Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ukraynaya ən müasir silahlar daşınır -Rusiyada şübhə, Donbasda təlaş

Boris Yulin: "Ukrayna Donbasdakı münaqişənin güc yolu ilə həlli üçün kifayət qədər gücə malik olacaq"

Yenixeber.org: Ukraynanın Donbassı separatçı ünsürlərdən təmizləməsi istiqamətində hərbi əməliyyatlara başlayacağı proqnozları artmaqdadır. Müharibənin başlaması proqnozlarını gücləndirən amil isə son bir neçə ayda Ukraynaya daşınan silah-sursatın həcmidir. Rusiya ilə ABŞ və NATO arasındakı Ukrayna ətrafındakı gərginlik, Qərbdən Ukraynaya silahlar verilməsi müharibə gözləntilərini artırıb.

Beynəlxalq ekspertlər hesab edirlər ki, Ukrayna böhranı ilə bağlı Rusiya ilə Qərb arasındakı diplomatik danışıqların nəticə verməməsi Donbasda müharibənin başlaması ilə nəticələnəcək. Nəticədə isə separatçılara himayədarlıq edən Rusiya prosesə müdaxilə edəcək ki, bu da Rusiya-Ukrayna, dolayısı ilə regional, hətta Üçüncü Dünya müharibəsinə gətirib çıxaracaq. 

Rusiyanın ictimaiyyət nümayəndələri də hesab edirlər ki, müharibə qaçılmaz görünür. Xüsusən də Ukraynanın silah arsenalını durmadan artırması faktları var. Məsələn, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib ki, son üç ayda ölkəsi Qərbdən 1,5 milyard dollar dəyərində min tondan çox silah və sursat alıb. Nazirin sözlərinə görə, bu qədər yardım son hədd deyil - Kiyev silah və texnika almağa davam edəcək.

Başqa bir məlumata görə, təkcə bu ilin yanvar ayında Ukrayna ABŞ-dan 200 milyon dollarlıq silah tədarükü edib. Buraya "Javelin" və digər tank əleyhinə silahlar, qumbaraatanlar, odlu silahlar, döyüş sursatları daxildir. Ukrayna XİN başçısının bildirdiyi kimi, son üç ayda tədarüklərin ümumi həcmi 1,5 milyard dollar təşkil edib.

Daimi tədarüklər Böyük Britaniyadan da gəlir. Bundan əlavə, Polşa Ukraynaya on minlərlə artilleriya mərmisi, minaatan və qumbaraatan göndərmək niyyətində olduğunu açıqlayıb.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Qərbin silah verməkdən imtinası ilə Ukrayna ətrafında vəziyyətin deeskalasiyasına nail olmaq olar. XİN rəsmisi eyni zamanda, əvvəllər Ukrayna ərazisinə gətirilən silahların oradan çıxarılmasını təklif edib.

Yeri gəlmişkən, Rusiyanın hərbi addımları da müharibənin olacağı ehtimalını artırır. Belə ki, dünəndən Rusiya-Belarus genişmiqyaslı hərbi təlimləri başlayıb. Qərb mətbuatının məlumatına görə, fevralın 20-dək davam etməsi planlaşdırılan 10 günlük Rusiya-Belarus genişmiqyaslı hərbi təlimlərində iştirak məqsədi ilə Rusiya Belarusa 30 min hərbçi, qırıcı təyyarələr və iki yer-hava tipli S-400 zenit-raket batalyonu göndərib. Rusiyanın Baş Qərargah rəisi Valeri Gerasimov hərbi təlimləri izləmək üçün Belarusa gedib.

Qeyd edək ki, NATO hərbi təlimlərin Rusiyanın “soyuq müharibə”dən sonra Belarusa ən böyük hərbi qüvvələr yerləşdirməsi ilə keçirildiyini açıqlayıb. Ağ Ev hərbi təlimləri Ukrayna ilə gərginliyin artırılmasına xidmət edən addım kimi qiymətləndirib.

Daha bir məqam isə müharibə olacağı təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi əməliyyatlara cəlb ediləcəyi ehtimalıdır. Məsələn, Belarus Prezidenti Aleksandr Lukaşenko ötən həftə "Sovaliev Live" "YouTube" kanalına müsahibəsində "Müharibə olarsa, Belarus hansı mövqeni tutacaq?" sualına belə cavab verib: "Əlbəttə, Rusiya ilə birgə hərəkət edəcəyik".

Düzdür, Rusiya-Belarus birgə hərbi ittifaqı mövcuddur, amma KTMT-nin prosesə cəlb ediləcəyi gözləntisi də yüksəkdir. Xüsusilə də, yanvarda Qazaxıstanda baş verənlərdə KTMT-nin komplektləşə bildiyinin şahidi olduq. Bəzi ekspertlər KTMT-nin Qazaxıstandakı olaylara müdaxiləsini bir növ təlim də adlandırırlar.

KTMT-nin Birləşmiş Qərargahının rəhbəri, general-polkovnik Anatoli Sidorovun keçirdiyi brifinqdə Ukraynanın silahlanması, müharibə ehtimalına yönəlik dedikləri də müəyyən suallara aydınlıq gətirir. AYNA-nın məlumatına görə, Sidorov Donbasda münaqişənin gərginləşməsi təhlükəsinin artdığını söyləyib. General deyib ki, Qərb tərəfdaşlarından Ukraynaya silah tədarükü fonunda Donbasda münaqişənin daim gərginləşməsi təhlükəsi var.

Birləşmiş Qərargah rəhbəri Qərbin Ukrayna Ordusu ilə bağlı addımlarını qiymətləndirərkən bildirib ki, Qərb qarşı tərəfin (Ukrayna) ordusunu NATO standartlarına uyğunlaşdırmaqdadır: "Planların həyata keçirilməsi üçün xarici maliyyə və məsləhət yardımı fəal şəkildə cəlb edilir, silah və hərbi texnikanın tədarükü üçün müqavilələr bağlanır. Bu ilin yanvarından indiyədək Ukraynaya ABŞ-dan 650 tona yaxın müxtəlif təyinatlı sursat və hərbi texnika gətirilib”.

Sidorov vurğulayıb ki, bu fonda Ukraynanın cənub-şərqində münaqişənin gərginləşməsi riski artır: "Bu, regionda təhlükəsizlik vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər".

Rusiyalı hərbi ekspert Boris Yulin NATO silahlarının Donbasdakı münaqişənin nəticələrinə təsirini qiymətləndirərkən deyib ki, hərbi yardımlar Ukrayna qüvvələrinin Donbassı azad etməsi üçün yetərlidir. Yulin hesab edir ki, Ukraynaya artan silah tədarükü ölkəni aktiv hərbi siyasətə sövq etməlidir: "Təbii, Ukrayna hərbi baxımdan fövqəlgücə çevrilməyəcək, lakin Donbasdakı münaqişənin güc yolu ilə həlli üçün kifayət qədər gücə malik olacaq".

“Əslində, Ukraynada nisbətən az sayda silah toplanıb. Çatdırılmalar isə son bir ayda  davamlıdır. Lakin silah həcmi böyük deyil. Ukrayna ağır silahlarla, tanklarla, özüyeriyən silahlarla, zirehli transportyorlarla, döyüş gəmiləri, təyyarələr, helikopterlərlə təmin edilmir. Söhbət tank əleyhinə hərbi sistemlərdən gedir. Amma onu deməliyəm ki, ən son model "Javelin" portativ raket sistemləridir”, - deyə Yulin əlavə edib.

Ekspertin sözlərinə görə, Ukraynanın dövlətlərdən istədiyi ən son sistemlər hava hücumundan müdafiə sistemləridir: "Formal olaraq götürsək, bütün bu silah növləri hücum xarakteri daşımır. Amma belə bir bölgünü çox şübhəli hesab edirəm".

“Ukraynaya nə dərəcədə ciddi silahlar verildiyini qiymətləndirmək olduqca çətindir. Məsələn, tank əleyhinə sistemlər müdafiə xarakterli deyil, sadəcə olaraq silahdır, zirehli texnika ilə mübarizə vasitəsidir. Müdafiə və hücum silahları növləri baxımından məlumatlarda çox hiyləgərlik var. Ümumiyyətlə, bu, Ukraynanın hücuma keçə biləcəyini göstərmək üçün lazımdır", - hərbi ekspert vurğulayıb.

Yulinin sözlərinə görə, mövcud hərbi ehtiyatlarla Ukrayna Donbassı çoxdan ələ keçirə bilərdi: "Söhbət təkcə silahdan getmir, şəxsi heyətin say baxımından da üstündürlər. Donbasdakılar (separatçılar - red.) SSRİ-dən qalma silahlar ilə yaxşı silahlanıblar. Amma orada praktiki olaraq ağır müasir silahlar yoxdur və Rusiyanın Minsk razılaşmalarına uyğun olaraq onları tədarük etmək hüququ mövcud deyil".(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam