ABŞ Kiyevdə üçüncü dünya müharibəsinin tətikçisinə çevrilə bilər-ŞƏRH
Rusiya hərbi saytları Moskva ilə Kiyev arasında müharibə başlayacağı təqdirdə Vaşinqtonun münaqişəyə birbaşa qatılmayacağını yazıblar.
Yenixeber.org: Məqalə müəllifləri Qərb KİV-lərində gedən təhlillərə istinad ediblər.
- Xarici jurnalistlər isə öz yazılarında ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinə heç vaxt birbaşa müdaxilə etməyəcəyinin səbəblərini açıqlayıblar. ABŞ-ın birbaşa müdaxilə etməyəcəyinin səbəbi çox sadədir.
Birincisi, Vaşinqtonun Kiyev qarşısında müqavilə öhdəlikləri yoxdur. İkincisi və ən əsası, Ukrayna nə İraq, nə Suriya, nə də Əfqanıstandır. Fakt budur ki, Kuba ABŞ-ın təhlükəsizliyinə təsir etdiyi kimi, Ukrayna da Rusiyanın təhlükəsizliyinə birbaşa təsir göstərir.
Ekspertlərin fikrincə, ABŞ Ukraynadakı münaqişəyə birbaşa müdaxilə edərsə, bu, faktiki olaraq Rusiyaya müharibə elanı demək olacaq. Vaşinqton üçün Moskva ilə müharibə isə böyük avantüra olardı. Çünki bu münaqişə regionda sabitliyi pozmaqla yanaşı vəziyyəti elə bir təhlükəli həddə gətirər ki, bu addım nüvə silahından istifadə ehtimalı ilə bağlı təhlükəli riski daşıyar. Avtomatik olaraq üçüncü dünya müharibəsinin tətikçisinə çevrilər.
Bununla belə, ABŞ tam fəaliyyətsiz də qala bilməz. Ukrayna məsələsinə tam şəkildə müdaxilə etməmək Rusiyanın Estoniya, Latviya və Litva kimi digər Şərqi Avropa ölkələrinə qarşı gələcək ehtimal olunan davranışlarının təsdiqi sayılacaq-,məqalədə yazılıb.
Məqalə müəllifi sual edib ki, əgər Rusiya Ukraynaya qarşı hərəkətə keçərsə, ABŞ və müttəfiqləri Ukraynaya özünü müdafiə etməyə nə dərəcədə kömək edə bilər?
- Bu cür yardım ABŞ qoşunlarının bir hissəsinin Ukraynaya açıq şəkildə göndərilməsindən tutmuş, xüsusi əməliyyat qüvvələri də daxil olmaqla, Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərlik etdiyi gizli əməliyyatlara qədər ola bilər. Bununla belə, araşdırmaçıların vurğuladığı kimi, bu, bir çox risklər yaradacaq və ABŞ-ı sonradan qaçmağa qərar verəcəkləri müharibəyə sürükləyəcək.