Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ərdoğan Ermənistanı xilas etməyə çalışır: Zəngəzur dəhlizi dünyanın siyasi-iqtisadi ağırlıq mərkəzini dəyişəcək

 

Türkiyə Prezidenti Cənubi Qafqaz dövlətləri və regionətrafı ölkələri normal münasibətlərə cəlb edə biləcək yeni “yol xəritəsi” üzrə inkişaf ssenarisi təklif edir; Onun fikrincə, Zəngəzur dəhlizinin açılması dünyada siyasi-iqtisadi ağırlıq mərkəzini və nəhəng maliyyə resurslarının dövriyyə şərtlərini dəyişə bilər...

Yenixeber.org: Şuşa Bəyannaməsi Cənubi Qafqaz regionun gələcək taleyini müəyyən edən mükəmməl beynəlxalq hüquqi sənədə çevrilməyə başlayıb. Hazırda bu sənəd Cənubi Qafqaz dövlətləri və regionda maraqları olan beynəlxalq siyasi iradə mərkəzləri tərəfindən ciddi şəkildə araşdırılır, təhlil olunur, nəticələr çıxarılır. Yəqin ki, hələ uzun müddət Şuşa Bəyannaməsi regional gündəmin əsas mövzusu olaraq, qalacaq.

Onu da qeyd edək ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın açıqlamalarında Cənubi Qafqazın gələcək inkişaf perspektivləri ilə bağlı olduqca önəmli mesajlar yer alır. Hər iki prezident bölgənin sülh və əminamanlıq içərisində inkişaf mərhələsi keçirtməsi üçün istənilən fədakarlığa, qətiyyətli addımlar atmağa hazır olduqlarını qətiyyən gizlətmirlər. Bu baxımdan, regionda maraqları olan dövlətlərin həmin mesajlardakı tezisləri gələcək tərəfdaşlıq imkanları üçün istifadə etməyə çalışacaqları istisna deyil.

Məsələn, Türkiyə Prezidenti R.T.Ərdoğan Milli Məclisdəki çıxışını əsasən Cənubi Qafqaz ölkələrinin inkişafına əlavə imkanların açılması yollarının izahı üzərində qurmuşdu. Türkiyə lideri yeni beynəlxalq əməkdaşlıq platforması təklif edir. Onun fikrincə, altı ölkəni - Rusiya, Türkiyə, Azərbaycan, İran, Ermənistan və Gürcüstanı birləşdirən yeni platforma ilə artıq bölgədə sabitlik meydana gələcək və mövcud düşmənçiliklər aradan qalxacaq. Yeni platforma bütün bölgənin inkişafına xidmət edəcək: “Davamlı sülhə gedən yol bölgədəki bütün xalqların, dövlətlərin qarşılıqlı etimad və əməkdaşlığından keçir. Həmin mühitin yaradılması üçün ən gözəl əsaslar Azərbaycanın tarixi, mədəniyyəti və dövlət siyasətidir”.

60c8b30ee0b17.jpg (133 KB)

Göründüyü kimi, Türkiyə lideri region ölkələrinə inkişafın önündəki əngəllərin aşılması üçün məhz Azərbaycanın dövlət siyasətini örnək göstərir. Heç şübhəsiz ki, Türkiyə Prezidenti tamamilə haqlıdır. Çünki Azərbaycanın dövlət siyasəti regionda qarşılıqlı etimad və geopolitik ortaq maraqların təmin olunması üzərində qurulub.

Türkiyə liderinin təklif etdiyi əməkdaşlıq platforması da məhz bu baxımdan, böyük maraq doğurur. Çünki Cənubi Qafqazı sülhə və inkişafa götürə biləcək həmin platformanın reallığa çevrilməsi üçün Azərbaycanın regional dövlət siyasətinin örnək alınması vacib şərtlərdən biri kimi görünür.

Məsələ ondadır ki, Ermənistan Azərbaycana və Türkiyəyə qarşı qatı düşmənçilik siyasəti yürüdür. Regionda sülhə və inkişaf perspektivlərinə ciddi əngəl törədir. Və yalnız öz şərtlərini ön plana çıxartmağa çalışan rəsmi İrəvan hələlik bu siyasətindən imtina etməyə də həvəsli görünmür.

Ona görə də ilk növbədə rəsmi İrəvanın öz regional düşmənçilik prinsiplərindən imtina etməsi, qonşu ölkələrlə nəqliyyat və kommunikasiya xətlərinin açılmasına imkan verən geopolitik şərtləri qəbul etməsi vacibdir. Əks halda, qonşuları ilə düşmənçilik edən, ərazi iddiaları irəli sürən bir dövlətlə regional əməkdaşlığın baş tuta biləcəyi qətiyyən real deyil.

kollaj-1527833999_p.jpg (193 KB)

Digər tərəfdən, Rusiya və Gürcüstan arasında da kifayət qədər ciddi problemlər mövcuddur. Rəsmi Tiflis Rusiyanın təmsil olunduğu hər hansı geopolitik platformada iştiraka ehtiyatlı yanaşır, hələlik yalnız ikitərəfli münasibətlərə üstünlük verir. Səbəb kimi isə Rusiyanın Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşmadığını göstərir.

Ancaq Türkiyə Prezidentinin təklif eydiyi regional əməkdaşlıq platforması olduqca cəlbedici inkişaf perspektivləri vəd edir. Bütün iştirakçı dövlətlərə nəqliyyat-kommunikasiya, eləcə də, iqtisadi-ticari sahədə dayanıqlı maliyyə gəlirləri ilə bağlı geniş perspektivlər açır. Ona görə də, bu cəlbedici maliyyə-iqtisadi perspektivlər platformada iştirakı nəzərdə tutulan dövlətləri yaxın gələcəkdə qarşılıqlı güzəştlərə də sövq edə bilər.

Bütün bunlar onu göstərir ki, Azərbaycan və Türkiyə prezidentləri əslində, Cənubi Qafqaz dövlətləri və regionətrafı ölkələri normal münasibətlərə cəlb edə biləcək yeni “yol xəritəsi” üzrə inkişaf ssenarisi təklif edirlər. Platformaya daxil ola biləcək dövlətlərin tezliklə bu avanqard “yol xəritəsi”nə müsbət reaksiya verəcəkləri də qətiyyən istisna deyil. Çünki tərəddüd edən və ya regional inkişaf perspektivlərini vaxtında dəyərləndirə bilməyən ölkələr bu prosesdən kənarda qala bilər.

Məsələ ondadır ki, Türkiyə Prezidenti R.T.Ərdoğanın da dediyi kimi, regionun yeni inkişaf mərhələsi artıq başlayıb. Türkiyə Prezidenti bu mərhələdə Zəngəzur dəhlizinə böyük önəm verdiyini qətiyyən gizlətmir: “Naxçıvan ilə Bakını birləşdirəcək Zəngəzur dəhlizinin Cənubi Qafqaza gətirəcəyi rahatlığın və zənginliyin tərifini vermək mümkün deyil. Qarabağ, eyni zamanda dünyanı öz siyasi və iqtisadi maraqlarının arenası olaraq, görənlərin hesablarının pozulduğu yerdir”.

kollaj 123.jpg (723 KB)

Prezident R.T.Ərdoğanın bu açıqlamasında həm də üstüörtülü mesaj da var. Belə ki, Türkiyə Prezidenti II Qarabağ savaşının sona çatması ilə gündəmə gələn Zəngəzur dəhlizinin açılma ehtimalının dünyada siyasi-iqtisadi ağırlıq mərkəzini dəyişə biləcəyinə eyham vurur. Hər halda, bu dəhlizin açılacağı təqdirdə, Avropa və Asiya qitələri arasında birbaşa nəqliyyat-kimmunikasiya və iqtisadi-ticari marşrutun açılmış olacağı da qətiyyən şübhə doğurmur. Bu isə dünyada nəhəng maliyyə resurslarının dövriyyəsini təmin edən iqtisadi-ticari şərtlərin yeni konstruksiyasının yaranması anlamına da gəlir.

Maraqlıdır ki, Türkiyə Prezidenti bu cəlbedici perspektivlərin əhəmiyyətini Ermənmistana izah etməyə cəhd göstərir. Onun fikrincə, bütün bu proseslər Azərbaycan ilə birlikdə Ermənistan üçün də yeni bir dövrün başlanğıcıdır. Zəngəzur dəhlizində fəaliyyətə başlayacaq dəmir yolu ilə ermənilər də rahatlıqla Moskvaya və bütün dünyaya çıxacaq. Beləliklə Ermənistan özünü saldığı blokadadan xilas ola biləcək. Ermənistan Azərbaycan ilə problemlərini həll etdikcə, Türkiyə də buna uyğun addımlar atacaq.

Prezident R.T.Ərdoğanın “Türkiyə sərhədlərinin açılmasının Ermənistana verəcəyi faydalar sadalanmaqla bitməz. Bu Zəfər hər kəsin ortaq zəfərinə çeviriləcək” deməsi isə rəsmi İrəvana proqmatik qərarlar qəbul etməyə çağırış xarakteri daşıyır. Türkiyə Prezidenti Ermənistanı düşmənçilik siyasətini bir kənara buraxıb, gələcəyə baxmağı məsləhət görür. Çünki inkişafa indekslənmiş gələcəkdə düşmənçiliyə qətiyyən yer yoxdur.

Belə anlaşılır ki, Türkiyə prezidenti R.T.Ərdoğanın “inkişaf qatarı” artıq hərəkətə gəlib, yola çıxıb. Bu “inkişaf qatar”ına minməyə gecikənlər sadəcə, onun arxasınca baxmaq məcburiyyətində qala bilərlər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam