Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistanın "qırmızı cizgiləri" var: Ancaq onları rəsmi Bakı çəkib

 

Nikol Paşinyan üçtərəfli anlaşmaların məzmununu anlamaqda çətinlik çəkir: Ona görə də, erməni baş nazirin siyasi komandasında "yarpaq tökümü" sürətlənib...

Yenixeber.org: Ermənistanda hakimiyyət böhranı növbədənkənar parlament seçkilərini ciddi təhlükə qarşısında qoyub. Rəsmi İrəvan regional prose buslərin sürətinə və məzmununa uyğunlaşmaq da çətinlik çəkir. Və bu, birmənalı şəkildə seçki prosesinə mənfi məzmunda təsir göstərir.

Əsas məsələ ondan ibarətdir ki, yeni regional şərtlər nəqliyyat-kommunikasiya xətlərinin ən qısa zamanda açılmasını tələb edir. Bu, Gürcüstan istisna olmaqla, bütün regional oyunçuların maraqlarına tamamilə cavab verir. Hətta Ermənistanın bir dövlət kimi, yeni inkişaf şansı qazanması baxımından da taleyüklü xarakter daşıyır.

Ancaq Ermənistan öz qaranlıq keçmişi ilə gələcəyə yeni yanaşma prinsipləri arasında girova çevrilmiş vəziyyətdədir. Ermənistan cəmiyyəti indiki şərtlər daxilində inkişafın mümkün olmayacağını artıq qəbul etməyə yaxındır. Bununla belə, keçmişə başlı siyasi-ideoloji xəyallardan da imtina etməyə hazır deyil. Bu isə istər-istəməz kəskin siyasi-ictimai ziddiyyətləri stimullaşdırır.

moskva-gorush-6705520d13bc.jpg (86 KB)

Belə vəziyyətdən ən optimal çıxış yolu isə rəsmi İrəvanın siyasi iradə nümayiş etdirərək, yeni regional şərtlərə indeksləşmiş qətiyyətli qərarlar qəbul etməsi ola bilər. Halbuki, rəsmi İrəvan belə qətiyyətli siyasi iradəyə sahib deyil. Paşinyan hakimiyyətinin siyasi-ictimai dayaqlarının zəifləməsi buna imkan vermir. Yəni Ermənistanda hakimiyyət böhranı yaşanır.

Nəticə isə göz qabağındadır. Rəsmi İrəvan 10 noyabr və 11 yanvar anlaşmalarını icra etmək imkanlarını hər ötən gün daha çox itirir. Böyük ehtimalla növbədənkənar parlament seçkilərinin yekun nəticələri və qalibi məlum olana qədər belə davam edəcək. Anlaşmaların icrası istiqamətində atılan istənilən addım isə seçkilərin baş tutma ehtimalını azaldır.

Hazırda Ermənistanda hakimiyyət böhranı "yarpaq tökümü" mərhələsinə keçib. Bəzi önəmli dövlət orqanlarında istefalar bir-birini əvəzləməkdədir. Xüsusilə də Müdafiə Nazirliyindən bir neçə generalın baş nazir Nikol Paşinyanı ittiham edərək, istefa verməsi bu ölkədə əndişə yaradıb.

Son olaraq, xarici işlər naziri Ara Ayvazyan və onun müavini Qagik Qalaçyan istefa veriblər. Onlar son dövrlərdə Azərbaycana qarşı beynəlxalq hay-küyün əsas müəllifləri idilər. Bu hay-küy ilə Ermənistana elə bir fayda qazandıra bilməsələr də, onlar ölkədə daxili siyasi-ictimai qarşıdurmanı dərinləşdirməyi və hakimiyyət böhranını nəzarətdən çıxartmağı bacardılar. İndi isə dövlət adına heç bir şeyin qalmadığına əmin olduqdan sonra"batan gəmi"ini tərk edərək, qaçırlar.

1047309.jpg (57 KB)

Maraqlıdır ki, seçki prosesi baş nazir Nikol Paşinyanı da küncə sıxışdırıb. Bir müddət öncəyə qədər nəqliyyat-kommunikasiya xətlərinin açılmasının hər iki ölkəyə, eləcə də regionda maraqları olan dövlətlərə faydalı olacağını vurğulayan erməni baş nazir indi tərəddüdlər keçirməyə başlayıb. O, bir tərəfdən, "qarşılıqlı açılım"ın vacibliyindən danışır: "Bəziləri belə düşünürlər ki, guya Ermənistan Azərbaycan üzərindən müxtəlif istiqamətlərə nəqliyyat dəhlizləri qazanmalıdır. Azərbaycana isə belə imkan tanınmamalıdır. Onlar bunu necə təsəvvür edirlər, mən anlamıram. Çünki, hər şey yalnız qarşılıqlı əsasda ola bilər".

Digər tərəfdən isə erməni baş nazir Azərbaycan ilə Naxçıvana dəhlizin açılması mövzusunu müzakirə etmək niyyətində olmadığını vurğulayır: "Biz heç vaxt dəhliz məsələsini müzakirə etməmişik".

Göründüyü kimi, erməni baş nazir hətta özü ilə də kəskin ziddiyyətlər içərisindədir. Halbuki, Ermənistan baş naziri Nikol Paşinyan nəinki bu mövzunu müzakirə edib, hətta dəhliz məsələsi ilə bağlı öz üzərinə öhdəlik də götürüb. Buna əmin olmaq üçün 10 noyabr anlaşmasının 9-cu maddəsinə diqqət yetirmək kifayətdir.

zengezur_161019.jpg (107 KB)

Məsələ ondadır ki, həmin maddədə regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulur: "Ermənistan Azərbaycanın qərb rayonlarından Naxçıvana vətəndaşların və müxtəlif yüklərin daşınması məqsədilə ikitərəfli nəqliyyat əlaqəsinin təhlükəsizliyinə təminat verir. Nəqliyyat əlaqəsinə nəzarəti Rusiya FTX-nin Sərhəd Xidməti həyata keçirəcək. Tərəflər arasındakı anlaşmaya əsasən, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən yeni nəqliyyat-kommunikasiya xətlərinin inşa təmin olunacaq".

Göründüyü kimi, anlaşmada Azərbaycanı Naxçıvan ilə birləşdirəcək yeni nəqliyyat-kommunikasiya xətlərinin inşasından söhbət gedir. Ermənistan baş naziri bu maddəni diqqətlə oxuyub? Bəlkə oxuyub, ancaq anlaya bilməyib..?

Təbii ki, bu suallar hazırda rəsmi Bakını qətiyyən maraqlandırmır. Çünki həmin suallar birmənalı şəkildə yalnız Ermənistana və onun siyasi rəhbərliyinə aiddir. Ən əsası isə hər bir məğlub ölkənin öz "qırmızı cizgiləri" olur. Sadəcə, həmin "qırmızı cizgiləri" məğlub ölkə üçün məhz qalib dövlət çəkir. Məğlub ölkə isə buna riayət etməli olur.

7109.jpg (102 KB)

Təbii ki, biabırçı məğlubiyyətə uğramış Ermənistan üçün də qalib Azərbaycan və vasitəçi Rusiya tərəfindən "qırmızı cizgilər" çəkilib. İndi rəsmi İrəvan imzalanmış üçtərəfli anlaşmalarla öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcburdur. Ermənistanın bundan yayınmaq şansı yoxdur.

Hətta hakimiyyət dəyişikliyi belə, bu reallığı qüvvədə saxlayacaq. Yəni, bundan sonra Ermənistanda hakimiyyətə gələcək bütün siyasi qüvvələr üçtərəfli 10 noyabr və 11 yanvar anlaşmalarını icra etməyə məhkumdur.

Rəsmi Bakı da Zəngəzur dəhlizinin tezliklə reallaşacağına qətiyyən şübhə etmir. Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələ ilə bağlı tərəflər arasındakı müzakirələrdə önəmli nəticələrin əldə olunduğunu vurğulaması da xüsusi mesaj xarakteri daşıyır.

Rəsmi Bakı Ermənistanda seçkilərdə qalib gələcək siyasi qüvvəyə onu gözləyən ikitərəfli məsələləri elə indidən anlatmağa çalışır. Və bu, prosesin həm davamlı, həm də sürətli olması baxımından böyük əhəmiyyət daşıyır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam