Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Ermənilərin əksəriyyəti Paşinyana alternativ görmür və Azərbaycanla müharibə istəmir"

“Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün onu devirmək istəyən daxili və xarici mərkəzlərə gücünü göstərdi. Paşinyanın dəstək mitinqinə qatılanların sayı müxalifətin mitinqlərinə qatılanların sayını dəfələrlə üstələdi. Bu o deməkdir ki, ermənilərin əksəriyyəti Paşinyana alternativ görmür və Azərbaycanla yeni müharibə istəmir, o cümlədən Dağlıq Qarabağdan vaz keçib”.

Yenixeber.org: Bu barədə siyasi ekspert Elxan Şahinoğlu Ermənistanda baş verənləri şərh edərkən bildirib. O qeyd edib ki, buna baxmayaraq, Paşinyanın kütləvi mitinqi Ermənistanda siyasi və iqtisadi xaosa son qoymayacaq, tam əksinə qarşıdurma güclənəcək:

“Paşinyan bu gərginliyi artırmağa hazırdır. Onun erkən parlament seçkisi təklifini yenə səsləndirməsi və yarı prezident respublikasına keçidlə bağlı oktyabr ayında referendum keçirməsi istəyi də bundan xəbər verir. O, Baş nazir kreslosunu Prezident kreslosuna dəyişmək istəyir. Çünki Baş nazirin sözlərinə görə, 6 il əvvəl dəyişdirilən Konstitusiya yeni böhran yaradıb. Böhranın əsas səbəblərindən biri budur ki, Baş nazir Baş qərargah rəisini istefaya göndərə bilmir, Prezident də buna mane olur. Baş qərargahın rəisi Onik Qasparyan istefa vermək istəmir. İş o yerə çatıb ki, Paşinyanın Qasparyana qarşı ittihamına Baş qərargah rəisinin qızı sosial şəbəkə üzərindən cavab verib və Baş naziri satqın adlandırıb. Ermənistanda yaxın günlərdə siyasi qarşıdurmanın silahlı toqquşmaya və terrora keçidinin şahidi ola bilərik”.

Xatırladaq ki, Nikol Paşinyan ötən gün növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazır olduğunu bəyan edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam