Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Rusiya Ermənistanı və Qarabağdakı separatizmi dirçəldir-ANALİZ

Azərbaycan Müdafiə Nazirliyinin sərt bəyanatı Bakının Moskvanın siyasətindən və Qarabağda baş verənlərdən ciddi narahatlıq duyduğunu göstərir 

Yenixeber.org: Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəsin intensiv pozulduğu günlərdə Qarabağdakı erməni silahlı birləşmələrinin də hərəkətlənməsi qeydə alınıb. İki gün əvvəl hərbi mənbələrə istinadla belə bir məlumat yayılmışdı ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasındakı erməni hərbçilərinin rotasiyası həyata keçirilir. Məlumdur ki, Azərbaycan ordusu pilotsuz hava aparatları və müşahidə peyki ilə sözgüdən əraziləri daimi nəzarətdə saxlayır. Bu yaxınlarda prezident İlham Əliyev demişdi ki, Laçın dəhlizi vasitəsilə Qarabağa gəlib-gedən bütün avtomobillər, o cümlədən ərazidə baş verən hər şey Azərbaycana bəllidir. 

Hərbi mənbələr bildirirlər ki, son günlər yüzlərlə erməni hərbçisi Qarabağa göndərilib, onların texniki təchizatı da bölgəyə daşınıb. Rusiya tərəfi bu xəbərə hər hansı reaksiya verməyib, amma bu gün Azərbaycan Müdafiə Nazirliyinin bəyənatı kifayət qədər sərt və ünvanlı olub.  

Açıqlamada deyilir ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərliyinin üçtərəfli bəyanatına uyğun şəkildə Ermənistan silahlı qüvvələrinin qalıqlarının Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən tam çıxarılması təmin olunmayıb: “Son günlər Ermənistanın üçtərəfli bəyanatı kobud şəkildə pozaraq, öz silahlı qüvvələrinin şəxsi heyətini Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə daşıması, Muxtarkənd, Şuşakənd məntəqələri yaxınlığında, Kəlbəcər və Laçın rayonlarının inzibati hüdudlarının şərq istiqamətindəki ərazilərdə yeni erməni postları qoyması halları müşahidə olunur”.

Nazirlik bildirir ki, Azərbaycan ordusu adekvat tədbirlər görür və bu cür hallara imkan verilmir, Ermənistan tərəfi isə məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün bu kimi təxribatlara əl atır: 

“Bütün bunlar Ermənistanın yeni müdafiə naziri Vaqarşak Arutunyanın Ermənistan ordusuna bütün vasitələrdən istifadə edərək güc tətbiq etmək barədə verdiyi məsuliyyətsiz və təhrikçi əmrinin fonunda baş verir. Xatırlatmaq istərdik ki, Ermənistanın sabiq müdafiə naziri David Tonoyan da “yeni müharibələr, yeni ərazilər” adlandırdığı təxribatçı hərbi doktrina ilə çıxış etmişdi…”

Nazirlik hesab edir ki, Rusiya sülhməramlı qüvvələri üçtərəfli bəyanata uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır. 

Rusiya Müdafiə Nazirliyinin avqustun 10-da yaydığı məlumatda isə deyilir ki, sülhməramlı kontingent Dağlıq Qarabağ ərazisindəki 27 müşahidə məntəqəsində gecə-gündüz vəziyyətin monitorinqini aparır və atəşkəs rejiminə riayət olunmasına nəzarət edir:

“Avqustun 9-da saat 17.45-də Şuşa ərazisində Dağlıq Qarabağın silahlı birləşmələri ilə Azərbaycan silahlı qüvvələri arasında atışma baş verib. Rusiya sülhməramlılarının səyləri ilə atışma dayandırılıb, itki yoxdur. Faktla bağlı komandanlıq Ermənistan və Azərbaycan tərəfi ilə birlikdə araşdırma aparır”. 

Rəsmi açıqlamada “Dağlıq Qarabağ ərazisi” və “Dağlıq Qarabağın silahlı birləşmələri” kimi formulirovkalar diqqəti cəlb edir. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlanan inzibati ərazi quruluşu yoxdur, bunu prezident İlham Əliyev də dəfələrlə vurğulayıb. “Dağlıq Qarabağın silahlı birləşmələri” ifadəsi isə daha təhlükəlidir. Belə çıxır ki, Rusiya Xankəndindəki separatçı qurumu ayrıca subyekt kimi de-fakto qəbul edir. Bütün bunlar Azərbaycanın suverenlik hüquqlarına hörmət göstərilməməsinin təzahürüdür.  

Bu gün Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan rusiyalı həmkarı Sergey Şoyqunun dəvəti ilə Moskvaya gedib. Şoyqu qonağı ilə görüşdə bildirib ki, Rusiya Ermənistanla həm ikitərəfli formatda, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Nazir bəyan edib ki, Moskva Ermənistan ordusunun modernləşdirilməsi və islahatında köməyini davam etdirməyə hazırdır: “Ermənistan Zaqafqaziyada təhlükəsizliyin təmin edilməsində Rusiyanın müttəfiqi və əsas tərəfdaşıdır və biz bu bölgədə sabitliyin qorunmasında son dərəcə maraqlıyıq”. Şoyqu onu da əlavə edib ki, Rusiyanın yaxşı təchiz olunmuş 102-ci bazası  Ermənistanın təhlükəsizliyinin qarantıdır.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbəri Stanislav Zas da ötən gün Ermənistanda olub, atəşkəsin tez-tez pozulduğu Naxçıvan istiqamətində dövlət sərhədinə baş çəkib. 

Şübhəsiz ki, Rusiya Laçın dəhlizi vasitəsilə Qarabağdakı erməni silahlılarının rotasiyası və təchizatına şərait yaradarkən Azərbaycanın hansı reaksiya verəcəyini əvvəldən bilir. Azərbaycanın suverenlik hüquqlarına zidd bütün hərəkətlər Bakı üçün “qırmızı xətt”in keçilməsidir. Belə olan halda, Rusiya 10 noyabr Bəyanatına zidd olan və Bakını qıcıqlandıran bu addımları niyə atır, Azərbaycana təzyiq göstərməklə daha nə əldə etmək istəyir? Məntiqlə, 10 noyabr 2020-ci ildən sonra formalaşmış status-kvo Moskvanı qane etməlidir.  

Əsas ehtimal ondan ibarətdir ki, iyunun 29-da Nikol Paşinyanın səsləndirdiyi “Azərbaycan Rusiya sülhməramlılarının statusu ilə bağlı əlavə sənədi imzalamaq istəmir” bəyanatı Moskva-Bakı münasibətlərində gərginlik mənbəyidir. Bu məsələ hələ yanvar ayında eks-prezident Serj Sarkisyanın kürəkəni, sabiq səfir Minasyan tərəfindən gündəmə gətirilmişdi. Minasyan bildirmişdi ki, Azərbaycan bu sənədi imzalamaq üçün Rusiya qarşısında bir neçə şərt qoyub: erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılması, Laçın dəhlizindən gediş-gəlişlərə Azərbaycanın nəzarəti, Qarabağda yerli idarəçilərin təyinatının Azərbaycan və Rusiya tərəfindən birgə həyata keçirilməsi. Azərbaycan həqiqətən bu cür şərtlər irəli sürmüş ola bilər, bu baxımdan Minasyanın dedikləri ağlabatan görünür. Amma Rusiya yəqin ki, həmin şərtləri qəbul etmək istəmir, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi sərt bəyanat isə deməyə əsas verir ki, Bakı birtərəfli güzəştə getmək niyyətində deyil. Yəni Azərbaycan ən azı irəli sürdüyü şərtlər qəbul olunmadan Rusiya ordusuna xüsusi status verməyəcək, mümkün qədər 5 ilin tamamında sülhməramlıların missiyasının yekunlaşmasına çalışacaq.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl “Press Klub”a şərhində bildirdi ki, Ermənistan silahlı qüvvələri 10 mindən yuxarı bir tərkiblə hələ də Azərbaycan torpaqlarının bir qismini işğal altında saxlayır və 10 noyabr Bəyanatının tələblərindən biri qoşunların çıxarılması olsa da, buna əməl etmir: 

“Hətta etibarlı mənbələrin verdiyi xəbərə görə, Ermənistandan Qarabağa xeyli sayda hərbi texnika, canlı qüvvə keçib. Bu, onu sübut edir ki, adını “Qarabağ müdafiə ordusu” qoyub, bu qoşunların guya Ermənistana aid olmadığını təkrarlayan düşmənin hiyləsi keçərli deyil. 10 noyabr razılaşmasından əvvəl və sonra tutulan hərbçilərin də Ermənistan ordusuna aid olduqları aydın məsələdir”. 

İlham İsmayılın sözlərinə görə, düşmən müharibədən ötən hər bir ayda dirçəliş mərhələsinə qədəm qoyur: 

“Məğlub olmaq hələ iddiadan əl çəkmək deyil. Tarix bunu dəfələrlə sübut edib. Biz arxayın ola bilmərik. Düşmənin bizə qarşı yönəlmiş bütün planlarını darmadağın etmək üçün Qarabağa nəzarətimizin tezliklə reallaşmasını həll etməliyik”.(pressklub) 

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam