Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

PAPAĞI BOŞ QALMALI OLANLAR... -Və ya Azərbaycan əsgəri ermənilərin yaddaşında necə qalmalıdır?

 Bu yaxınlarda məşhur "Gallup" araşdırma mərkəzi Ermənistanda keçirdiyi rəy sorğusunun nəticələrini dərc edib. Həmin nəticələrə görə, müharibədəki məğlubiyyətə rəğmən, ermənilərin əksəriyyəti yenə Nikol Paşinyanın partiyasına səs verməyə hazırdır, onun partiyası yenə birincidir.

Yenixeber.org: Lakin eyni münasibət Paşinyanın özünə aid deyil. Belə ki, rəyi soruşulanlar rəğbət göstərdikləri siyasətçilərlə bağlı səsvermədə birinciliyi Paşinyana, yaxud Köçəryana, Sarqsyana yox, ombudsman Arman Tatoyana veriblər.

 

 

Erməni təhlilçilər bunu onunla izah edirlər ki, siyasi qüvvə, ideya, yol olaraq Paşinyanın partiyasının mövqeyi ermənilər tərəfindən bəyənilsə də, Paşinyan özü müharibədəki məğlubiyyətlə bərabər, Türkiyə və Azərbaycan barədə nisbətən loyal, bəzən barışdırıcı mesajlar verdiyinə, İlham Əliyevin qarşısında zəif və aciz göründüyünə görə partiyası qədər müsbət qəbul edilmir.

Arman Tatoyan isə korrupsiyadan uzaq reputasiyası ilə bərabər, qatı millətçi, anti-Türk və anti-Azərbaycan mövqeyilə seçilən, həyasızlıq, yalan, böhtan və təkəbbür sarıdan Ermənistandakı ən abırsız siyasi fiqurlardan biridir. Müharbə dövründə və ondan sonra bu şəxsin Azərbaycanın ünvanına atmadığı şər-böhtan, vay-şüvən qoparıb şikayət etmədiyi beynəlxalq təşkilat, xarici dövlət qalmadı. Və göründüyü kimi, bunu görən ermənilər nə Köçəryana, nə Sarqsyana, nə Tsarukyana, nə də Paşinyana yox, məhz ona üstünlük verirlər.

 

Arman Tatoyan

 

Tatoyanın siyasi partiyası yoxdur və onun seçkidə iştirak edib-etməyəcəyi də bəlli deyil. Lakin bu sorğu erməni cəmiyyətinin həmin bu Tatoyanı bir yandan korrupsiyadan uzaq duran, oğurluq etməyən, yeri gələndə Moskvaya “kəllə atmağı” bacaran Paşinyanın, digər yandan isə Azərbaycana və Türkiyəyə qarşı patoloji nifrəti olan, revanşizm hissilə alışıb-yanan, bir sözlə “türklərin qanını içməyə” hazır olan Köçəryan-Sarqsyan dəstəsinin “calağı” kimi görür.

Deməli, ermənilər “təmiz” və Azərbaycana “qan uddurmağa” hazır və bunu bacaracaq bir rəhbər istəyirlər. Bu isə onu göstərir ki, nə qədər kobud səslənsə də, “itin quyruğunu kəsməklə, qoyun olmaz” məsəli bu xəstə toplum üçün bu gün də keçərlidir. O, dəyişən, düzələn deyil. Və bu toplum güc dilindən başqa heç bir dil qanmır!

Belədə isə qoy, Azərbaycan əsgəri bu toplumun şüurunda, yaddaşında insanpərvərliyi ilə yanaşı, həm də qalib, güclü və yeri gələndə hətta amansız kimi qalsın!

Bütün bunları Azərbaycanda bir çoxlarının Bakıda Hərbi Qənimətlər Parkının təşkilinə, orada sərgilənən eksponatlara tənqidi münasibət göstərərək, insanlarımıza humanizm, mədəniyyət dərsi keçmək istəyənlərə xitabən qeyd edirik. Nədənsə hazırda onların səsi həmin parka etiraz edən ermənilərin səsindən də gur çıxır.

 

 

Özlərindən olsa “sülh göyərçini” rolu oynayan, barışıq tərəfdarı kimi çıxış edən həmin bu şəxslər tez-tez İkinci Dünya Müharibəsindən bir müddət sonra Rusiya və Almaniya arasındakı münasibətləri misal gətirirlər.

Lakin bilərəkdən, ya bilməyərəkdən unudurlar ki, Rusiyada almanlara xoş münasibətin kökündə heç də sülhsevərlik, humanizm, mədəniyyət yox, Almaniyanın özü-özlüyündə iqtisadi, elmi, mədəni və NATO üzvü olaraq hərbi güc olması, bir çox parametrlərə görə Rusiyanı dəfələrlə üstələməsi durur. Əgər Almaniya hazırda Rusiyadan aşağı, zəif, hörmətsiz bir ölkə, toplum olsaydı, rusların almanlara münasibəti bu gün ukraynalılara, polyaklara göstərilən münasibətdən heç də yaxşı olmayacaqdı. Və onu da unutmayaq ki, rus şovinizmi ilə erməni millətçiliyinin suyu eyni bulaqdan gəlir. Onlar yalnız gücə, zora hörmət etməyə alışıblar…

İndi bunları bilə-bilə həmin parkdakı bəzi eksponatları əldə bayraq tutub da onun təşkilini tənqid etməyin, gözdən salmağın, bununla da humanizm, mədəniyyət, müasirlik görüntüsü yaratmağın mənası nədir? 

Ən çox da erməni əsgərlərinin boş dəbilqələrinin asıldığı stendlərə, erməni ordusunun paltarı geydirilmiş fiqurlara irad tutulur və bunun üzərində az qala “fəlsəfi nəzəriyyələrə” söykənən ağlaşmalar qurulur.

 

 

 

Təbii ki, hər işdə olduğu kimi, bu parkın tərtibatında da hər şey ideal, qüsursuz olmaya bilər. Lakin ümumilikdə belə bir parkın quraşdırılmasına qarşı çıxmaq, buna görə onu təşkil edənləri tənqid etmək yumşaq desək, düşüncə darlığının göstəricisidir və heç də yaxşı niyyətdən xəbər vermir.

Məsələn, orada asılan boş dəbilqələr əslində müharibədə həlak olan erməni əsgərlərinin yaxınlarından daha çox paşinyanlara, köçəryanlara, sarqsyanlara, digər başkəsənlərə və onların havadarlarına mesajdlr. 

Eynilə “İskəndər” raketlərinin qalıqları kimi. Axı həmin raketlər kimi, erməni əsgəri də Qarabağda olmamalı və bu gün də papağı boş qalmamalı idi. Guya Ağdamda, Cəbrayılda, Kəlbəcərdə, Şuşada və s. “qulluq edən” erməni əsgərləri və onları “qəhrəman” adlandırıb oraya yola salanlar bu torpaqların ermənilərin olmadığını bilmirdilər?...

Nəhayət, bu boş dəbilqələr göstərir ki, istər şimaldan, istər cənubdan, istər qərbdən olsun, fərq etməz, Azərbaycanın torpağına, namusuna göz dikənlərin papağı bax, bu cür boş qalacaq!(azpolitika)

Cəlal Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam