Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Consonun cəfası, Berluskoninin səfası -dünya böhranlarından süni hökumət böhranlarınadək

İngiltərədə yeni hokumət böhranı yaranıb. Fransa və Almaniya hökumətləri iqtisadiyyatlarını böhrandan qurtarmaq üçün milyardlıq yardım paketləri işləyib hazırlayıblar, Hollandiyada vətəndaş müharibəsi təhlükəsi yaranıb.

Yenixeber.org: Bu xəbərlər əslində yeni dünya böhranının əlamətləri sayılır. Ticarət və kapital bazarlarının zəifləməsinin ardlnca iqtisadi böhranlar gəlir. Tarixdə böhranlı günlər yeni deyil, çünki bir böhran digərini izləyir.

Avropanın ən yeni tarixini araşdıran tarixçilər COVİD-19 pandemiyasından sonrakı dövrə hələlik ad tapmaqda çətinlik çəkirlər.

Dünya iqtisadi böhranlarının 400 illik yaşı var. Bəziləri o qədər şıltaqdırlar ki, varlıların daha da varlanmasından, kasıbların daha da soyulmasından çox hökumətlərin sadəlöhvlüyünə söykənirlər.

Tarixin ən böyük qəzalarını bir yerə toplasaq, aşağıdakı səhnə yaranar. 1637-ci ildə Hollandiyada başlamış “Dağ laləsi həyəcanı” bu sırada başda durur.

Dağ laləsi (tulpan) soğanının qiyməti o vaxtı indiki kriptovalyutaların və qazın qiyməti qədər yüksəlib. 400 il əvvəl 1 kilo tulpan soğanı almaq üçün 5 hektar əkin sahəsi verənlər olub. Bir ildən sonra qiymətin 100 dəfədən çox ucuzlaşması nəticəsində iqtisadiyyatlar çökmüş, maliyyə böhranı yaranmışdı.

“Hamburq ticarət böhranı” (1799) dünyanı sarsıdan ilk böyük böhran sayılır. Birləşmiş Ştatlar müstəqilliyini elan etdikdən sonra İngiltətərə kralı dünya ticarətinin qaynadığı Hamburg limanını blokadaya alaraq, dünya ticarətini boğmuşdu. İngiltərə kralı III Georqun “İngiltərə böhrandadısa, qoy bütün dünyanı böhran bürüsün” sözləri indi də dünyanı idarə edən gizli təşkilatların fəaliyyət yasasına çevrilib.

Hamburg limanı Avropa ölkələrinin əsas ticarət yeri olduğundan dünya ticarətinin bir neçə ay dayanması dövrün ən nəhəng 82 şirkətini müflis etmişdi. İngiltərə kralı Hamburg limanın blokadasına son verdikdən sonra avropalılar aclıq təhlükəsinin cəngindən qurtuldular.

"I dünya iqtisadi böhranı" (1857) Edvard Ludlou adlı bir bank işçisinin varlanmaq hərisliyinin nəticəsidir. Dəmir yolları səhmlərinin ucuzlaşması nəticəsində ingilis banklarının böyük zərərə düşməsi dünya iqtisadiyyatını çökdürdü.

İtisadçı filosof Karl Marks məhz bu böhran zamanı dünya inqilabının tezislərini hazırlayıb, strategiyasını cızmışdı.

289045866_786014685722599_5285623754250437771_n.jpg (10 KB)

1873 cü ilin “Birja böhranı” nəticəsində Avstriya-Macarıstan imperiyasının 120 şitkətinin müflis olması bu imperiyanı əsaslı şəkildə silkələmişdi. Həmin dövrün ən böyük ticarət mərkəzi olan Vyana birjası çökdükdən sonra onun yerini London birjası tutdu.

70 ildən sonra Birləşmiş Ştatları lərzəyə salan, böyük depressiyaya səbəb olan, tarixə “qara cümə axşamı” adıyla düşən "II dünya iqtisadi böhranı" (1929) da məhz qiymətlərin enməsinin nəticəsi sayılır. Qiymətlər o qədər yüksəlir ki, artıq alıcılarda çörək almağa belə pul qalmır.

Məhz bu böhrandan sonra Almaniyada və İtaliyada faşizmə olan rəğbət artır və bunun nəticəsində də Adolf Hitler hakimiyyətə gəlir. Hitlerin hakimiyyətə gəlişi iqtisadi böhranın sonu kimi xarakterizə olunur.

70 ci illərin neft böhranından ən çox qazanan Sovet İttifaqı oldu. Boşalmış büdcə doldu, neft dollarlarının axını sovet imperiyasını Əfqanıstana hücum etməyə, Mərkəzi Asiyanı bütünlüklə öz təsir dairəsinə salmağa həvəsləndirdi.

Yeni dünya düzəninin əsasını qoyan neft böhranından sonra Avropa ölkələri yeni enerji mənbələri axtarmağa başladılar. Ancaq böhranları düzüb qoşan, ondan öz mənfəətləri naminə istifadə edən güclər yeni enerji mənbələrinin tapılmasına imkan verməzdilər.

2007 ci ildən start götürən "dünya maliyyə böhranı" bu günə qədər tamamilə aradan qalxmayıb. Covid 19 pandemiyası ilə ərzaq çatışmamazlığı, aclıq daha da şiddətlənib.

Ukrayna müharibəsinin şərtləndirdiyi “Qaz böhranı” yeni böhrana yol açıb. Nobel mükafatçısı Paul Krugman “Yeni dünya iqtisadi böhranı” adlı kitabında maliyyə bazarlarının tənzimlənməsində yaranmış boşluqların böhrana şərait yaratdığını yazır. Almaniya hökumətini sərt tənqid edən alim Berlini yeni böhranın əsas günahkarı sayır.

Böhrandan çıxmaq üçün koordinasiyalı fəaliyyətin vacibliyini önə sürən Paul Krugman Avropa Birliyini fəaliyyətsizlikdə ittiham edir. Ukrayna müharibəsi zamanı göstərdiyi gücsüzlük birliyi və Avropanı daha dərin labirintə salıb.

Ölkəsini Rusiya qazından asılı vəziyyətə salan Almaniya hökuməti sanksiyalara rəğmən Moskvayla xarici ticarəti dayandırmayıb. Rusiyadan idxal 9,8 faiz azalsa da, Rusiyaya ixrac 30 faizə qədər artlb. İsveçrənin rus oliqarxlarının var dövlətinin qoruyucusuna çevrilməsi işğalçının əl qolunu açıb.

İngiltərənin baş naziri Boris Consonun başına gələnlər müasir hökumət böhranlarının düzməcə olduğuna bir sübutdur.

Vəzifəyə qoyduğu dostlarından birinin çox-çox əvvəllər içkili vəziyyətdə restoranda dava salıb, iki kişiyə barmaq atması indi yada düşüb. Heç demə, Consonun dostunun əl qaldırmasından xəbəri olub, ancaq onu yenə də irəli çəkib. Bundan sonra Mühafizəkarlar Partiyasında Consona qarşı üsyan başlayıb.

Partiyanı təmsil edən 50-ə yaxın parlament və hökumət üzvü istefa verib, partiya daxilində Consonu yıxmaq üçün hər addımı atırlar.

Ulu babası türk olan Boris Consonun başına gələnlərin NATO-nun Madrid sammitindən dərhal sonraya təsadüf etməsi Consonun Türkiyə prezidenti Ərdoğanla isti münasibətini yada salır. Müşahidəçilər Mühafizəkarlar Partiyasındakı türk düşmənçiliyinin pik nöqtəyə çatmasının Conson hökumətini ağır vəziyyətə saldığını iddia edirlər.

Konservatorların türk düşmənçiliyinin tarixi haqqında qalaq-qalaq kitablar yazmaq olar. Türklərə simpatiyasını gizlətməyən bir baş nazirin mövcudluğu ingilis tarixində bir nonsensdir.

İtaliyada hökumət böhranlarına yol açan “zibil krizləri” ölkədə hələ də söz sahibi olan mafiyaların əl işi sayılır.

2007-ci ildə İtaliyanın üçüncü böyük şəhəri olan Neapolda zibilin yığılmaması, küçələrdə qalması, yandırılması mafiya ilə əlaqələri olan Silvio Berluskonini yenidən baş nazir kürsüsünə oturtdu. Onun baş nazir seçilməsindən sonra zibil yığanlar küçələri zibildən təmizləməyə başladılar. Zibil yığanları ölümlə hədələyən mafiozlardan artıq başqa əmr gəlmişdi, onlara zibili yığmaq tapşırılmışdı.

Düzməcə hökumət böhranlarından əziyyət çəkmiş ölkələrdən biri də qardaş Türkiyədir. 70-80 ci illərdəki hökumət böhranlarının kökündə hərbçilərin siyasətə müdaxiləsi dururdusa, Ərdoğan hakimiyyətə gəldikdən sonra hərbçilərin yerini nurçular tutdular.

Nurçuların mövqeləri zəiflədikdən sonra Türkiyədəki hökumət böhranları daha çox xaricdən idarə olunmağa başlayıb. Xarici qüvvələrin təsiri altında olan gizli təşkilatların mövcudluğu, bu təşkilatların üzvü olan vəzifə sahiblərinin xarici qüvvələrin şantajları ilə üzləşməsi son nəticədə böhrana gətirib çıxartdı.

Gülən hərəkatının “xüsusi xidmət” adlı gizli təşkilatının mövcudluğu haqqında Almaniyadan gələn xəbərlər narahatlıq doğuran siqnallardır. Azərbaycanda da “xüsusi xidmət” üzvlərinin olması ehtimalı böyükdür. İndiyə qədər adları çəkilən “nurçular” yalnız görüntü rolunu oynaya və əsl xidmətçiləri diqqətdən yayındıra bilərlər.

Ləğv olunmuş MTN xofunun miqyası və ölkəni necə sarsıtdığı indi üzə çıxır. Bu mafiozların tamamən təmizləndiyini söyləmək sadəcə sadəlövhlük olardı.(musavat)

Elxan Həsənli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam