Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Referendum anonsu?-MSK sədrinin “taleyüklü məsələ”si barədə

 

“Bu Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi, eyni zamanda, bizi sözün yaxşı mənasında məcbur edir ki, biz qabağa ancaq düz yolla gedək. Bax, sizinlə bərabər, bütün Azərbaycan ictimaiyyəti ilə bərabər biz bu yolu gedəcəyik. İndi mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir. Əsas odur ki, ömrümün sonuna qədər mən bu yolla gedəcəyəm, inşallah, sizinlə bərabər”.

Yenixeber.org: Bu sözləri Prezident İlham Əliyev oktyabrın 25-də Qubadlı rayon sakinləri ilə görüşdə şəhid Milli Qəhrəman, polkovnik Şükür Həmidovun atası Nərimanov Həmidovun “İlham Əliyev Azərbaycanın daimi prezidenti olsun” fikrinə münasibət bildirərkən demişdi. 

Prezidentin dedikləri, gələn il ölkədə referendum keçiriləcəyi və idarəçilik sistemində ciddi yenilənmələrin olacağı barədə xeyli müddətdir siyasi kuluarlarda dolaşan söz-söhbətləri daha da canlandırdı. Müşahidəçilər əsas vurğunu ölkə başçsının “mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir…” fikrinin üzərinə salırlar. Bu açıqlamanın təsadüfi olmadığı, siyasi sistemdə gözlənilən yenilənmələrin anonsu olduğu qeyd olunur. 

Siyasi kuluarlarda gedən müzakirələrdə bildirilir ki, 44 günlük müharibədəki zəfərdən reytinqini yüksəldə bilmiş hakimiyyət dünyada və regionda cərəyan edən siyasi kataklizmlərə daha dayanıqlı idarəçilik sisteminə keçid etmək istəyir. Bu məqsədlə ölkədə referendum keçirilir və icra hakimiyyəti, qanunverici hakimiyyət və yerli özünüidarə orqanları ilə bağlı vacib dəyişikliklər əhalinin seçiminə çıxarılır. Siyasi mühitdə dolaşan bu mülahizələri aşağıdakı şəkildə qruplaşdırmaq olar:

– Milli Məclisin tərkibi genişləndirilərək, 201 mandatlı parlament yaradılır. 

– Deputat seçkiləri proporsional və majoritar qaydada – qarışıq sistem üzrə keçirilir.

– Güc strukturlarının tabe olduğu, ölkənin müdafiə və xarici siyasət də daxil, bütün strateji məsələlərində həlledici söz sahibi olduğu Dövlət Şurası yaradılır. Onun rəhbəri Milli Məclis tərəfindən ömürlük olaraq seçilir. Eyni zamanda, Konstitusiya ilə ona toxunulmazlıq hüququ verilir. (Qazaxıstanda olduğu kimi – red.)  

– Prezidentin iki dəfədən artıq seçilməsi qaydası ləğv olunur. Prezident seçkiləri 5 ildən bir ümumi səsvermə qaydasında seçilir.

– Vitse-prezidentlik institutu gücləndirilir və bu postu tutan şəxslər prezidentlə bərabər seçilir.

 – Nazirlər Kabineti ləğv edilir, onun bütün səlahiyyətləri Vitse-prezident institutuna həvalə edilir. 

– Yerli icra hakimiyyətləri ləğv olunur, onları prezidentin sərəncamı ilə yaradılmış 14 iqtisadi zona əvəzləyir. Xatırladaq ki, həmin sərəncama görə, Bakı, Naxçıvan, Abşeron-Xızı, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Qazax-Tovuz, Quba-Xaçmaz, Lənkəran-Astara, Mərkəzi Aran, Mil-Muğan, Şəki-Zaqatala, Şərqi Zəngəzur, Şirvan-Salyan iqtisadi rayonları yaradılıb. 

– Bələdiyyələrin yerli idarəçilikdə rolu artırılır və inzibati qurumların səlahiyyətlərinin bir hissəsi seçkili qurumlara qaytarılır və s. 

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun dekabrın 12-də verdiyi açıqlama da gələn il ölkədə referendumun keçiriləcəyi ilə bağlı gözləntiləri daha da artırıb. O, bildirib ki, Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi yəqin ki yaxın vaxtlarda olacaq. MSK sədri vurğulayıb ki, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır, bu məsələ də öz həllini tapacaq.

Maraqlıdır, M.Pənahov “Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır” deyərkən, nəyə işarə vurub? Əlbəttə, söhbət iki ilə yaxındır deputatsız qalan dairələrdən getmir. Qanunvericiliyə görə, nəticələri ləğv olunmuş seçki dairələri üzrə MSK 3 ay ərzində əlavə seçkilər elan etməli idi, amma bu baş verməyib və hakimiyyət üçün əhəmiyyətli məsələ deyil. Deməli, Məzahir Pənahov daha ciddi qərarların anonsunu edib ki, bu da referendum hazırlığından xəbər verə bilər.

Ötən 21 ildə Azərbaycan Konstitusiyası 3 dəfə dəyişdirilib və Əsas Qanuna əlavələr siyasi hakimiyyətin möhkəmləndirilməsi xarakteri daşıyıb. Bu zaman hakimiyyət daxildə müxalifətin və beynəlxalq təşkilatların müqaviməti ilə qarşılaşsa da onlara əhəmiyyət verməyib. Amma təxmini konturları yuxarıda qeyd olunan, ehtimal olunan növbəti dəyişiklikdə bütün maraqlı tərəflərin maraqları qismən nəzərə alınıb.

İlk növbədə, dövlət hakimiyyətinin nüvəsi seçki sisteminin nəzarətindən çıxarılır. Dövlət Şurasının (başqa ad da ola bilər – red.) rəhbəri ömürlük təyin olunduğuna görə, onun postu heç vaxt müzakirə mövzusuna çevrilmir. Siyasi, iqtisadi və təhlükəsizlik sistemini legitim bir mərkəzdə cəmləyəcək bu dəyişiklik hazırki hakimiyyətin əsas hədəfidir.

Prezidentin 5 ildən bir seçilməsi, bir şəxsin iki dəfədən artıq namizəd ola bilməməsi (hazırda bu müddət 7 ildir və bir şəxs istədiyi qədər seçilə bilər) demokratik norma kimi daxili və xarici qüvvələrin dəyişikliyə dəstəyinin əldə olunmasına hesablanıb. Eyni zamanda, parlamentin majoritar və proporsional qaydada seçilməsi, tərkibinin genişləndirilməsi də ölkədə siyasi iştirakçılığı artırmağa, qanunverici hakimiyyətin nüfuzunun bərpasına və ona beynəlxalq dəstəyin təmin olunmasına şərait yarada bilər. Məsələn, əksər partiyaların parlamentdə təmsilçiliyinə şərait yaradılması mümkündür. 

Yerli icra hakimiyyətlərinin ləğvi və bələdiyyə institutunun gücləndirilməsi də sözsüz ki, həm daxildə, həm də xaricdə məmnunluqla qarşılana bilər. 

Sual oluna bilər ki, hakimiyyət adətən daxili oyun qaydalarını müəyyənləşdirərkən, yaxud onları dəyişdirərkən heç bir qüvvənin marağını nəzər almayıb, bu dəfə niyə mümkün qədər balanslaşdırmaya çalışsın? 

Azərbaycan Avropa Şurasının monitorinqi altında olan ölkədir, üzərinə götürdüyü öhdəliklərə görə, hakimiyyət sistemi ilə bağlı bütün qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmalıdır. Bu dəyişiklik fundamental xarakter daşıdığı üçün ona beynəlxalq dəstəyin əldə olunması vacib şərtdir. Həmçinin hazırki geosiyasi toqquşmalardan sığortalanmaq üçün də bu keçid uyğun zamanda və mümkün qədər razılaşdırılaraq həyata keçirilməlidir.(pressklub)

Turqut 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam