Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Çurbanovun həbsxana həyatı – baş leytenanta tabe olan general-polkovnik

Yenixeber.org: Onun hansı səlahiyyətlərə sahib olduğunu ən kiçik ranqlı məmurlardan tutmuş Siyasi Büronun üzvlərinə kimi hamı bilib. Ölkənin birinci şəxsinin kürəkəninin zəngin həyatından isə SSRİ-nin az qala bütün vətəndaşları xəbərdar olub. Leonid Brejnevlə qohum olmaq (Çurbanovla Qalina Brejneva 1971-ci ildə ailə həyatı qurublar) Yuri Çurbanovun həyatını tamamilə dəyişib. Milis podpolkovniki qısa müddət ərzində general rütbəsi taxaraq SSRİ daxili işlər nazirinin birinci müavini vəzifəsinə yüksəlib. Amma Brejnevin vəfatından sonra Çurbanovun yollarında yaşıl işıqların hamısı sönüb.

Brejnev öləndən sonra Çurbanov onu nələr gözlədiyini yaxşı anlayıb. Yuri Andropovun hakimiyyətə gəlməsi isə onu daha çox qorxudub. Ölkənin siyasi elitasındakı münasibətlər haqqında tam məlumatlı olan Çurbanov elə düşünüb ki, Andropovun başladığı kadr islahatlarında adı birincilər sırasında olacaq. Elə çoxları belə düşünüb. Andropovun bir nömrəli düşməni sayılan daxili işlər naziri Şelokovla Çurbanov arasında olan yaxın münasibətlər belə düşünməyə əsas verib. Ancaq heç də Çurbanovun düşündüyü kimi olmayıb.

yuriy-churbanov-i-galina-brezhneva-03.jpg (80 KB)

Çurbanovun öz xatirələrində yazdığı kimi, Andropov Brejnevin vəfatından beş gün sonra onu yanına dəvət edib. Görüşün sonunda baş katib Çurbanova bildirib ki, nə ona, nə də ailəsinə heç kim toxunmayacaq. Andropov sözünün üstündə durub. 15 ay hakimiyyətdə olduğu dövrdə Çurbanov heç bir təzyiqlə üzləşməyib.

Çurbanovun problemləri Konstantin Çernenkonun hakimiyyəti dövründə başlayıb. Məlum olduğu kimi, Çernenko Brejnevə Andropovdan daha yaxın olub. Buna baxmayaraq, o, ona həmişə havadarlıq etmiş Brejnevin kürəkənini qoruya bilməyib. Əvvəlcə onu birinci müavin vəzifəsindən azad edib, aşağı vəzifəyə, Daxili Qoşunlar Baş İdarəsinin rəisinə müavin təyin ediblər, daha sonra isə “xidmət illərini” nəzərə alaraq istefaya göndəriblər. 13 aylıq hakimiyyəti dövründə Çernenko Çurbanovun kadr məsələsinə müdaxilə etməyib.

wr-960.jpg (70 KB)

1986-cı ildən Çurbanov hüquq-mühafizə orqanları tərəfindən nəzarətdə saxlanılıb. Bir ildən sonra isə, 14 yanvar 1987-ci ildə korrupsiyada ittiham olunaraq həbs edilib. İttihamnamədə onun 2 milyon rubla yaxın vəsait mənimsəməsi göstərilib. O cümlədən o, “Özbəkistan işi”ndə, külli miqdarda rüşvət almaqda, vəzifəsindən sui-istifadədə ittiham olunub. Bu ittihamlarla onu güllələnmə cəzası gözləyib. Amma məhkəmə qeyd olunan faktların çoxunu sübuta yetirə bilməyib.

Çurbanov istintaq zamanı ona qarşı irəli sürülən ittihamları rədd edib. Sonralar öz yazdığına görə, DTK sədri Çebrikov onunla görüşüb və bildirib ki, ittihamları rədd etməklə o, öz vəziyyətini daha da ağırlaşdırır. Bu görüşdən sonra Çurbanov məhkəmədə ifadələrini dəyişib. Güllələnmə cəzasından qurtulmaq üçün o, ittihamların bir qismini, yalnız 90 min rubl məbləğində rüşvət aldığını etiraf edib.
Bu haqda Çurbanov öz xatirələrində yazıb:

wr-750.jpg (88 KB)

“Mənim məsələmə Siyasi Bürodan nəzarət edirdilər. Müstəntiq mənə açıq bildirmişdi ki, əgər sən Brejnevin kürəkəni olmasaydın, haqqında heç bir cinayət işi açılmayacaqdı. Mən bilirdim ki, bu siyasi sifarişdir. Həmçinin Çebrikov da, mənin istintaqımın Siyasi Büro tərəfindən nəzarətdə saxlanmasını bildirmişdi. Bütün bu məqamları təhlil edərək, məhkəmədə 90 min rubl rüşvət almağımı etiraf etdim. O ki qaldı digər məsələlərə, onlar məhkəmədə heç bir dəlill-sübuta gətirə bilmədilər. Mən bütün ittihamları rədd etsəydim, bu, yuxarıların qıcığına səbəb olacaqdı və başqa yollarla ən ağır cəzaya məhkum ediləcəkdim...”

Beləliklə, Siyasi Büronun sifarişi və məhkəmnin hökmü ilə Yuri Çurbanov 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bununla yanaşı, o, general-polkovnik rütbəsindən və dövlət təltiflərindən məhrum edilib.

Çurbanov cəzasını Nijni Tagildə cinayət törətmiş güc strurkturları əməkdaşları üçün nəzərdə tutulmuş həbsxanada çəkib.

Çurbanovun həbsxana həyatı haqqında az qala əfsanələr dolaşıb. Hətta belə söhbətlər gəzib ki, guya Çurbanov həbsxanaya çatanda onun ayaqları altına qırmızı xalça da salınıb. Sonralar bütün şayiələrə həbsxananın əməkdaşları ətraflı cavab veriblər.

13 saylı koloniyanın rəisi Aleksandr Konovalov Çurbanovun həbsxanaya gətirilməsi haqqında aşağıdakıları bildirib:

gde-01b.jpg (59 KB)

 

“Çurbanovun həbsi mətbuatda geniş işıqlandırılırdı. Hətta hansısa qəzet türmədə onun hansı şəraitdə qarşılanması da “işıqlandırmışdı”. Guya Çurbanovun ayaqları altına xalçalar salınıb. Bütün bu bunlar fantaziyadan başqa bir şey deyildi. Çurbanov rejim qaydalarına uyğun həbsxanaya qəbul olunub. Digər məhbuslar kimi, o da adi qaydada cəzasını çəkib. Qeyd edim ki, Çurbanov həbsxanada olduğu illərdə heç vaxt tanışlarından istifadə etməyib. Ümumiyyətlə o, həbsxana həyatına tez alışdı. Özünü keçmiş general kimi aparmadı. Asudə vaxtlarında daha çox kitab oxuyurdu. Digər məhbuslar kimi sıra yoxlamasında dayanırdı, yeməkxanaya, işləməyə, hamama cərgə ilə gedirdi. Bəzən hansısa bir məsələ ilə bağlı mənə müraciət edəndə də, Çurbanov tabelikdə olan şəxs kimi müraciət edirdi. Hərçənd o, general-polkovnik olmuşdu, mənim rütbəm isə baş leytenant idi. Çurbanov da digər məhbuslar kimi işləyirdi. O, dondurma qabları düzəldilən sexdə çalışırdı. Altı aydan sonra təşkilatçılıq qabiliyyətinə görə onu dustaqların üstündə briqadir təyin etmişdik. Məhbuslar ondan razı qalırdılar. Həbsdə olduğu müddətdə həyat yoldaşı Qalina Brejneva bir dəfə olsun onun yanına gəlmədi. Ümumiyyətlə, Çurbanovu bu illər ərzində heç kim ziyarət etmədi və o, heç kimdən bağlama da almadı. Çurbanov hədsiz dərəcədə siqaret çəkən idi. Mənim ona yalnız bir dəfə yaxşlığım keçib. Ona “Prima” siqareti almışam. Belə ki, həbsxana sexində işlədiyinə görə aldığı pul çoz az idi və bəzən siqaret almağa da çatmırdı. Çurbanova məktub göndərən də yox idi. Həbsdə olduğu müddətdə bayram günlərində cəmi ber neçə dəfə təbrik açıqcası göndərmişdilər. Göndərənlər tanınmış adamlar deyildi. Mən onların heç birini tanımırdım...”

2b130fb4784a82ae74d5855cfe7f6990.jpg (77 KB)

Yuri Çurbanov aldığı 12 illik cəzanın 4 ilini çəkib. 1993-cü ildə o, Boris Yeltsin tərəfindən əfv olunub. Bu məsələdə ona qohumları, keçmiş həmkarları kömək ediblər. Onlar dəfələrlə Yeltsinə əfv haqqında müraciət ünvanlayıblar. Qalina Brejenevanın həyat yoldaşına sədaqət göstərməsinə gəlincə, hələ Çurbanov həbsxanada olanda baş katibin qızı nikahın rəsmi pozulmasına nail olub.

Qeyd edək ki, Yuri Çurbanov 2013-cü ildə 76 yaşında vəfat edib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam