Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sus, qəlbim SUS

 

 

Yaşamaq deyil ki, həyatım,

Qırıldım, parçalandım,

Xıyma-xıyma, çilik-çilik.

Söküldüm, açıldım,

 

İlmə-ilmə hörük-hörük,

Alışdı yandı qəlbim,

Od basdılar körük-körük.

Həyat bir səhnə idi,

 

Oyunçuydu taleyim,

Top atdılar tutanmadım,

Boş qalmış qapıdan,

Ömür sanki qola girdi,

 

Nə idisə  dəyişən,

Gör ki, dondan, dona girdi,

Mən əksini vuranmadım.

Yıxılan özüm oldum,

 

Sus qəlbim, sus!...

Dinmə, danışma!...

Susaraq daşa dön,

Sıx dilini dişinə,

 

Yolundu nə geri, nədə ön.

Dərdlərimdən heykəl yarat,

Bir ömür adın olsun,

Şişlə, bizlə qanat,

 

Dözümlü mətin olsun.

Dinmə, danışma SUS!...

Işlə rəssam kimi işlə,

Sən qarışdır rəngləri,

 

Taleyimin rəngini seç.

Dön heykəltəraşa,

Özün cilala yon!...

Burax zamana, yolunu keç.

 

Unut insanı, insanlığı,

Həyatınla oynadın,

Unut sən, peşmanlığı.

Doğrusansa ocaqdı yerin,

 

Çıtır-çıtır yanmaq üçün.

Çıxsan önə bucaqdı yerin,

Yaşamadın qanmaq üçün.

Sus qəlbim sus!...

 

Hər şey bitib, tükənib,

Düz, düzdən ayrılıb,

Haqq nahaqqa söykənib.

İnsan var, ürəksiz doğulur,

 

Vursa da, işləmir o ürək,

Həyat özü, səndən yorulur

Sus, qəlbim sus!...

Ədalətə yumular gözü,

 

Sevə bilməz qəlbi yoxdur,

Etiraf etməz ki, özü.

Sus qəlbim elə sus ki,

Dilinlə sus, gözünlə sus,

 

Qan sızan  izlər danışsın.

Susduqca ucalacaqsan,

Səhfmisən, düzmüsən,

Özündə, özünü yaşadacaqsan.

 

Özündən qopanı isə,

Özünə, yalnız özünə

Gec ya tez,

Taparaq bağlayacaqsan...

Təranə Şəms. 11.03.2019  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam