Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

İki yad arasında Azərbaycan…-Rusiyanı bildik, İrana nə oldu? 

Yenixeber.org: Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməranlı qüvvələrinin fəaliyyətindən narazılıq ifadə edən bəyanat yayıb. Bəyanatda erməni tərəfinə Azərbaycan ordusunun qüdrəti xatırladılıb. Dövlət televiziyası AzTV də bu barədə reportaj verib. Buraxılış “hazırkı Qənimətlər Parkının yanında daha bir belə park üçün yer var” sözləri ilə bitib. 

Düşmənə ötkəm cavab vermək yaxşıdır. Amma suallar yaranır: vəziyyətin bu qədər mürəkkəbləşməsi bir anda baş verdi? Bütün bunlar bir günün içində baş verə biləcək olaylardır? Bəs, İran? Hikmət Hacıyev cənub qonşumuzun televizyalarından birinə müsahibəsində deyirdi ki, İranla aramızı vurmaq istəyənlər ermənilərdir, ermənilərdən təlimat alanlardır. O zaman Azərbaycan XİN-in İrana notasına necə qiymət verək? Vəziyyət həqiqətən qəlizdir. Ancaq bu kələf birdən-birə və öz-özünə belə dolaşmayıb. 

                     “Kremlə təşəkkürlər…” 

Azərbaycana BMT Təhlükəsizlik Şurasında ciddi diplomatik dəstək vermiş Britaniya qaldı qıraqda, Azərbaycanın, demək olar, hər səviyyədə diplomat və məmurları sonuncu savaşda bizə göstərdiyi köməyə görə Rusiyaya təşəkkür etdilər. Rusiya bu təşəkkürləri bir siyasi pərdəyə çevirdi, arxasından 1960  hərbi qulluqçu yerinə, daha artıq kontingentini Azərbaycan ərazilərinə yerləşdirdi. Eyni zamanda, 10 noyabr sənədində “bütün qüvvələr olduğu yerdə duracaq” yazılsa da, Azərbaycan ordusu bəzi məntəqələrdən geri çəkilib, yerini rus əsgərinə verdi. Məlum oldu ki, rəsmən Ermənistan Silahlı Qüvvələrinin arsenalında olmayan Rusiya istehsalı “İsgəndər M” raketindən ölkəmiz atəşə tutulub. Azərbaycan əvvəlcə bunu təkzib etdi, sonra yavaş-yavaş təsdiqlədi, daha sonra hesab soracağını dedi. Amma Lavrovun bölgəyə səfərinin nəticəsi olan “Zəngəzur eyforiyası” bu məsələni gündəmdən çıxardı. Ardınca məlum oldu ki, Ermənistan tərəfi mina xəritələrini Rusiya XİN rəhbərinə təqdim etsə də, xəritələr Azərbaycana çatmayıb. Bütün bu dövr ərzində Azərbaycan tərəfi Rusiyanın tənqid olunası nöqsanını “tapa bilmədi”. Onda ayıldı ki, Kreml yenə dörd tərəfimizi sarmaqla məşğuldur. Laçın və Kəlbəcər ətrafında – Ermənistanda yeni postlar qurulur. Rusiya Müdafiə Nazirliyi öz saytında “Dağlıq Qarabağın hərbi birləşmələri” ifadəsinə yer verir. Buna qədər isə biz “Zəngəzur havası” ilə rusları Gümrüdən Azərbaycan sərhədlərində rəqsə dəvət etmişik. İndi bəyanat vermək, əlbəttə, susmaqdan yaxşıdır. Amma bu günə qədər baş verənləri təhlil edəndə görürük ki, düşdüyümüz vəziyyətin səbəbkarları arasında Rusiyanın belə əməlləri qarşısında rəsmi və qeyri-rəsmi qaydada susanlar da var. 

                        İran qardaşımız idi… 

İlham Əliyev Xudafərin körpüsünü “qardaşlıq körpüsü” adlandırmışdı. Bu ifadəni təftiş etmək fikrində deyiləm. Amma “Azərbaycanda İranın bir milli təhdid olduğunu bilməyən neçə adam var?” sualını vermək istəyirəm. Güman etmirəm ki, İlham Əliyev bu azlığa daxildir. 

Təkcə sonuncu müharibədə Ermənistana İrandan daşınan hərbi yardımlar ətrafında qalmaqal kifayət edir ki, vəziyyəti anlayaq. Hələ İranın Ermənistandakı səfirinin Kəlbəcərə qədər gəlib, bizə düşmən tərəfdən boylanmasını demirəm. Amma rəsmi Bakı bizə dişini qıcayanlara qarşı tədbir görmək əvəzinə, onlara qardaşlıq mesajı verirdi. Yenə axırda İranla nota dilində danışmalı olduq. Aydındır ki, İran böyründə qüdrətli, xüsusilə hərbi cəhətdən güclü Azərbaycan görmək istəmir. İran rejimi istənilən halda, hətta dönüb demokratik olsa belə, daima Azərbaycanın zəif və müsbət mənada diqqət çəkməyən bir ölkə kimi qalmasını istəyəcək. Və bunun üçün kiminlə lazım bilsə, onunla əməkdaşlıq edəcək. Necə ki, Əfqanistana qarşı ABŞ-la əməkdaşlığa getmişdi. 

 Seymur Həzi

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam