Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Qarabağ müharibəsində antiqərbçilərin məğlubiyyəti-ANALİZ

 

Yenixeber.org: Son zamanlar cəmiyyətimizdə antiqərb ritorikasının gücləndiyi hiss edilir. Əsas iddia Qərbin Ermənistan-Azərbaycan münaqişəsinə münasibətidir. Tənqidçilər hesab edirlər ki, Qərb erməniləri dəstəkləyib və ədalətli nizamlanmada maraqlı deyil. Minsk Qrupu ölkələri həmsədrlərinin Şuşaya səfərdən imtina etməsi, Avropa İttifaqının Ermənistana 2,6 milyard avro məbləğində yardımı antiqərbçilərin mövqeyini möhkəmləndirib.

Məncə, bu, sırf emosional yanaşmadır. Məsələnin mahiyyətinə daha diqqətlə nəzər salmaq lazımdır, dərhal arqumentin zəifliyi hiss olunur.

Antiqərbçilərin əsas tezislərini təkzib etməyə çalışacağıq. Lap əvvəldən başlayaq. Torpaqlarımız işğalda olduğu vaxtlarda Birləşmiş Millətlər Təşkilatı 4 qətnamə qəbul etmişdi. Bütün qətnamələr bizim mövqeyimizi əks etdirirdi. Orada erməni tərəfdən heç bir şərt irəli sürülmədən işğal olunmuş ərazilərin azad edilməsi tələb olunurdu. Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü Qərb nümayəndələridir. Bildiyimiz kimi, bu ölkələr veto hüququna malikdirlər. Onların razılığı olmadan bu qətnamələr qəbul olunmazdı. Yəni, beynəlxalq ictimaiyyət qarşısında müraciət etdiyimiz və icrasını tələb etdiyimiz sənədlər Qərb ölkələrinin köməyilə qəbul edilib. Gələcəkdə Avropa İttifaqı bu məsələyə həsr etdiyi qətnamələrdə bizim ərazi bütövlüyümüzü dəstəkləyib.

Antiqərbçilərin ən güclü tezisi ABŞ Konqresinin 907-ci düzəlişidir. Amma bu 2002-ci ilin yanvarından icra olunmur. 1996-cı ilin yanvarında ABŞ Konqresi "Uilson düzəlişi"ni qəbul edib. Demokrat Partiyasından olan konqresmen Çarlz Uilsonun adını daşıyan düzəliş ABŞ prezidentinə əgər qeyri-hökumət təşkilatları vasitəsilə göstərilən yardımın kifayət etmədiyi qənaətinə gələrsə, Azərbaycana birbaşa yardım etmək səlahiyyəti verirdi. Faktiki olaraq bu düzəliş  bizi Amerika yardımından qopara bilməyən 907-ci düzəlişin qüvvəsini şərtləndirib. 1992-2005-ci illərdə "Azadlığa dəstək aktı" qanun çərçivəsində ABŞ Azərbaycana 600 milyon dollar məbləğində yardım edib (http://www.fpc.state.gove/).

Bu vəsaitin bir hissəsi Pentaqon tərəfindən verilirdi və hərbi əhəmiyyətə malik idi. Son 20 ildə Azərbaycana (419 milyon dollar) Ermənistandan (212 milyon dollar) daha çox hərbi yardım göstərilib. Qeyd etmək lazımdır ki, Konqres yeni müstəqil ölkələrin ərazilərini işğal etmiş ölkələrə yardımı qadağan edən 504-cü düzəlişi də qəbul edib. Bu düzəlişin təsiri altına Ermənistan da düşürdü.

Belə fikir var ki, Qərb Ermənistana qarşı sanksiyalar tətbiq edə bilərdi, necə ki, Krıma görə olmuşdu və bununla da Ermənistanı işğalçı siyasətdən çəkinçəyə məcbur edə bilərdi. Amma Ermənistan iqtisadiyyatı Rusiya və İranla bağlıdır. Digər ölkələrə əhəmiyyətli ixrac yoxdur. Bu ölkə iqtisadi cəhətdən çox zəifdir. Faktiki olaraq, sanksiyaların tətbiqi üçün heç bir obyekt yoxdur. Ermənistanın əsas iqtisadi tərəfdaşları Rusiya və İran sanksiyaların tətbiqiə məhəl qoymazdı. O zaman belə hərəkətlərin effektivliyi sıfra bərabər olardı.

Antiqərbçilərin digər güclü tezisi ondan ibarətdir ki, Qərb 44 günlük müharibə zamanı Ermənistanın tərəfində idi. Lakin təsdiqedici faktlar gətirmirlər. Qərb Ermənistana simpatiyasını gizlətmir. Belə ki, onlar çoxdan tanışdırlar,  ermənilər onların cəmiyyətinin (diaspor) bir hissəsidir və onlar xristianlardır. Bundan başqa Qərb müharibə zamanı Ermənistana hərbi və ya digər yardımlar etmədi. Adi bəyanatlar verilirdi, hərbi əməliyyatların dayandırılması barədə çağırışlar edilirdi və bunlara biz məhəl qoymurduq, nəticəsiz qalırdı. Müharibənin dayandırılması üçün Fransanın bizə qarşı ümumqərb təzyiqini təşkil etmək səyləri də uğurla nəticələnmədi. Başqa sözlə, kollektiv Qərb faktiki olaraq status-kvonun dəyişməsində bizi dəstəklədi və bununla da öz bizim ərazi bütövlüyümüzü tanıyan qətnamələrinə sadiq qaldı.

Müharibə vaxtı gürcülər Ermənistan üçün hərbi yükləri buraxmaqdan imtina etdilər. Gürcüstan Avropa İttifaqının assosiativ üzvü, NATO xaricində ABŞ-ın əsas müttəfiqlərindən biri olmağa namizəddir. Güman edək ki, ABŞ-ın razılığı və zəmanəti olmadan gürcülər çətin ki belə bir qərar qəbul edə bilərdilər.

Biz İsraildən müasir silahlar alırdıq. O, Qərb sivilizasiyasının bir hissəsi hesab olunur və ABŞ-ın strateji tərəfdaşıdır. Odur ki, əgər amerikalılar istəsəydilər, bu təchizat kanalının  qarşısını sakitcə alardılar. Tramp İsrailin ən böyük dostu idi və silah tədarükünü dərhal dayandıra bilərdi. Amma bunu etmədi. Böyük Britaniya Fransanın Birləşmiş Millətlər Təşkilatına təqdim etdiyi antiazərbaycan qətnaməsinin qəbuluna mane olub. Onun qəbulu müharibənin sonu demək idi.

Başa düşmək lazımdır ki, işğal olunmuş  ərazilərin azad edilməsi Qərbin maraqlarına cavab verir, çünki həm bizim, həm də Ermənistanın Rusiyadan asılılığını azaldır. Odur ki, Qərb hərbi əməliyyatların davam etməsinə mane olmadı və eyni zamanda, Ermənistanı öz orbitində saxlaya bildi.

Bizim əsas müttəfiqimiz Türkiyə Qərb modelinin məhsulu və NATO-nun üzvüdür. Türkiyə ordusu yalnız şəxsi heyətin yaxşı hazırlığı hesabına yox, həm də Qərb silahlarının qabaqcıl modellərinin təchizatı hesabına güclüdür. Üçüncü ölkənin müdaxiləsi gərəkdiyində işə salınacaq olan fantomlar Türkiyədə ABŞ lisenziyası ilə buraxılır.

Müharibə zamanı bir neçə dəfə NATO-nun baş katibi bu məsələdə Türkiyənin hərəkətlərini dəstəkləyən bəyanatlar vermişdi. Təbii ki, Rusiya neytral qaldığında bu amilləri nəzərə aldı.

Bizim iqtisadiyyatımızın əsasını neft müqavilələri təşkil edir və burada aparıcı rolları Qərb şirkətləri tuturlar. Bu müqavilənin sayəsində biz maliyyə cəhətdən müstəqil ola bildik və qabaqcıl silahlar almaq imkanına malik olduq. Qeyd etmək lazımdır ki, bu müqavilələr də bizim üçün təhlükəsizlik yastığıdır.

Biz daim iddia edirdik ki, Qarabağ probleminin açarı Kremldədir. O zaman Qərbdən bu məsələnin həllini tələb etmək nə dərəcədə məntiqli olardı? Qərbin Moldova, Gürcüstan və Ukraynada bu cür münaqişələrə münasibəti eynidir - işğal faktının təsdiqi və məsələnin danışıqlar yolu ilə həlli. Qərb Moldova, Gürcüstan və Ukraynanın yerinə savaşmaq niyyətində deyil. Bizim də əmin olduğumuz kimi, müharibəsiz  məsələni həll etmək mümkün deyil.

Ermənistana yardım bizim qələbəmizdən sonra göstərildi. Yardımda məqsəd erməni cəmiyyətinin Qərb məkanına inteqrasiyasıdır ki, bu da bizim maraqlarımıza cavab verir. Bəziləri qorxurlar ki iqtisadi cəhətdən güclü Ermənistan revanşist ola bilər.  Bu, Qərbin marağında deyil və çətin ki onlar belə siyasəti təşviq etsinlər. Əksinə, dərhal yardımı dayandırarlar və onlara uyğun metodlarla siyasətə düzəliş edərlər. Bu işdə onların böyük təcrübəsi var. Məsələn, Marşal planından sonra Almaniyaya revanşist olmağa imkan vermədilər. Digər tərəfdən, Qərb öz əməyinin bəhrəsinin dronlarla məhv edildiyini görməkdə maraqlı deyil. Revanşı həyata keçirmək üçün Qərb silahlarına malik olmaq lazımdır. Çünki Rusiya silahları öz yararsızlığını göstərdi. Qərb isə çətin ki Ermənistana silah satsın. Bundan ötrü  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatndan çıxmaq lazımdır ki, bu da  yaxın perspektivdə mümkün görünmür.

Təbii ki, Qərbin siyasətində bizi qane etməyən məqamlar var. Lakin bu, Qərblə inteqrasiya proseslərinin ləngiməsi üçün əsas olmamalıdır. Burada nümunə kimi Çin və ABŞ-ın yaxınlaşmasını xatırlamaq yerinə düşər. 1972-ci ildə Nikson Çinlə yaxınlaşma prosesinə başlayanda Pekin dərhal Tayvanın Çinin bir hissəsi kimi tanınmasını tələb etmədi. Onlar bu problemi sonraya saxladılar və yaxınlaşmağa başladılar. Nəticədə, bu gün Çin həm iqtisadi, həm də siyasi baxımdan dünyada ilk yerləri amerikalılarla bölüşür.

Şahmar Ağabalayev, iqtisad elmləri doktoru


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam