Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

“MƏHDUD RESURSLU” NAZİR... -Qarabağ haqqında filmə pul tapılmır, amma...

 

“Ssenarilər müsabiqəsi var və seçilən uğurlu ssenarinin əsasında da filmin çəkilişi olacaq. Biz çox filmlər çəkmək istərdik, amma bizdə olan məhdud resurslara görə Qarabağ haqqında bir vacib filmin çəkilməsini nəzərdə tuturuq...” 

Yenixeber.org: Bunu Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov Gəncəyə səfəri zamanı jurnalistlərtə açıqlamasında deyib.

Nazirin sözlərindən belə çıxır ki, nazirliyin maddi imkanları məhduddur və buna görə Qarabağ Müharibəsinə dair yalnız bir film çəkə bilər. Həmin filminsə ssenari seçimi hələ davam edir...

Maraqlıdır ki, ermənilər məğlub olmalarına baxmayaraq, hələ ötən ilin ortalarında Qarabağla bağlı uydurma film çəkərək, onu “Oskar” mükafatına təqdim ediblər. “45 Gün: Millət uğrunda mübarizə” adlı qondarma “sənədli film” Oskar mükafatına namizəd seçilib. Həmçinin, artıq Amerikada nümayiş olunan ən populyar teleseriallarda Qarabağdakı müharibə barədə ermənipərəst təbliğat və Azərbaycana qarşı təxribat xarakterli səhnələr yerləşdirirlər.

Biz isə həmişəki kimi geri qalırıq və hələ “ssenari seçirik”. Mədəniyyət Nazirliyi müharibənin başa çatmasından ilyarım keçməsinə baxmayaraq, hələ heç cür ssenari seçib qurtara bilmir. Və bu gedişlə həmin filmin nə vaxta ərsəyə gələcəyini təsəvvür etmək çətin deyil...

Hələ üstəgəl də nazir utancverici formada “məhdud resurslar”dan danışır. Necə yəni, məhdud resurslar, heçmi ayıb deyil?

Azərbaycan hökumətinin və bu sahəyə cavabdeh olan nazirliyin minlərlə şəhid verilən və tariximizə qızıl hərflərlə yazılmalı olan 44 günlük müharibə barədə bir neçə samballı film çəkməyə maliyyə imkanı yoxdur? Necə olur ki, bu nazirlik hələ də “odun yanacağı almaq”dan, “dəftərxana ləvazimatı almağa” qədər müxtəlif adlarla milyonlarla büdcə vəsaitini tenderlərdə “silə” bilir, amma normal film çəkməyə pul tapmır?

 

 

Məsələn, ilin əvvəlində Mədəniyyət Nazirliyinin struktur qurumlarına 2021-ci ildə maşın və avadanlıqların satın alınması tenderinin nəticələri dərc olunub. Məlumatda deyilir ki, 1 milyon 263 min 838 manat dəyərində tenderin qalibi "STONE CONSTRUCTİON" QSC elan edilib. Bu, həmin şirkətdir ki, yaradıldığı qısa müddət ərzində milyonlarla dəyəri olan çoxlu sayda şübhəli tenderlər qazanıb. Həmin şirkət barədə mətbuatda saysız-hesabsız tənqidi materiallara rast gələ bilərsiniz. Onların hamısında şirkətin dövlət qurumları ilə sövdələşməyə gedərək, büdcə vəsaitlərini “silməklə” məşğul olduğu bildirilir. Ancaq nə şirkətdən səs çıxır, nə də dövlət qurumlarından.

 

 

Ötən ilin yayında bu şirkət Mədəniyyət Nazirliyinin birdən-birə 5 tenderini qazanıb. Və maraqlıdır ki, ümumi dəyəri 500 min manata yaxın olan həmin tenderin nəticələrinə görə, "STONE CONSTRUCTİON” həm Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə 305 min manata(!) dəftərxana ləvazimatı, həm də Bərdə Regional Mədəniyyət İdarəsinə 66.646 manata(!) odun yanacağı satıb. Bu isə bazar qiymətilə 200 maşın odun deməkdir. Bir soruşan da yoxdur ki, Avropaya qaz satan ölkədə bir rayonun mədəniyyət obyektlərinin bu qədər odun nəyinə lazımdır? Təbii ki, bunlar hələ xırda məbləğlərdir və şübhə doğuran daha böyük rəqəmlər var…

Buna baxmayaraq, elə Əbülfəs Qarayevin də vaxtında nazirlik bu cür şirkətlərlə “işləyirdi”, indi də. Yəni nazir dəyişsə də, tenderlə bağlı “iş prinsipləri” görünür ki, dəyişməyib. Belədə isə əlbəttə ki, Qarabağ haqqında bir neçə normal film çəkməyə pul tapılmayacaq və nazir “məhdud resurslar” deyəcək. 

Ancaq görünən odur ki, əslində, məhdud olan maddi resurslar yox, bizim bir çox məmurların mənəvi keyfiyyətləri, məsuliyyəti, vətənə, dövlətə, millətə canıyananlığı, bağlılığı və sədaqətidir… “Azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam