10 noyabrda inqilab edə bilməyənlər 3 ay sonra bunu necə bacaracaq? -ŞƏRH
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı devirmək üçün növbəti mitinqini bu günə təyin edib. Əvvəlki mitinqlərdən fərqli olaraq ermənilər budəfəki aksiyanı ümumxalq mitinqinə çevirmək istəyirlər.
Yenixeber.org: Maraqlıdır, Vazgen Manukyanın liderliyi ilə təşkil edilən bu aksiyalar, konkret olaraq 20 fevral mitinqi öz məqsədinə çatacaqmı?
Məsələni şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, İrəvanda narazı ermənilər əvvəlki tək yenə də “böyük hədəflərdən” danışırlar. Politoloq mitinq öncəsi cəmiyyətdə olan ziddiyyətli ab-havadan söz açaraq deyib:
“Müxalifət Nikol Paşinyanı müharibədə məğlubiyyətin elanından, yəni 10 noyabrdan sonra devirə bilmədisə, 3 ay sonra bunu necə bacaracaq? Özü də mitinqin aparıcı qüvvəsi kimi “Daşnaksütyun” partiyası çıxış edir. O partiya ki, heç parlamentdə təmsil olunmayıb və ermənilər arasında nüfuzu yoxdur.
Bu arada, beynəlxalq aləmdə məşhur olan “Gallup International Аssociation” mərkəzinin İrəvan ofisinin Ermənistanda keçirdiyi sorğunun nəticələri diqqəti cəlb edir. Ermənistanın müharibədə məğlub olmasına baxmayaraq, sorğuya qatılanların 30 faizi erkən parlament seçkisində yenə də Paşinyanın “Mənim addımım” partiyasına səs verməyə hazır olduğunu bildirib. Bu 30 faiz əhalisi azalan Ermənistan üçün kiçik rəqəm deyil. Müqayisə üçün deyim ki, sorğu nəticəsinə görə, digər partiyalar “Mənim addımım”dan sonra gəlir. “Hansı siyasətçiyə üstünlük verirsiniz?” sualına cavabda da ilk sırada Nikol Paşinyan yer alır.
“Müharibədə məğlubiyyətə görə kim məsuliyyət daşıyır?” sualına cavabın nəticələri də maraqlıdır. Sorğuya qatılanların 32 faizi məğlubiyyətə görə keçmiş hakimiyyətlərin, yəni Robert Koçaryanın və Serj Sarkisyanın məsuliyyət daşıdığını vurğulayıblar. Yalnız 28 faiz Paşinyanın günahkar olduğunu söyləyib. Yəni ermənilərin əksəriyyəti məğlubiyyətə görə hazırkı hakimiyyəti günahkar saymır. Bu, aylardır Paşinyanın apardığı təbliğatın müsbət nəticəsidir.
Elə bizim özümüz də deyirik ki, Azərbaycan ordusu Koçaryan-Sarkisyan ordusu üzərində qələbə qazandı. Paşinyan iki ildən bir az çoxdur ki, hakimiyyətdədir. O, bu qısa zaman kəsiyində ordunu gücləndirmək imkanına malik deyildi. Buna baxmayaraq, ermənilərin sorğunun digər sualına verdiyi cavab onların “nağıla” inandığını da göstərir. Sorğuya qatılanların təxminən 31 faizə yaxını hesab edir ki, Ermənistan Şuşanı, Hadrutu və digər 7 rayonu geri qaytarmağa çalışmalıdır. Cəmi 3.1 faiz reallıqdan çıxış edərək Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımasıyla münaqişəyə son qoyulması gərəkliyini bildirib.
Eybi yoxdur, zaman keçdikcə bu nisbət də artar. Əsas odur ki, Şuşa və Hadrutu “geri qaytarmağı” gərəkli bilən 31 faiz də anlayır ki, Dağlıq Qarabağ da, ətrafı da azərbaycanlılarla məskunlaşacaq bölgə bundan sonra reallığı qəbul etmək məcburiyyətində qalacaq”.