Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya XİN Azərbaycanın notasına cavab verib

 

   
Rusiya XİN Azərbaycanın notasına cavab verib
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın Rusiyaya səfər etməsi haqda Azərbaycanın etiraz notası ilə bağlı bəyanat yayıb.
Yenixeber.org: Rusiya XİN-in saytında yerləşdirilən bəyanatda bildirilib ki, adı çəkilən şəxslərin səfərləri həyata keçirilsə belə, istisnasız olaraq şəxsi xarakter daşıyıb.

“Bu mənada bu səfər Rusiya qanunvericiliyinə, mövcud beynəlxalq razılaşmalara, nə də ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki vasitəçilik missiyasına zidd deyil. Rusiya Federasiyasının rəsmi şəxsləri ilə heç bir görüş keçirilməyib. O ki, qaldı Mailyan və Ovannisyanın rusiyalı ekspertlərlə “Artsaxın Rusiyadakı daimi nümayəndəliyi”ndə hansısa təmaslarına, bir daha qeyd edirik ki, belə "nümayəndəlik” Rusiya federasiyasının dövlət orqanlarında suveren dövlətin diplomatik missiyası qismində qeydiyyatdan keçməyib. Ona görə ki, ölkəmiz “Dağlıq Qarabağ Respublikası”nı tanımır”, - deyə bəyanata qeyd olunub.

Bəyanatda Rusiya tərəfinə olan etirazların əsasının olmadığı, ümumi tonun isə Rusiya-Azərbaycan münasibətlərinin səviyyəsinə uyğun olmadığı vurğulanıb.

Qeyd olunub ki, “Öz tərəfimizdən bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ATƏT-in Minsk qrupunun həmsədrliyinin tərkibində olduğu kimi, həm də Azərbaycan və Ermənistanla münasibətlərimiz nəzərə alınmaqla milli baxımdan yardım edəcəyik”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam