Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Sovet ticarətində qayda-qanun yaradan nazir – Andropov Vaşenkonu necə təhdid edib...

 

 

Yenixeber.org: 15 il DTK-nın birinci kürsüsündə əyləşən Yuri Andropov ölkədə baş verən bütün hadisələrdən, törədilən cinayətlərdən, korrupsiya və rüşvət faktlarından, yüksək ranqlı dövlət məmurlarının “qaranlıq” işlərindən tam təffərüatı ilə məlumatlı olsa da, bir çox hallarda onlara qarşı mübarizə aparmaqdan çəkinmək məcburiyyətində qalıb. Kremldə Ukrayna klanının üzvlərinin meydan oxuması, Brejnevin ailə üzvlərinin hüdudsuz səlahiyyətləri DTK sədrini narahat etsə də, qıcıqlandırsa da, Andropov səbr və təmkin nümayiş etdirib. Baş katib vəzifəsinə iddialı olan Andropov Brejnevlə münasibətləri korlamaq istəməyib.

Andropov məqam gözləyib, mütləq hakimiyyətə sahib olduqdan sonra açıq müstəvidə ölkəni dağıdanlara qarşı mübarizə məqamını.

Nəhayət, 1982-ci ildə Yuri Andropov birinciliyə iddialılar arasında hamını qabaqlayaraq baş katib kürsüsünə əyləşib. Hakimiyyətə gəlişi ilə Andropov bütün sahələrdə olan neqativ hallarla qarşı mübarizəyə başlayıb, bunun üçün isə ilk növbədə kadr islahatları aparılıb.

800px-RIAN_archive_101740_Yury_Andropov,_Chairman_of_KGB.jpg (89 KB)

Andropov qısa müddətli hakimiyyəti dövründə 18 naziri vəzifəsindən uzaqlaşdırıb, əksər vilayət partiya komitələrinin birinci katibləri dəyişdirilib.

Keçmiş DTK şefi yeni vəzifəsində korrupsiyaya qarşı mübarəzini daha önə çəkib. Ölkənin ticarət sahəsindəki acınacaqlı vəziyyəti, bu sahədə olan qanun pozuntularını nəzərə alan Andropov SSRİ Ticarət Nazirliyinə də əl gəzdirib.

Həmin ərəfədə ticarət naziri Aleksandr Struyev olub. O, Brejnevin ən yaxın adamlarından biri sayılıb və bu vəzifəyə 1965-ci ildə təyin olunub. 18 il nazir vəzifəsini daşıyan Struyevi “baş katibin xəzinədarı” da adlandırıblar. O, nazir olduğu dövrdə heç kimlə hesablaşmayıb, bütün işlərini birbaşa Brejnevlə görüb. Ticarət sahəsindəki yeyintilərə, qanun pozuntularına, korrupsiyaya hüquq-mühafizə orqanları tərəfindən Brejnev-Struyev münasibətlərinə görə göz yumulub.

Təbii ki, DTK sədri kimi bütün bunlardan Yuri Andropovun da xəbəri olub. Elə bu səbəbdən də Struyev yeni baş katibin qara siyahısında yuxarı sıralarda dayanıb. Ticarət Nazirliyində kök salan Aleksandr Struyevi vəzifəsindən azad etmək çox da çətin olmayıb. Brejnevin həmyaşıdı olan nazirə Andropovun bir cümləsi kifayət edib ki, o, ərizəsini yazıb könüllü təqaüdə getsin: “Siz təqaüdə kommunist kimi getmək istəyirsinizsə, vəzifədən azad olunmaq haqqında ərizənizi yazın, əks təqdirdə biz sizin partiya biletinizi aldıqdan sonra təqaüdə göndərəcəyik...”

Ващенко_Григорій_Іванович.jpg (50 KB)

Ticarət naziri vəzifəsinə göz dikənlər çox olsa da, Andropov bu vəzifəyə Qriqori Vaşenkonu təyin edib. Vaşenko həmin vaxt Ukrayna Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyib. Ukraynada işlədiyi illərdə Vaşenko təmiz adam, vicdanını itirməyən kommunist, baçarıqlı, işgüzar, məsuliyyətli bir adam kimi tanınıb. Andropov onu hələ DTK-da işlədiyi dövrdən tanıyıb.

1920-ci ildə Xarkovda anadan olan Qriqori Vaçenko Xarkovdakı traktor zavodunda sıravi texniklikdən respublikanın Nazirlər Soveti sədrinin müavini vəzifəsinə pillə-pillə ucalıb. Ali texniki təhsili olan Vaşenkonun Ukraynada zavod və fabriklərin, istehsal müəssisələrinin açılmasında böyük rolu olub.
1983-cü ilin yanvar ayının əvvəlində Andropov Vaşenkonu qəbuluna dəvət edib. Ona ticarət naziri vəzifəsini təklif edəndə, Vaşenko bu təklifdən qəti şəkildə imtina edib, bildirib ki, ona yad olan bir sahəyə rəhbərlik etməyin öhdəsindən gələ bilməyəcək.

Birinci görüşdə Vaşenko Andropovun təklifindən yayına bilib. Amma baş katib fikrini dəyişməyib. Elə həmin yanvar ayının ortalarındaVaşenko ikinci dəfə Moskvaya çağrılıb. Bu dəfə Andropov onu Ukraynanın birinci katibi Vladimir Şerbitski vasitəsilə çağırtdırıb.

03.jpg (101 KB)

İkinci görüş qısa və konkret keçib. Andropov sabiq ticarət nazirinə dediyi sözləri, gələcək ticarət naziri üçün də təkrarlayıb: “Ya siz bu vəzifəyə təyin olunacaqsınız, ya da partiya biletiniz əlinizdən alınaraq təqaüdə göndəriləcəksiniz...”

Beləliklə, Qriqori Vaşenko 21 yanvar 1983-cü ildə SSRİ-nin ticarət naziri vəzifəsinə təyin olunub.
Ticarət sahəsində yeni adam olsa da, Qriqori Vaşenko bu qurumdakı neqativ halların aradan qaldırılmasında, zəncirvari yeyinti şəbəkəsinin dağıdılmasında mühüm rol oynayıb. Vaşenko bu vəzifədə cəmisi üç il işləyib, müddətin az olmasına baxmayaraq o, çoxlarının yaddaşında yaxşı nazir kimi qalıb.
Vaşenko Çernobıl qəzası baş verəndə də digər məmurlardan fərqlənib. Moskva məmurlarının bir çoxunun qəza yerinə getməkdən bəhanələrlə yayındıqları halda, Qriqori Vaşenko Mərkəzi Komitədən, SSRİ Nazirlər Sovetindən heç bir göstəriş almadan, həm də onlardan icazəsiz qəza yerinə yollanıb. O, çox operativ şəkildə şüalanmaya məruz qalanları, Çernobıldan və ətraf yaşayış məntəqələrindən təxliyə olunanları Moldaviyanın qırmızı şərabı, yaşıl çayı, Qafqazın mineral suları ilə təmin edib.

Г.І._Ващенка_поховано_в_Москві.jpg (120 KB)

1986-cı ildə təqaüdə çıxan Vaşenko ömrünün son illərini sakit, ictimai tədbirlərdən uzaq yaşayıb. O, 1990-cı ildə 70 yaşında vəfat edib. Sabiq nazir Moskvada Troekurovo qəbirstanlığında dəfn edilib.

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam