Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Qarabağdan daha 5 min erməni köçdü: -nə qədər qaldı?

Qarabağdan daha 5 min erməni köçdü: nə qədər qaldı?

Qarabağa köçürülüb gətirilən və burada məskunlaşdırılmasına çalışılan ermənilərin sayı son bir ayda daha 5 min nəfər azalıb.

Yenixeber.org: Bu fakt ötən gün Prezident İlham Əliyevin AzTV-yə geniş müsahibəsində səsləndirdiyi rəqəmdən bəlli olur. Belə ki, Prezident peyk vasitəsilə Laçın dəhlizi də daxil olmaqla, Qarabağ iqtisadi rayonunun bir hissəsinin, rus sülhməramlılarının məsuliyyət zonasının ciddi şəkildə izlənildiyini, hər gün Laçın dəhlizindən nə qədər maşının gəlib-getdiyini, o ərazilərdəki insanların hərəkət istiqamətlərinin nəzarətdə saxlanıldığını bildirib. Bu nəzarət sayəsində də Qarabağ iqtisadi rayonunun bir hissəsində məskunlaşdırılan ermənilərin sayının hazırda maksimum 25 min nəfər olduğunu Prezident rəsmən elan etdi.

Prezident qeyd etdi ki, rus sülhməramlılarının müharibədən sonra (14 noyabr 2020-ci ildən başlayaraq) Qarabağa köçürüb gətirdiyi və burda məskunlaşdırmağa çalışdığı 50 mindən çox erməni (Rusiya MN bu rəqəmin 52 min 700 olduğunu açıqlayıb – red.) heç də daimi yaşayış üçün Azərbaycan ərazisini seçməyib. Onların bir çoxu gəldiyi kimi də geri qayıdıb.

Yada salaq ki, bir müddət əvvəl Qarabağda 30 min erməninin məskunlaşdığı bildirilmiş və bu rəqəmi dolayısı ilə Qarabağdakı erməni separatçılarının rəhbəri Araik Arutyunyan da təsdiqləmişdi. A.Arutyunyan bildirmişdi ki, Qarabağda ümumilikdə 35 min erməni yaşayır.

Lakin indi bəlli olur ki, son bir ayda ermənilərin sayı daha 5 min azalıb.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi başlamazdan öncə Qarabağda 149 minə yaxın erməninin yaşadığı rəsmi mənbələrdə təsdiqlənirdi. Qarabağın işğalından sonra, İkinci Qarabağ müharibəsinə qədər Qarabağda cəmi 60 min erməni qalmışdı. İşğal illərində Ermənistan hakimiyyətinin Azərbaycan torpaqlarını vəhşicəsinə talaması, burda daimi müharibə təhlükəsi Qarabağda yaşamağı mümkünsüz etmişdi.

Azərbaycanın 27 il işğal altında saxlanılan torpaqları yalnız əkin, yeraltı sərvətlərin talanması üçün istifadə edilib. Təsadüfü deyil ki, Ermənistanın taxıl ehtiyatlarının əhəmiyyətli hissəsi bütün tikililəri məhv edilmiş Azərbaycan torpaqlarında əkilən buğda sahələrindən toplanılırdı.

Eyni zamanda işğal vaxtı bu ərazilər yalnız narkotik plantasiyaları və narkoticarət üçün tranzit kimi istifadə edilib. Müharibədən sonra Azərbaycan hüquq-mühafizə orqanları çoxsaylı narkotik plantasiyaları da aşkarladı.

Nəticə olaraq bəlli olur ki, Ermənistanın apardığı işğal siyasəti yalnız öz milli maraqlarına ciddi ziyan vurub, əhalisinin azalmasına və demoqrafik-iqtisadi probleminin kəskin artmasına səbəb olub. Yeri gəlmişkən, 1991-ci ildə Ermənistan əhalisi 3,5 milyona yaxın idisə, hazırda bu ölkədə 2 milyondan az (erməni mənbələri 1,8 milyon qeyd edir) əhali yaşayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam