Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyanın Qarabağ klanı ilə mübarizə şansı: Qalib tərəfi Azərbaycan Prezidenti müəyyən edəcək

Ermənistanda cərəyan edən ölkədaxili siyasi mübarizənin yekun nəticələri böyük ölçüdə məhz Azərbaycan Prezidentindən birbaşa asılı vəziyyətə düşüb; İndi Prezident İlham Əliyev öz manevrləri ilə Ermənistanda həm daxili siyasi böhranı dərinləşdirə, həm də Paşinyan hakimiyyətini Qarabağ klanı qarşısında gücləndirə bilər...

Yenixeber.org: Ermənistan növbəti daxili siyasi toqquşmalara doğru sürüklənir. Bu düşmən ölkədə siyasi rəqiblər arasında həlledici savaşın sürətlə yaxınlaşdığı müşahidə edilir. Və bu siyasi “hesablaşma”da qarşıduran tərəflərdən birisinin mütləq tam sıradan çıxarılacağı da qətiyyən istisna deyil.

Əlbəttə ki, bu siyasi savaşda hansısa tərəf həqiqətən də qalib ola bilər. Ancaq Ermənistanın qalib olmayacağı qətiyyən şübhə doğurmur. Çünki ordusu darmadağın olunmuş, bütün sahələr üzrə deqradasiya prosesi yaşayan, sosial-iqtisadi böhranın hər ötən gün daha da dərinləşdiyi Ermənistanda daxili siyasi savaş ölkəni ümumiyyətlə, dövlətçilikdən belə, uzaqlaşdıra bilər. Və indi bu daxili savaşı ssenariləşdirib, stimullaşdırmağa çalışan Qarabağ klanı əslində, Ermənistanı növbəti dəfə fəlakətə sürükləməkdədir.

Onu da qeyd edək ki, Ermənistan parlamentinin vitse-spikeri İşxan Saqatelyan bu ölkənin gələcək taleyini inandırıcı məzmunda proqnozlaşdırıb. Müxalifət düşərgəsini təmsil edən vitse-spiker Ermənistanın qara günlərinin hələ irəlidə olduğunu vurğulayıb. Və bu “qara günlər”in ssenari müəlliflərinin məhz revanşist Qarabağ klanı olduğu da artıq açıq-aşkar nəzərə çarpır.

RIAN_5724746.HR_.ru__0.jpg (65 KB)

Məsələ ondadır ki, əvvəlcə Ermənistanın keçmiş prezidenti, hərbi cinayətkar Serj Sarkisyan müxalifət düşərgəsini Paşinyan hakimiyyətini devirməyə çağırdı. Bu çağırışına Ermənistan cəmiyyətinə yönəlik təhqiramiz iradları da əlavə etdi. Yəni, Qarabağ klanı erməni xalqı ilə bağlarının qopduğunu anlayır və çevrilişi yalnız öz gücü hesabına etmək məcburiyyətindədir.

İndisə, digər keçmiş prezident və hərbi cinayətkar Robert Köşəryan da Paşinyan hakimiyyətinə qarşı zorakı mübarizə çağırışlarına qatılıb. O, Ermənistanın başına gələn bütün fəlakətlərə görə yalnız Paşinyan hakimiyyətini günahlandırır. Və baş nazir də daxil olmaqla, hakimiyyət komandasının bütün üzvlərini cəzalandırmağa çağırır.

R.Köçəryanın Paşinyan hakimiyyətinə qarşı ittihamlarının bir çoxu isə absurd məzmun daşıyır. Belə ki, o, 44 günlük savaş dövründə Azərbaycanın heç bir xarici dövlət tərəfindən qınanmamasını Ermənistanda XİN-in fəaliyyətsizliyi ilə izah etməyə çalışıb. Halbuki, rəsmi Bakının savaşa başlamaqla, məhz Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini deməyi isə unudub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpa etməsinə hansı xarici ölkə etiraz edə bilərdi ki...

Digər önəmli məqam isə baş nazir Nikol Paşinyanın könüllülərdən ibarət silahlı dəstələrin yaradılması ilə bağlı çağırından qaynaqlanır. Bu çağırışı cinayət hesab edən R.Köçəryan baş nazir N.Paşinyanı Ermənistan ordusunda olan problemlərin Azərbaycana çatdırmaqda suçlayır. Və bunun nə qədər absurd bir ittiham olduğunu yəqin ki, özü də bilməmiş deyil.

resized_ad590-a1620d395f75a935050d0.jpg (141 KB)

Məsələ ondadır ki, 44 günlük savaşdan öncə də, ondan sonra da Ermənistan ordusnun mövcud durumu barədə Azərbaycan kəşfiyyatı tam şəkildə məlumatlı idi. Baş nazir N.Paşinyan hansısa çağırışını təhlil edib, nəticə çıxartmağa da elə bir ehtiyacı yoxuydu. Və Ermənistan ordusunun məhz Köçəryan-Sarkisyan hakimiyyəti dövründə qurulduğunu, hərbi büdcənin talan edildiyini hamı bilir.

Hətta Azərbaycan Prezidenti İlham Əliyev də öz açıqlamalarında bu məsələyə münasibət bildirib. Prezident İ.Əliyev vurğulayıb ki, Azərbaycan 44 günlük savaşda Köçəryan-Sarkisyan çütlüyünün yaratdığı Ermənistan ordusunu məğlub edib. Savaşa qədər cəmisi iki il hakimiyyətdə olan baş nazir N.Paşinyan belə qısa müddətdə orduda hər hansı dəyişiklik edə bilməzdi. Və savaşın ilk həftəsində 10 nəfərdən artıq dezertiri olan Ermənistan ordusu məhz Köçəryan-Sarkisyan cütlüyünün “əsər”idir.

Bütün bunlara baxmayaraq, R.Köçəryan Cənubi Qafqazda Azərbaycan və Türkiyənin siyasi iradəsinin mütləq xarakter almasına görə də Paşinyan hakimiyyətini ittiham edir. Onun fikrincə, Rusiya da bu reallıqla hesablaşmaq məcburiyyətindədir. Və indi Dağlıq Qarabağ ilə bağlı danışıqlar prosesində iştirak etmir.

Maraqlıdır ki, R.Köçəryan yenə də məğlub ölkə faktorunu nəzərə almaq istəmir. Halbuki, hakimiyyətdə hansı siyasi qüvvə olsaydı, vəziyyət indikindən qətiyyən fərqlənməzdi. Yenə də Ermənistanın mövqeyinə əhəmiyyət verilməzdi. Üstəlik, Dağlıq Qarabağ mövzusunda hər hansı danışıqların olmadığını da R.Köçəryan məqsədyönlü şəkildə unudur.

3fdc23ab-eca4-47df-a1d5-d758188a54b5.jpg (256 KB)

Təbii ki, bütün bunlar Qarabağ klanının və onun rəhbərlərinin Paşinyan hakimiyyətinə qarşı Ermənistan cəmiyyətində yeni etiraz dalğasına nail olmaq cəhdidir. Belə anlaşılır ki, Qarabağ klanı Azərbaycan və Ermənistan rəhbərlərinin görüş niyyətlərindən ciddi şəkildə narahatlıq keçirir. Və bütün vasitələrlə bu görüşün baş tutmamasına çalışır.

R.Köçəryan baş nazir N.Paşinyanı “sərxoş və təlxək” adlandırmış Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün Ermənistan üçün müsbət nəticələr verməyəcəyini iddia edir. Onun fikrincə, baş nazir N.Paşinyan üçün “diz çökmüş” vəziyyətdə danışıqlar aparmaq qətiyyən asan olmayacaq. Və ona görə də, rəsmi İrəvan belə görüşlərdən mütləq yayınmağa çalışmalıdır.

Göründüyü kimi, Qarabağ klanı Azərbaycan və Ermənistan rəhbərliyinin yüksəksəviyyəli görüşünə qarşı çıxır. Böyük ehtimalla bu revanşist qüvvə iki ölkə arasında birbaşa təmasların olacağı təqdirdə, bəzi problemlərin həll oluna biləcəyindən ehtiyatlanır. Çünki, Ermənistanı sosial-iqtisadi böhrandan xilas edə biləcək anlaşmaların əldə olunacağı təqdirdə, Paşinyan hakimiyyətinin ölkədaxili mövqelərinin güclənəcəyi şübhə doğurmur.  

Bu, baş verərsə, Paşinyan hakimiyyətinin Qarabağ klanını üzərinə hücumu da məntiqi sonluğu yaxınlaşdıra bilər. Hər halda, hazırda Paşinyan hakimiyyəti erməni generalitetini cinayət işləri və həbs prosesi ilə küncə sıxışdırmaqdır. Nəticədə Ermənistanda daxili proseslər Qarabağ klanının siyasi səhnədən tamamilə silinməsinə istiqamətlənib.

e3624f38f6c9da886e6a7b0d6bd1c432.jpg (117 KB)

Onu da qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan da özünə yönəlik ittihamları qətiyyən cavabsız buraxmır: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi hələ 2020-ci ilin payızında, hərbi əməliyyatlar başlamazdan əvvəl dalana dirənmişdi. Proses o həddə çatmışdı ki, Ermənistan 7 rayonu (Qarabağ ətrafında) təslim etməli, Qarabağ isə aralıq dövr də daxil olmaqla, istənilən formada statusa sahib olmamalı idi. Qarabağ məsələsinin nizamlanması arxitekturası hələ 1998-1999-cu illərdə başa çatmışdı”.

Təbii ki, bu, hədəfə aldığı Qarabağ klanının ittihamlarını qısa və konkret cavabla dəf etmək cəhdidir. Eyni zamanda, Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə can atmaqla, Qarabağ klanını sıradan çıxara biləcəyi anlaşmalara ümid bəsləyir. Ona görə də bu görüşdə iştirakla bağlı demək olar ki, qətiyyən tərəddüd keçirmir: “İki dövlət rəhbərinin potensial görüşünün keçirilməsində yerin və vaxtın önəmi yoxdur. Yeganə şərt görüşün üçüncü ölkələrdən birində keçirilməsidir”.

Erməni baş nazirin bu açıqlaması da sübut edir ki, o, Azərbaycanın siyasi lideri ilə birbaşa təmaslar üçün hər şeyə hazırdır. O, istənilən vaxt, harda təşkil olunsa, bu görüşə müsbət cavab verəcəyini qətiyyən gizlətmir. Və bu, Ermənistan baş nazirinin ölkədaxili problemlərdən xilas olmağın yeganə yolunun məhz Azərbaycan Prezidenti ilə anlaşmaqdan keçdiyini artıq dəqiqləşdirməsindən qaynaqlanır.

Bütün bunlar onu göstərir ki, hazırda Ermənistanda cərəyan edən ölkədaxili siyasi mübarizənin yekun nəticələri böyük ölçüdə məhz Azərbaycan Prezidentindən birbaşa asılı vəziyyətə düşüb. İndi Azərbaycan lideri öz qərarları ilə Ermənistanda həm daxili siyasi böhranı dərinləşdirə, həm də Paşinyan hakimiyyətini Qarabağ klanı qarşısında gücləndirə bilər. Bu isə Azərbaycan dövlətinin Ermənistan üzərindəki təsir gücünü təsəvvür etməyə tamamilə imkan verir.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam