Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Ermənistanda yaxın gələcəkdə siyasi sabitlik baş verməyəcək”– ŞƏRH

“Ermənistanda yaxın gələcəkdə siyasi sabitlik baş verməyəcək” – ŞƏRH

“Ermənistanda parlamentin buraxılması üçün yeganə vasitə baş nazirin namizədliyinin iki dəfə irəli sürülməsi və seçilməməsi idi. Nəticə istənilən kimi oldu. Bu hadisə onu göstərdi ki, Ermənistan parlamenti də, hakimiyyəti də oyuncaqdır”.

Yenixeber.org: Bu fikirləri  açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, bu ölkədə baş verən hadisələr Ermənistanın özünün qəbul etdiyi konstitusiya ilə istədikləri formada oynaya biləcəyini göstərdi:

“Ermənistanda baş verən hadisə demokratiya, insan haqları, seçicilərin hüquqlarına böyük sayğısızlıqdır. Bu prosesdən sonra dekabr ayında keçiriləcək seçkilərdə Paşinyan müəyyən üstünlük əldə edəcək. Amma bu, Ermənistanda baş verən hadisələrin sonu olmayacaq. Çünki qarşı tərəfin əlində ciddi kapital cəmləşib və bu, Paşinyan və tərəfdarlarına qarşı çevrilə bilər. Çox güman ki, Dağlıq Qarabağ klanı da Paşinyanın hakimiyyətdə olması ilə barışmayacaq. Bu onların özünü müdafiə instinktindən irəli gələn haldır. Çünki Paşinyan hakimiyyətə gələndən sonra siyasi rəqiblərinə qarşı çox ciddi represiyalara başlayacaq. Bu represiyalara qarşı adekvat tədbirlərin həyata keçiriləcəyi də istisna deyil. Digər məqam Paşinyanın xarici siyasəti ilə bağlıdır. Hələ ki, onun xarici siyasətinin prioritetləri də bəlli deyil. Həm qərb, həm Rusiya tərəfdən ona basqıların olacağı gözləniləndir. Hər halda Ermənistanda yaxın gələcəkdə siyasi sabitlik baş verməyəcək”.

E.Mirzəbəyli Ermənistandakı mövcud siyasi gərginliyin Qarabağ probleminin həlli prosesini yubadacağı ilə bağlı fikirlərlə razılaşmadığını deyib:

“Lavrovun “Ermənistanda siyasi sabitlik bərpa edilməyənə qədər Dağlıq Qarabağ münaqişəsində irəliləyişin baş verməsi mümkün deyil” şəklində ifadəsi doğru deyil. ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkənin xarici işlər naziri tərəfindən belə bir ifadənin dilə gətirilməsi kökündən yanlışdır. Bəlkə, Ermənistanda on illərlə siyasi sabitlik bərpa edilmədi və hazırkı proses ona doğru gedir. Biz illərlə Azərbaycanla üz-üzə oturacaq siyasi hakimiyyətin formalaşacağını gözləyə bilmərik. Fikrimcə, Ermənistana çox qısa zaman kəsiyi vermək lazımdır. Bununla da Paşinyan və Ermənistandakı siyasi monipulyatorlar təhlükənin real olduğunu görsünlər. Azərbaycan diplomatiya sahəsində üzərinə düşən işləri yüksək səviyyədə yerinə yetirir. Ermənistanın ən çox güvəndiyi İran belə sonuncu dəfə Azərbaycan-Türkiyə-İran xarici işlər nazirlərinin görüşündə ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu vurğuladı. Bu, ciddi əhəmiyyət kəsb edən faktordur. Bununla yanaşı, Azərbaycan Ermənistandakı vəziyyətin necə olmasından asılı olmayaraq, Minsk qrupu həmsədirlərindən Ermənistana qarşı sülhə məcburetmə tədbirlərini həyata keçirməyi tələb etməlidir. Həmçinin müdafiə qabiliyyətini gücləndirməli, hərbi sənaye kompleksinin inkişafı ilə, müasir silahları almaqla bağlı müvafiq addımlar atmalıdır. Ermənistandakı siyasi proses münaqişənin həllinin yubanması üçün bəhanə kimi qəbul edilməməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam