mükafatları ilə təltif edilib.

operaciya_anadyrj.jpg (203 KB)

ABŞ məsələdən yalnız oktyabr ayında xəbər tutub. Adətən Kuba sahillərini həmişə nəzarətdə saxlayan Ağ Ev rəsmilərinə oktybar ayında məxfi arayışlar təqdim edilib. Arayışlara ABŞ-ın kəşfiyyat təyyarələrinin çəkdiyi şəkillər də əlavə olunub. Bu şəkillərdə isə “Azadlıq” adasındakı hərbi bazalar olduqca açıq və aydın görünüb.

Bu hadisə, “Anadır” əməliyyatı hər dəqiqə yeni müharibənin başlanması üçün zəmin yaradıb. Hətta ABŞ Konqresinin hər iki palatası Kubada hərbi əməliyyatların keçirilməsinə səs verib. Rəsmilər arasında bir gecədə Kubanı bombalamaq kimi fikirlər də səsləndirilib. Amma təbii ki, həmin dövrdə ABŞ-ın prezidenti olan Con Kennedi Kubada hərbi əməliyyatların keçirilməsindən sonra SSRİ-nin reaksiyasını da nəzərə alıb. Bu real olaraq III dünya müharibəsinin başlanması demək idi. Kennedi hələ ki, Kubanı dəniz mühasirəsinə salmaqla kifayətlənib.

f9d31258f9ba7008e0eb60ee2da154b703033e13.jpg (116 KB)

Gərginliyin aradan qaldırılması üçün tərəflərin bir-birinə güzəştə getməsi son çıxış yolu sayılıb. ABŞ “Azadlıq” adasını mühasirədən çıxartıqdan sonra Kreml hərbi bazalarını geri qaytarıb. Rəsmilər arasında ABŞ-ın Kubaya hərbi müdaxilə etməyəcəyi haqqında razılaşma əldə olunub.

Hadisələr zamanı Ağ Ev Kremlin bir tələbəni də yerinə yetirib. ABŞ Türkiyədən SSRİ-yə tuşlanan “Yupiter” raketlərini də çıxarıb.

Hadisələr “sülh” sonluğu ilə yekunlaşdıqdan sonra 1962-ci ilin dekabrın 31-də yeni il ziyafətində Xruşov “Anadır” əməliyyatı haqqında fikirlərini aşağıdakı kimi bölüşüb:

6455af8a0b07050a39c2749326357c7c466d6cf7.jpg (162 KB)

“Biz Amerika Birləşmiş Ştatlarına nəyə qadir olduğumuzu sübut etdik. Biz “Anadır” əməliyyatını elə bir peşəkarlıqla həyata keçirtdik ki, Kuba Amerikanın qulağının dibində olduğu halda onlar bu ölkədə nələrin baş verdiyini görə bilmədilər. Əgər görsəydilər belə, heç kimin cürəti çatmazdı ki, bizim gəmilərimizi məhv etməyə cəhd etsin. “Anadır” əməliyyatının uğurla keçirilməsində xüsusi xidmətləri olan marşal Malinovskiyə, əməliyyata rəhbərlik edən ordu generalı Pliyevə partiyamızın adından xüsusi minnətdarlığımı bildirirəm...”

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam