Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Putin razılaşmanı pozdu:Qarabağdakı rusların sayı 5 mini keçdi -Türkiyə KİV

 

"Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanan bəyanat çərçivəsində sülhməramlı qüvvələr olaraq Qarabağa gələn Rusiya hərbçiləri ilə bağlı sənədin müddəaları pozulub".

Yenixeber.org: Bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti yazıb:

"Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca xidmət edəcək sülhməramlılarının sayının 1960 nəfər olacağı qərarlaşdırılsa da, rusların fərqli şəxslər və vəzifəlilərlə bölgəyə göndərdiyi personal sayı 5 min nəfəri keçib".

Qəzet bildirib ki, hərbçilərlə yanaşı, Fövqəladə Hallar Nazirliyi əməkdaşları, texniki və səhiyyə müəssisələrinin tibb heyəti, Qarabağa tikinti və bərpa işlərində çalışmaq üçün texniki mühəndislər də göndərib. Bölgədə rusiyalıların sayının daha da artmasından narahatlıq var.

"İstər erməni silahlı qüvvələri ilə, istərsə də qondarma DQR-in "rəhbərləri" ilə görüşən Rusiya hərbçilərinin səmimi görüntüləri Azərbaycan ictimaiyyətində narahatlıq yaradır. Bölgədə Rusiya sülhməramlı qüvvələri olduğu halda, ermənilərin hələ də dağlıq ərazilərdə hücumlar təşkil etməsi insanlarda sual yaradır",-deyə qəzet yazır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam