Redaktor seçimi
Bu kadrı Zaur Mikayılovun adından sui-istifadə edir?! -
Saleh Məmmədovun oliqarx işçisi - Bəhruz Lalayev iş adamıdır, yoxsa dövlət işçisi? -
Məmur İntiqam Məmmədovun “topdağıtmaz” sərvəti -
Balababa Rzayevi niyə “tok vurdu”?! –
Azərbaycan Dövlət Aqrar Universiteti rektorun özəl hissləri ilə idarə olunur – 
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
Günün xəbəri

Brejnevin qədəh yoldaşı və DTK-da sağ əli olan general –Andropovun çəkindiyi Tsinyev

 Yuri Andropov SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sayca dördüncü sədri olub. O, əvvəlki sədrlərdən, İvan Serovdan, Aleksandr Şelepindən, Vladimir Semiçastnıdan peşəkarlığına, vəzifə məsuliyyətinə, dövlət məmurları ilə münasibətdə həssas, pərdəli davranışı ilə fərqlənib. Andropov bütün məsələlərin həllində həmişə ehtiyat variant saxlayıb. Amma bu balanslaşdırılmış siyasət heç də Andropovun xidməti fəaliyyətini problemlərdən tam xilas edə bilməyib.

Yenixeber.org: Kremlin baş həkimi (SSRİ Səhiyyə nazirliyinin 4-cü idarəsinin rəisi) Yevgeni Çazov öz xatirələrində bu haqda yazıb:
“Mənim Yuri Andropovla rəsmi münasibətdən daha çox, dostluq əlaqələrim olub. Andropov öz işini bilən, münasibətləri tənzimləməyi bacaran və bunlarla yanaşı prinsipial bir şəxs idi. Amma buna baxmayaraq, xidməti fəaliyyətində problemsiz də deyildi. Onun ən böyük problemi müavinləri idi. Hər iki müavini, Semyon Sviqun və Georgi Tsinyev Brejnevlə yaxın əlaqədə idilər. Hətta DTK-nın bəzi məsələlərini müavinlər birbaşa Brejnevlə müzakirə edirdilər. Sözsüz ki, subordinasiyanın bu cür pozulması Andropovu ciddi şəkildə narahat edirdi. Amma o, müavinlərinə qarşı mübarizə aparmırdı, əksinə, münasibətləri həmişə daha mehriban etməyə çalışırdı. Mən onu anlayırdım. Başqa çıxış yolu yox idi. Çünki müavinlər Brejnevə Andropovun onlara qarşı münasibətləri haqqında da məlumat verirdilər. Brejnev Andropovun onun “dostlar”ına qarşı xoş münasibətini eşidəndə məmnun qalırdı. DTK-dan Brejnevə daha çox məlumat ötürən isə Georgi Tsinyev idi...”
Tsinyevin Brejnevlə yaxınlığı haqında baş katibin kürəkəni Yuri Çurbanov da xatirələrində yer ayırıb:

“Leonid İliçlə Tsinyev arasında heç bir rəsmi münasibətdən söhbət gedə bilməzdi. O, istədiyi vaxt Brejnevin bağına gedirdi, Qalina ilə zarafatlaşırdı, Viktoriya Petrovnanın (Brejnevin həyat yoldaşı) mətbəxinə də ərklə baş çəkirdi. Sonra baş katiblə bir süfrə arxasına keçirdi. Zarafatlaşırdılar, bir-birlərinin sağlığına qədəh qaldırırdılar, daha sonra ciddi söhbətlər başlanırdı. Tsinyev DTK-da baş verənlərdən, Andropovun gördüyü işlərdən ətraflı və böyük həvəslə danışırdı. Sonda Brejnev ona növbəti məxfi tapşırıqlarını verirdi...”

Brejnevdən bir yaş kiçik olan Georgi Tsinyev 1907-ci ildə Dnepropetrovskda anadan olub. Baş katiblə eyni ali məktəbdə, Denpropetrovsk Metallurgiya institutunda təhsil alıb, daha sonra onunla eyni müəssisədə, metallurgiya zavodunda işləyib. Partiya orqanlarında da eyni vaxtda, eyni komitədə, Dnepropetrovsk vilayət Partiya Komitəsində işə başlayıblar. Tsinyev Brejnevin tabeliyində işləyib.

Köhnə dostları müharibə ayırıb. Tsinyev müharibə illərində Kalinin, Ukrayna, Belarusiya hərbi dairələrində xidmət edib. O, Brejnevdən fərqli olaraq müharibədən sonra partiya işinə qayıtmayıb, Voroşilov adına Ali Hərbi Akademiyada təhsilini artırdıqdan sonra fəaliyyətini hərbçi kimi davam etdirib.

1954-cü ildən Georgi Tsinyev hərbi strukturdan dövlət təhlükəsizliyi orqanlarına keçib. 1958-ci ildə SSRİ DTK-sının hərbi institutuna rəhbərlik edən Tsinyev sonralar DTK-da 3-cü, 2-ci idarələrin rəisi vəzifəsində işləyib. Brejnev hakimiyyətə gəldikdən sonra Tsinyev DTK-da əsas simalardan birinə çevrilib, general-polkovnik rütbəsi alaraq DTK sədrinin müavini vəzifəsinə təyinat alıb.

Georgi Tsinyev hədsiz dərəcədə kobud, sərt, qəddar adam olub. Vəzifə ranqına baxmayaraq o, istənilən adamı istədiyi anda təhqir etməyi özünə eyib saymayıb. Müşavirələrdə onun təkliflərinə, hansısa bir məsələyə bildirdiyi münasibətə qarşı heç kim söz demək iqtidarında olmayıb. Hətta bəzi məqamlarda Yuri Andropovun özü belə Tsinyevin kobudluğu qarşısında susmaq məcburiyyətində qalıb.

Tsinyev təkcə DTK əməkdaşları arasında deyil, dövlət məmurları arasında da hökmranlığını nümayiş etdirib. Bunun səbəbi təkcə onun Brejnevlə qədəh toqquşdurması olmayıb, onun həm də DTK-da dövlət məmurlarının danışıqlarına qulaq asmaq, lazım olanda istənilən bir şəxsin kabinetinə, mənzilinə xüsusi audio- video qurğular yerləşdirmək səlahiyyəti olub. Bu

səlahiyyəti ilə də Tsinyev Kreml məmurlarını gərginlik içərisində saxlamağa nail olub.

Hələ Semiçastnı DTK sədri olanda Tsinyevi kobudluğuna, yeri gəldi-gəlmədi özünə aid olmayan işlərə müdaxilə etdiyinə görə vəzifəsindən uzaqlaşdırmaq istəyib, ancaq Brejnevin məsələyə qarışması hamını susdurub və bir daha sübut olunub ki, Tsinyevə baş katib tərəfindən qeyri-rəsmi “toxunulmzlıq” statusu verilib.

1978-ci ildə, 71 yaşında olarkən Tsinyevə ordu generalı rütbəsini Brejnev şəxsən özü təqdim edib. Nitqində problem olan, danışanda çətinlik çəkən Leonid İliç Kremldə keçirilən təqdimat mərasimində Tsinyevin xidmətləri haqqında düz 23 dəqiqə nitq söyləyib. Baş katib bu nirqi ilə Kreml məmurlarına dolayısı yolla başa salıb ki, Tsinyev adi generallardan biri deyil.
1982-ci ildə Yuri Andropov DTK sədrliyindən çıxıb Mərkəzi Komitənin katibi vəzifəsinə gedəndə yaxşı anlayıb ki, Tsinyev DTK xətti ilə onun da bütün danışıqlarını, görüşlərini nəzarət altına alacaq. Andropov Tsinyevdən çəkinib, qorxub ki, onun gələcəkdə baş katib olmaq arzusuna mane olsun.

Hətta Andropov baş katib kürsüsünə sahib olanda da Tsinyevi vəzifəsindən azad edə bilməyib. Tsinyevdə həm Andropov haqqında, həm də onun ətrafdakıları ilə bağlı kifayət qədər materiallar olub və o, istənilən vaxt istədiyi yüksəkçinlini çox kobud şəkildə ifşa edə biləcəyini Andropov yaxşı anlayıb.

Tsinyev yaşına və gərgin xidməti fəaliyyətinə baxmayaraq çox sağlam, gümrah və enerjili bir adam olub. O, bu durumu ilə Leonid İliç Brejnevin, Yuri Andropovun, Konstantin Çernenkonun dəfn mərasimlərində “yorulmadan” fəxri qarovulda dayanıb.

Nəhayət, Mixail Qorbaçovun hakimiyyətə gəlməsindən altı ay sonra ordu generalı rütbəsində olan Geogi Tsinyev DTK sədrinin birinci müavini vəzifəsindən istefaya göndərilib.

Georgi Tsinyev 1996-cı ildə, 89 yaşında vəfat edib. O, Moskvada, Vaqankovo qəbirstanlığında dəfn olunub.(müsavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam