Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Ankaranın Vaşinqtona yetərincə cavab imkanları var"-Ərdoğandan ABŞ-a mesaj

 Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyip Ərdoğan ölkə ərazisində yerləşən iki hərbi-hava bazasının bağlanması barədəki söz-söhbətləri şərh edərkən bildirib ki, bu barədə qərar vermək Ankaranın hüququdur.

Yenixeber.org: «Ehtiac yaranacağı təqdirdə biz, «İncirlik» və «Kürəcik» bazalarını bağlamaq hüquqna malikik. Əgər Türkiyənin əleyhinə sanksiya tətbiq olunarsa, Ankara buna «güzgü əksi» ilə cavab verəcək. Mühümdür ki, Vaşinqton Türkiyə ilə münasibətlərə bərpaolunmaz zərər vura biləcək addımlar atmasın» - deyə, prezident bildirib.

Ərdoğan qeyd edib ki, Türkiyə - «tayfa dövləti» yox, 2 min ildən artıq tarixə malik ölkədir.

«Ankara yüksək səviyyəli münasibətlərə layiqdir. İstənilən digər yanaşmaya adekvat cavab veriləcək» - Ərdoğan bəyan edib.

Bu zaman, dövlət başçısı Amerika Birləşmiş Ştatlarını Türkiyənin NATO çərçivəsində strateji həmkarı olduğunu nəzərə almağa çağırıb. 

«Əgər ABŞ tərəfi Türkiyə ilə tarixi dostluq münasibətlərini nəzərə almazsa, o zaman şübhəsiz ki, Ankaranın Vaşinqtona yetərincə cavab imkanları var» - deyə, Ərdoğan xəbərdaplıq edib.

Xəbər verildiyi kimi, ötən həftə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu da bu məsələni qaldırıb. Xəbərdarlıq o məqamda edilib ki, ABŞ senatorları NATO üzrə müttəfiqin cəzalandırılması tədbirləri barədə qərarı səsverməyə hazrlaydrdılar.

«Amerikalı senatorlar anlamalıdırlar ki, sanksiyaların tətbiqi ilə heç nəyə nail olmaq mümkün deyil. Əgər Birləşmiş Ştatlar bizə pozitiv yanaşsa, o zaman biz də pozitiv reaksiya verəcəyik. Ancaq əgər onlar neqativə əl atsalar, biz də adekvat cavab verəcəyik» - deyə, Çavuşoğlu dekabrın 11-də xəbərdarlıq edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam