Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Paşinyanın yalançı olduğunu başa düşdülər

Münhen Təhlükəsizlik Konfransı vasitəçilərə N.Paşinyanı olduğu kimi tanıtdı.

 

Yenixeber.org: ATƏT MQ həmsədrlərinin fevral ayında regiona səfərinin yekunlarına dair bəyanatı gözlənildiyindən xeyli gec yayıldı. Təsadüfi olmaması daha çox ehtimallıdır.

ATƏT MQ həmsədrlərinin son bəyanatında iki məqam Minsk Qrupu həmsədrlərinin öz vasitəçiliyindən ötrü narahatlığı kimi başa düşülə bilər: Azərbaycan və Ermənistan liderləri-

ı. ATƏT MQ ATƏT-in eqidası və

ıı. ATƏT-in müəyyən etdiyi gündəliklə

yaxın vaxtlarda görüşməyə razılıq verib. ATƏT MQ-nin egidası, ATƏT MQ-nin gündəliyi fikirləri son vaxtlar baş verənlərin yekunudur. Münhen Təhlükəsizlik Konfransı vasitəçilərə N.Paşinyanı olduğu kimi tanıtdı: N.Paşinyanın hədsiz dərəcədə yalançı olduğunu və Paşinyanın yalanın onun intellektinə yox, bacarıqsızlığına söykəndiyini başa düşdülər.

ABŞ keçmiş həmsədrləri vasitəsi ilə RF-in Dağlıq Qarabağ tənzimlənməsində səmimiliyini müzakirə mövzusuna çevirdi.

ATƏT MQ Azərbaycanın iqtisadi imkanları müqabilində Ermənistanın Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın bütün işğal olunmuş ərazilərini qaytarmaq düsturunun növbəti görüşdə təsdiqini əldə edə biləcək. Buna gedən yol Dağlıq Qarabağ azərbaycanlıları və ermənilərinin dialoqunun başlanmasından keçə bilər. Dağlıq Qarabağın erməniləri və azərbaycanlıları müxtəlif yerlərdə, o cümlədən Dağlıq Qarabağın özündə görüşə bilərlər. Sülhyaratma tədbirlərindən biri Dağlıq Qarabağdakı məzarlıqlarda basdırılan şəxslərin DNT vasitəsilə kimliyinin müəyyən olunmasıdır. Azərbaycanlılar Dağlıq Qarabağdakı məzarlıqlara, mədəni abidələrə, ermənilər də Bakıdakı məzarlıqlarına baş çəkə bilərlər. Proses bu cür başlaya bilər.

Paşinyan bu gündəliyi qəbul edəcəksə, o zaman ATƏT MQ fəaliyyətini davam etdirəcək. Çünki Ermənistana yalnız ATƏT MQ-nin fəaliyyəti lazımdır. Ermənistanda başa düşürlər ki, yalnız ATƏT MQ-nin fəaliyyəti nəticəsində ermənilərin maraqlarına cavab verə bilən kompromis variant əldə etmək olar. Buna bənzər sonuncu bəyanatı yaxında Daşnaksutyun partiyası verdi.

N.Paşinyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin eqidası altındakı görüşdən əvvəl Avropa İttifaqı rəhbərliyi ilə görüşəcək. Orda da görüşün böyük əksəriyyəti Dağlıq Qarabağ tənzimlənməsində Ermənistanın tutduğu mövqeyə həsr olunacaq.

ATƏT MQ ciddi seçim etməyə hazırlaşır. Onun missiyası Azərbaycan və Ermənistan tərəfindən qəbul edilir, yoxsa yox. Bu sualın cavabı isə Paşinyandan asılıdır. Beləliklə Paşinyan ATƏT MQ-nin, ATƏT MQ isə Paşinyanın taleyini həll edə bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam