Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“O, geri çəkilmir, belə görünmək istəyir”:Ekspertlər müharibə təhlükəsinin sovuşmadığını düşünürlər

Rusiya prezidenti Vladimir Putin Çinə Qış Olimpiya Oyunlarını izləməyə getdi. Bundan bir az əvvəl onun rəhbərlik etdiyi hökumətdən Ukrayna ilə müharibənin olmayacağına dair ard-arda təkzib açıqlamaları səsləndirilmişdi. Avropada böyük müharibə xəbərini gözləyən ölkələr bir qədər rahat nəfəs aldı. Xüsusən Ukrayna prezidenti Vladimir Zelenskinin Qərbin müharibə təhlükəsini şişirtməsi ilə bağlı narazılığı bu təəssüratın formalaşmasında mühüm rol oynadı.

Yenixeber.org: Amma müharibə təhlükəsi gerçəkdən də aradan qalxdımı? Axı qarşı-qarşıya duran tərəflərin heç biri iddialarından geri çəkilməyib, yaxud Ukrayna böhranının diplomatik yolla həlli ilə bağlı heç bir yeni formul tapılmayıb. Nə Moskva, nə də Kiyev vasitəçilik təkliflərini qəbul etdiklərini elan etməyiblər. Bu arada, Ukraynaya Qərbin iqtisadi, siyasi və hərbi dəstəyi eyni templə davam edir, təyyarələrlə yeni silahlar daşınır, dəstə-dəstə hərbi mütəxəssislər göndərilir, habelə milyardlarla dollar ayrılır. 

Qərb Ukraynanın heç vaxt NATO ölkəsi olmayacağına dair Putinin tələblərini rədd etdi və perspektiv, Kreml rəhbərinin ifadə etdiyi kimi, daha da mürəkkəbləşdi. Putin Macarıstanın baş naziri M. Orbanla mətbuat konfransında belə bir cümlə işlətmişdi: “Ukrayna hərbi doktrinasında Krımın hərbi yolla geri alınacağını yazıb. Bu ölkə sabah hərbi ittifaqa üzv olsa və yazdığını gerçəkləşdirsə, necə olacaq, bunu düşünən varmı?”

Beləliklə, Ukrayna problemi nə Rusiya, nə Qərb, nə də elə Kiyev üçün həll olunmamış qalıb. Rusiya birləşmiş Qərblə toqquşmadan ehtiyatlanıb pat vəziyyətini saxlasa belə, Zelenski hökumətinin əlverişli beynəlxalq vəziyyətdən istifadə edərək Donbası separatçılardan azad etməyəcəyinə heç bir təminat yoxdur.   

Yaranmış vəziyyəti şərh edən siyasi təhlilçi Rauf Mirqədirov hesab edir ki, bu ay ərzində Ukrayna ətrafında qeyri-müəyyən vəziyyət davam edəcək. Onun sözlərinə görə, fevralın sonunda konkret nəsə demək olar: 

“Çünki Pekində Qış Olimpiya Oyunları açıldı və bu idman tədbiri fevralın axırına qədər davam edəcək. Xatırladım ki, Rusiyanın 2008-ci ilin avqustun 8-də Gürcüstana hücumu da Çində Olimpiya Oyunlarının başladığı günə təsadüf etmişdi. O zaman bu işğala beynəlxalq aləm ciddi reaksiya vermədi, amma indi situasiya bir qədər fərqlidir. Əgər fevral ayında Rusiya Ukraynaya təcavüz edərsə, bu, Pekın Olimpiya Oyunlarına çox ciddi zərbə ola bilər. Bu, Çinlə Rusiya arasında münasibətlərə olduqca mənfi təsir edəcək. Bu oyunların keçirilməsi Pekin üçün çox vacibdir. Onu da yada salıram ki, 2014-cü ildə Rusiyanın Ukraynaya təcavüzü də Soçi Qış Olimpiya Oyunlarının bitməsindən cəmi bir neçə gün sonra oldu. Düşünmürəm ki, Moskva Pekinlə münasibətləri korlamaq istəsin. Ümumiyyətlə, bu hücum baş verərsə, beynəlxalq münasibətlərdə elə situasiya yarana bilər ki, bir çox milli yığmalar Pekin Olimpiadasını tərk edər. Ona görə də fevralın axırına qədər gözləmək lazım gəlir”. 

Təhlilçi qeyd edir ki, bir aydan da az vaxtda diplomatiya üçün imkanlar var. O, vurğulayıb ki, təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqların əsas problemi Rusiyanın üzərinə heç bir öhdəlik götürmək istəməməsi ilə bağlıdır: “Amma Moskva qarşı tərəfdən hüquqi və rəsmi şəkildə təsbit olunmuş öhdəliklər tələb edir. Postsovet məkanında hərbi-siyasi təcavüzünü, yaxud inteqrasiya prosesləri adı altında təcavüzünü məhdudlaşdırmaq haqqında heç bir öhdəlik götürmür. Bu, çox ciddi problemdir, eyni zamanda, Rusiyanın üzərinə götürdüyü öhdəliklərə inanmaq da doğru deyil. Məsələn, Budapeşt sammitində Ukraynanın ərazi bütövlüyü ilə bağlı götürülmüş öhdəliklərinin heç biri yerinə yetirilmədi. Xatırladım ki, bu bəyannaməyə əsasən, ABŞ və Rusiya nüvə silahından imtina etdiyinə görə Ukraynanın ərazi bütövlüyünə qarant olduqlarını bəyan ediblər. Heç bir ölkə bu bəyannaməni ratifikasiya etməsə də onun altına qoyduqları imzadan da imtina etməyiblər. Sənədin ratifikasiya olunmaması götürülən öhdəliklərdən imtina üçün əsas deyil. Bunun üçün rəsmi şəkildə elan olunmalıdır ki, biz həmin bəyannamədən doğan öhdəlikləri yerinə yetirmirik. Bu halda Ukrayna da nüvə silahından imtina etməsinə dair öhdəliyindən azad ola bilərdi”

R.Mirq’dirov hesab edir ki, Putinin geri çəkilmək imkanları olduqca azdır. “Məncə, bizim politoloqlar, ekspertlər Putinin motivlərini düzgün dəyərləndirmirlər. Sağlam məntiqlə düşünürlər ki, Putin Ukraynaya hücum edəcəksə, bir neçə variant ola bilər. Məsələn, Moskvanın qondarma Donetsk və Luqanskın müstəqilliyini tanıması, yaxud tamamilə Şərqi Ukraynanın ilhaq etməsi planları ola bilər. Kiyevin tutulması, hakimiyyətin devrilməsi və s. bu versiyalara daxildir. Şübhəsiz ki, Moskvanın qondarma respublikaları tanıması çox ciddi sanksiyaların işə düşməsinə səbəb ola bilər. Bu sanksiyalar isə zəif Rusiya üçün olduqca ağır fəsadlara gətirib çıxaracaq. Xatırladıram ki, neftin qiyməti yüksəkdir, sərt sanksiyalar da yoxdur, amma rublun dəyəri sürətlə azalır. Adi halda biz əks mənzərəni müşahidə edirik, neftin bahalanması rublu möhkəmləndirir. İndi bu faktor işləmir, neft qiymətləri rubla dayaq rolunda çıxış edə bilmir. Rusiya iqtisadiyyatına sektoral sanksiyalar tətbiq olunarsa, bu zərbə ölkəni iflic edə bilər. Xüsusən, ölkənin maliyyə sisteminin SVİFT-dən xaric edilməsi olduqca ağır nəticələr verəcək. Ona görə də bir çox ekspertlərimiz düşünürlər ki, Rusiya onu gözləyənləri nəzərə alıb, təcavüzdən çəkinməlidir. Amma biz bir şeyi bilməliyik ki, Putinin hərəkətverici motivi bir qədər fərqlidir. Onun əsas məqsədi ölkədə reytinqini yüksəltməklə hakimiyyətinin təkrar istehsalına nail olmaqdır. Bu yolla da hakimiyyətdə qalmasını təmin etməyi düşünür. Onun əlində yeganə vasitə Rusiya imperiyası torpaqlarının toplayıcısı imicini möhkəmləndirməkdir. Bunu isə ancaq təcavüz yolu ilə etmək mümkündür. Söhbət tək Ukraynadan deyil, bütövlükdə postsovet məkanından gedir. Putin bu regionda təcavüzkar siyasətindən imtina etmək gücünə malik deyil”. 

Politoloq Azər Qasımlı da bildirib ki, Putinin geri çəkildiyini düşünmür: “Əksinə, o bəyan edir ki, təhlükəsizliyini qorumaq üçün ABŞ-dan hansısa addımlar atmağı tələb edir. Əslində, Putinin bu dedikləri absurddur və yanlışdır, soyuq müharibə ritorikasının davamıdır. Məsələn, soruşmaq olar ki, Moldova, Gürcüstan və Ukraynanı NATO-ya qoşulmağa ABŞ, Avropa Birliyi, Qərb vadar edir? Onlar ərazi bütövlüyünü, müstəqilliyini qarantiya altına almaq üçün bu addımı atırlar. Onlar kimdən qorxurlar, kimə görə təminat almaq istəyirlər? Əlbəttə, Rusiyaya görə! Putin birinci bu sualı özünə verməlidir”. 

Ekspert vurğulayır ki, ümumiyyətlə, Putin postsovet ölkələri ilə normal şəkildə davranmaq istəmir: “Onlarla danışmaq əvəzinə, gedib Qərblə danışmağa cəhd edir. Ukrayna, Gürcüstan, Moldova, həmçinin Azərbaycanla normal danışsa, onların daxili siyasətinə müdaxilə etməsə, biz də, onlar da Qərblə hərbi ittifaqa can atmarıq”. 

A.Qasımlının sözlərinə görə, Rusiyanın ən böyük yanlışlıqlarından biri də odur ki, avtoritar iqtidarlarla dostluq edir: “Məsələn, Azərbaycan xalqı ilə dostluq eləmir. Bunun əksi olardısa, Azərbaycan müxalifətini də qəbul edərdi. Bir dəfə görməmişik ki, Rusiya səfiri müxalif nümayəndələri ilə görüşsün, ancaq iqtidarla təmasda olur. Amma Qərb həm iqtidarla, həm müxalifətlə, vətəndaş cəmiyyəti nümayəndələri ilə münasibət qurur. Belə ölkələrdə hakimiyyət dəyişikliyi baş verəndə Rusiya yeni iqtidarlara aqressiv yanaşır. Bilir ki, avtoritar olduğuna görə bu ölkələr üçün cazibə mərkəzi olmayacaq. Beləliklə, problem təkcə Rusiyanın imperialist siyasəti ilə bağlı deyil, həm də avtoritar mahiyyəti ilə bağlıdır”

Ekspert hesab edir ki, indiki situasiyada Putin geri çəkilməyəcək, ola bilsin, o, belə görüntü yaranmasını istəyir.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam