Redaktor seçimi
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Günün xəbəri

Siyasi sistem yeni formata açılarkən aeroport mühafizəsi-ANALİZ

 

Yenixeber.org: 14 iyundakı görüş ərəfəsində (Biden-Erdoğan) iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açılıb-açılmayacağı müzakirə edilərkən 45 dəqiqəlik  görüşdən sonra Ankaranın əlində nəğdə çevirə biləcəyi  yeganə “əmtəə”– Kabil beynəlxalq aeroportunu mühafizəsini öz üstünə götürmək üçün verdiyi təklif olmuşdu.Təklifin Türkiyə dövlət başçısı tərəfindən verildiyi yoxsa bunu Vaşinqtonun  istədiyi məlum olmazkən Ankaranın bu topa həvəslə girməsi təəccübləri də özüylə gətirib-gəldi.Mövcud iqtisadi vəziyyət  bu səpkili məsələləri müzakirə etmək üçün ictimaiyyətə heç bir macal vermir,müxalifətin reaksiyası gələnə qədər isə  milli müdafiə naziri bu məsələnin həllini də öz üstünə götürərək dünyanın bu başından o başına (Kabildən Vaşinqtona) məşvərətlərə çoxdan başlamışdı.Həmid Karzai aeroportunun mühafizəsi məsələsinin ABŞ-da Türkiyə əleyhinə aparılan iqtisadi istintaqlarla əlaqəsinin olub-olmamasından şübhələnilərkən Ankaranı eyni məzmunlu ikinci bir hadisə silkələdi: Türkiyə xarici işlər nazirliyi Vyanadakı səfirliyə çirkli pul təmizləyicisi Sezgin Baran Korkmazın esktradasiyasıyla mışğul olma təlimatı göndərərkən Korkmaz məhz  Vaşinqtonun tələbiylə polis nəzarətinə alınıb həbs edildi.Vaşinqton bunu nə  üçün  etdi və niyə Türkiyəni qabaqlamağı məqsədəuyğun saydı? Ankaraya qarşı yeni bir təzyiq kartı əldə etmək üçünmü? Hamıya məlumdur ki,2016-cı ilin martında Təbrizli gənc iş adamı Rıza Zərrab Floridada həbs ediləndən sonra prokurorluqla razılığa gələrək könüllü ifadələr vermiş və o ifadələriylə Türkiyə rəhbərliyini çox çətin  vəziyyətə saldığı iddia edilmişdi.Həmid Karzai aeroportunun mühafizəsi üçün nümayiş etdirilən bu   qeydsiz-şərtsiz istəyin arxasında Vaşinqtonun əlində ola biləcəyi  ehtimal edilən kontr-arqumentlərin önəmli rolunun mövcudluğu  iddia edilərkən qara pul təmizləyiçisi Sezgin Baran Korkmazın məhz ABŞ tərəfindən həbs etdirilməsinin  yeni bir təzyiq vasitəsinə çevrilmə ehtimalı  da doğur.Milli müdafiə naziri Hulusi Akarın “aeroport mühafizəsi” məsələsində də təşəbbüsü ələ alaraq danışıqları birbaşa özünün aparması əsla təəccüblü sayılmamalıdır:bu,bir tərəfdən,cənab Erdoğanın öz müdafiə nazirinin təkcə hərbi qabiliyyətinə yox həm də diplomatik bacarığına etimadıyla düz mütənasibdirsə,,digər tərəfdən,müttəfiq bir ölkənin ordusunun başında duran şəxsə NATO-nun verdiyi dəyəri nümayiş etdirir.Əlbəttə,bu durum ordu generalı Akarın həm Vaşinqtonun bütün tələblərini qəbul edərək yerinə yetirəcəyi və həm də Əfqanıstanın yeni dönəmində Talibanı razı salaraq bütün şərtləri qəbul etdirəcəyi mənasını daşımır.Siz cənab Akarın Tacikistana və Qırğızıstana səfərlərində rəsmi mərasimlərlə qarşılanmasını elmdən,tarixdən,diplomatiyadan nəsibini almamış bir qrup boşboğaz Azərbaycanlının “Türkiyə Turanı qurur” kimi reallıqdan tamamilə uzaq şəkildə şərh etmələrinə baxmayın,həyəcana səbəb olacaq heç bir gəlişmə yoxdur.Çünki Orta Asiya bölgəsi hərbi baxımdan da tamamilə Rusiyanın nəzarəti altında olduğu kimi,Moskva təxminən 10 ildən bəri Taliban ilə gizli və açıq görüşlər keçirərək Əfqanıstanın bundan sonrakı dönəmində özünə bu və ya digər dərəcədə yer edə bilmişdir.Ordu generalı Akardan hələ 2 ay əvvəl ABŞ müdafiə naziri Tacikistanın dövlət başçısıyla Düşənbədə görüşmüşdü və dərin məlumata ehtiyac olmadan da Pentaqonun indiki sahibinin, İmamoli Rahmon ilə əsasən Əfqanıstan məsələsini gündəmə gətirdiyini   təxmin etmək çətin deyildi.Həmin Rahmon ertəsi gün (9 may) Moskvanın Qızıl meydanında Vladimir Putin ilə qol-qola idi və şübhəniz olmasın ki,Pentaqonun tələblərinin hamısını RF dövlət başçısına ərz etmişdi.Ona görə hansı səbəblə olursa-olsun,Türkiyənin Əfqanıstana getməyə meyllənməsi ciddi riskləri də özüylə gətirib-gələcəkdir.Çünki Rusiya bundan sonrakı dönəmdə Əfqanıstanda Taliban ilə əməkdaşlığı böyük ölçüdə təminat altına almışdır,Vaşinqtonun təzyiqiylə Ankara S-400 raketlərindən vaz keçmək məcburiyyətində qalsa,Türkiyə bu dəfə Əfqanıstan torpaqlarında Moskvanın ciddi əngəlləriylə rastlaşacaqdır...

Daxili siyasət hələ “seçki məşqləri”nin ərəfəsinə gəlməsə də siyasi ittifaqlar özlərini gücləndirmə axtarışlarını davam etdirirlər.Bu prosesdə müxalif ittifaqın ən önəmli üstünlüyü 11 metropol bələdiyyəni idarə etməsidir ki,bu sayədə həm xalqla gündəlik əlaqələr  güclənir həm də qüvvələri  konsolodasiya imkanları  artır.Bir mafiya liderinin videolarıyla düşdüyü çaşbaş vəziyyətdən dövlət başçısı Erdoğan kimi Türkiyənin ən təcrübəli siyasətçinin bütün cəhdlərinə baxmayaraq,hələ də xilas ola bilməyən hakimiyyət bloku bir tərəfdən,iqtisadi vəziyyəti yaxşılaşdırmağın yollarını axtararkən,digər tərəfdən,müxalif ittifaqı zəiflətmə taktikaları çərçivəsində kürd təmayüllü  partiyanı tarmar etməyə çalışır.İqtidarın bu təzyiqi altında kürd təmayüllü partiyanın bəzi yüksək səviyyəli idarəçilərinin rəsmi dəvətlə Vaşinqtona getmələri təəccüblə qarşılanarkən,parlamentdəki 4 partiyanın  millət vəkillərinin HDP-ni kənarda qoyaraq eyni günlərdə Vaşinqtonda olmaları kürd təmayüllü partiyada çaşbaşlıq yaratdı.Nə baş verir,Vaşinqton bu addımlarla nə etmək istəyir? Yeni dönəmin siyasəti hansı təməl üzərində formalaşır: kürdlərləmi,kürdlərsizmi?

Xaotik bir dönəmdəyik.

`Yeni bir sınma nöqtəsi” kimi  də xarakterizə edilə bilər...

Mayis Əlizadə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam