Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

“Andropvun ayağı dəyən hər yerdə dinləmə cihazı quraşdırılmışdı” –DTK-nın yeni şefi öz keçmiş rəhbərini güdürmüş

 

Yenixeber.org: Brejnevin hakimiyyəti dövründə onun komandasının, xüsusilə də Ukrayna klanının əksər üzvlərinin adı bir çox qalmaqallı hadisələrdə hallanıb. Bu hadisələr mümkün qədər ictimaiyyətdən gizli saxlanalısa da, ayrı-ayrı mənbələrdən sızan məlumatlardan yüksək ranqlı məmurların siyasi oyunları, korrupsiya faktları, hakimiyyət hərisliyi, Kreml qruplaşmaları haqqında çoxları məlumatlı olub. Komandada öz siyasi imicini qoruya bilən yeganə adam Yuri Andropov olub. O, haqqında əlavə söz-söhbətlərin yaranmasına imkan verməyib.

Bu da bəlli faktdır ki, Andropov ölkənin birinci şəxsi olmağa iddialı olub, amma bu iddiada o, öz mübarizəsini açıq müstəvidə qabartmayıb. Mərkəzi Komitənin birinci kürsüsünə gedən yolun mütləq Mərkəzi Komitədən keçəcəyini anlayan Andropov 1982-ci ilin may ayında ölkənin ən səlahiyyətli qurumlarından biri olan DTK sədrliyindən ayrılmaq məcburiyyətində qalıb. Mixail Suslovun vəfatından sonra Andropov Mərkəzi Komitəyə katib vəzifəsinə gedərək partiyada ikinci şəxs olub.

Andropovun bütün siyasi fəaliyyətində ən çətin dövr məhz onun Mərkəzi Komitədə katib işlədiyi 1982-ci ilin may ayından noyabr ayına qədərki dövr sayılıb.

RIAN_archive_142949_Lubyanka_Square_in_Moscow.jpg (164 KB)

Keçmiş DTK şefi Brejnevin varis planlarından xəbərdar olub. Andropov onu da yaxşı bilib ki, Brejnev gələcək baş katib namizədləri arasında Ukraynanın birinci katibi Vladimir Şerbitskiyə daha çox üstünlük verir. Şerbitskini “zərərsizləşdirmək” isə Andropov üçün müşkül məsələyə çevrilib. Çünki ölkənin əsas dayaq sütunlarından olan DTK-nın rəhbərliyinə Brejnev və Şerbitskiyə çox yaxın olan Vitali Fyodorçuk gətirilib və Andropov mövcud hakimiyyətdə Fyodorçuku özünə ən təhlükəli adam sayıb.

Andropov DTK-dan ayrılanda öz yerinə kimin təyin ediləcəyi ilə bağlı Brejnevlə müzakirə aparanda Viktor Çebrikovun namizədliyini təklif edib. Çebrikov DTK sədrinin birinci müavini vəzifəsində işləyib. Brejnev onu yaxşı tanıyıb, 1967-ci ildə Çebrikovun dövlət təhlükəsizliyi orqanlarına gətirilməsi məhz Brejnevin təşəbbüsü ilə olub, baş katib onu 1980-ci ildə Moskvada keçirilən olimpiya oyunları zamanı göstərdiyi xidmətlərə görə SSRİ dövlət mükafatı ilə mükafatlandırıb. Amma siyasi maraqlar Çebrikovun xidmətlərini arxa plana çəkib. Belə ki, Brejnev Andropovla Çebrikovun çox yaxın münasibətlərindən də xəbərdar olub və bu da Brejnev üçün sərfəli təyinat sayılmayıb. Brejnev heç bir vəchlə Andropov bəndinin güclənməsinə imkan verməyib və o, Andropovun təklifinə va-bank getmədən cavab verib:
- Yura, sən indi partiyada mövqelərini gücləndirməlisən. DTK sədri məsələsini isə Siyasi Büroda müzakirə edərik.

Fedorchuk_Vitaliy_Vasilevich_1_.jpg (37 KB)

Siyasi Büro Brejnevin təşəbbüsü ilə Ukrayna Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Vitali Fyodorçuku SSRİ DTK-ya sədr gətirilməsinə müsbət münasibət bildirib.

Bu təyinatdan sonra Kreml kabinetlərində ən çox gəzən söhbətlərdən biri də Andropovun Fyodorçukdan qorxması olub.

Həqiqətənmi Andropov Fyodorçukdan ehtiyat edib?

Araşdırmaçıların qənaətinə görə, Andropov Fyodorçukdan nəinki ehtiyat edib, hətta qoxub da.
Bu qorxunun birinci səbəbi o olub ki, hələ Andropov SSRİ DTK-sında, Fyodorçuk isə Ukraynada DTK-da sədr olanda onların arasında soyuq münasibət hökm sürüb. Bu haqda Fyodorçuk sonralar öz xatirələrində də yazıb:

“Yuri Andropovla işləmək çox mürəkkəb məsələ idi. Vəzifə ranqıma görə mən bütün məsələləri onunla razılaşdırmalı idim. Məxfi əməliyyatlardan tutmuş, şəxsi heyətin maddi təminatına qədər bütün məsələlərdə onun razılığı olmalı idi. Bu razılığı isə ondan almaq hər dəfə problemə çevrilirdi. Andropov DTK-da özünü mütləq hakim sayırdı. Nəinki DTK-da, həm də dövlət məmurlarının üzərində o özünü ölkənin baş nəzarətçisi kimi qəbul edirdi...”

19-32-03-544.jpg (54 KB)

Andropovu qorxudan ikinci səbəb Fyodorçukun Brejnev və Şerbitski ilə yaxın dostluq münasibətləri olub – bu, gələcəkdə Şerbitskinin birinci kürsüyə sahib olmasında mühüm rol oynaya bilərdi.
Üçüncü səbəb Andropovun DTK-nın hansı səlahiyyətlərə malik olmasını bilməsi ilə bağlı olub. Keçmiş DTK şefi özünün gücləndirdiyi qurumun hansı gücə qadir olduğunu yaxşı bilib. Elə bu səbəbdən də Andropov həm kabinetdə, həm mənzilində, həm də bağ evində ehtiyatla davranmağa, ehtiyatla danışmağa məcbur olub.

DTK və DİN-in rabitə idarələrində yüksək vəzifələrdə işləyən Gennadi Qromtsev öz xatirələrində bu haqda yazıb:
“Fyodorçukun göstərişi ilə Andropovun ayağının dəydiyi bütün məkanlarda xüsusi qurğular quraşdırılmışdı. Hətta onun bağ evində, həyətin ağaclar olan hissəsindəki talvarda da Andropovun hər kəlməsi yazılırdı. Andropov özü də bunu bilirdi. O. məxfi sayılacaq söhbətləri tam kənarda aparırdı...”

Yuri_Andropov.jpg (84 KB)

Andropovun Fyodorçukdan gələn gərginliyi uzun müddət davam etməyib. 12 noyabr 1982-ci ildə rəqiblərinə qalib gələrək baş katib kürsüsündə əyləşən Andropov bir aydan sonra Fyodorçuku DTK-dan uzaqlaşdırıb. Növbəti siyasi qalmaqalların və qarşıdurmaların yaranmaması üçün Andropov onu daxili işlər naziri vəzifəsinə təyin edib. Fyodorçuk bu təyinatı qəbul etsə də, onu qərəzli adlandırıb: “Məni DTK sədrliyindən çıxarıb ölkənin baş milisioneri təyin etmək Andropovun mənə qarşı düşmənçilik mövqeyində olmasına sübutdur...”

Andropovun 15 aylıq hakimiyyəti dövründə baş katiblə daxili işlər nazirinin münasibətləri müasirləri tərəfindən “soyuq müharibə” kimi xarakterizə edilib. Onu da qeyd edək ki, Andropov əvvəlki daxili işlər naziri Nikolay Şelokovla da konfliktli münasibətdə olub.

Fedorçuk isə ölkənin "baş milisioneri" postunda 1988-ci ilə qədər işləyib.

İham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam