Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Paşinyanın Kremlə “raket hücumu”-Erməni baş nazir nəyə arxayındır? 

 

Yenixeber.org: Paşinyanın Rusiyanın “İsgəndər” raketləri ilə bağlı söylədikləri böyük əks-sədaya səbəb olub. Ermənistan baş nazirinin sözügedən silahın istifadəyə yararsız olduğunu deməsi Rusiyada, ondan silah alan ölkələrdə, üstəlik,  müharibə tərəfi Ermənistanda və Azərbaycanda yeni siyasi həmlə kimi başa düşülür. Bu cümlələri Paşinyan özündən əvvəlki baş nazir Serj Sarkisyanın “”İsgəndər”lərdən vaxtında və yerində istifadə edilmədi” ittihamına  cavab olaraq işlətsə də, bunu daha çox Paşinyanın Moskvaya qarşı həmləsi kimi qələmə verirlər.  

Belədirmi? 

Paşinyanın bu cür antirusiya çıxışları etməsinin arxasında nə dayanır?  

                                Bir istinad – “GALLUP” sorğusu

Məşhur sosioloji araşdırmalar qurumu Ermənistanda seçilmiş respondentlər arasında bir neçə suala cavab axtarıb. Bu sualların cavabları bizim yazımız üçün maraqlı istinad nöqtəsi ola bilər. (Bütövlükdə sorğunu təhlil etmədiyimiz üçün biz onun ümumi nəticəsini və mövzumuz üzrə əlaqəli məqamlarını təqdim edəcəyik)  

Deməli, ilk olaraq rəyi sorşulanlardan Ermənistan siyasi elitasına 5 ballıq şkala ilə qiymət verilməsi təklif edilib. Bu qiymətləndirmədə bir neçə maraqlı məqam ortaya çıxıb: 

a) Ən yuxarı qiyməti Ermənistanın indiki baş naziri Nikol Paşinyan alıb. Onun ortalama qiyməti 2,8-dir. Onun ardınca prezident Armen Sarkisyan gəlir – 2,3. Üçüncü yerdə 2,2 balla “Çiçəklənən Ermənistan”ın lideri Qaqik Tsarukyandır. Ermənistan müxalifətinin baş nazirliyə vahid namizədi Vazgen Manukyan isə 1,6, ortalama bal alıb.  Keçmiş prezidentlərdən Robert Koçaryan 2, Serj Sarkisyan və Levon Ter-Petrosyan 1,7 bal alıblar. 

Bu nəticəni biz iki mühüm parametr üzrə gözdən keçirək. 

Birincisi odur ki, Ermənistanda hazırda ən ciddi nüfuza malik olan siyasətçi elə indiki baş nazirdir. Unutmaq olmaz ki, bu qiymətləndirmələr bir nəfərin bir neçə adama qiymət verməsi yolu ilə ortaya çıxır. Yəni eyni adam bütün siyasilərə qiymət verir və bunu seçkidə iştirak edən hamı edir, biz ümumi ortalama rəqəmi gözdən keçiririk. Bu zaman respondentlərin Paşinyanı birinci etməsi onun antirusiya çıxışlarının arxasındakı pərdəni açır. Görünür ki, ciddi nüfuz itkisinə məruz qalması ilə bərabər, Paşinyan hələ də Qərb cəbhəsinin əsas lideri kimi qəbul edilir. Bu qiymətləndirmədən çıxan ikinci ciddi nəticə budur ki, heç bir siyasətçi lazım olan ortalama kafi qiyməti ala bilməyib. Ən yüksək qiymət (Paşinyan 2,8) belə 3-ün altındadır.   Bu, o deməkdir ki, Ermənistanda hərbi məğlubiyyət və onun paralelində dərinləşmiş sosial problemlər ciddi apatiya yaradıb. Əhalinin siyasətə münasibətinin bu cür aşağı olması həm də onun gələcəkdə necə təşkil olunmasında maraqsız olacağı deməkdir. 

b) Respondentlərin cəmi 32 faizi indiki hakimiyyəti dəstəkləyir, 28 faizi isə Paşinyanı və komandasını Qarabağ məğlubiyyətinin  səbəbkarı kimi görür. Digər səbəbləri əsas gətirənlərin ümumi  faizi də 30-un üzərindədir. Buradan çıxan nətisə odur ki, məğlubiyyət ümumilikdə Paşinyanın üzərində qalmayıb.  Bu da hazırda Paşinyanın digərlərindən daha qabaqda olmasının ikinci mühüm səbəbi kimi gözdən keçirilə bilər.   

c) Daha maraqlı  bir məqam isə budur ki, respondentlərin 3,1 faizi “Azərbaycanın ərazi bütövlüyünü tanımaq və Qarabağdan imtina etməklə, problemi həll etmək” variantını seçib. Bu isə Ermənistanda indi ortaya çıxmış ictimai rəydir. 

Azərbaycan bu rəqəmin böyüməsi üçün addımlar ata bilərmi? Əlbəttə, bunun üçün birgəyaşayışın çətin sosial-iqtisadi vəziyyətdən çıxış yolu olduğunu əyani göstərmək çox vacibdir. 

                             Zəruri qeyd və şərh:

Bu yazı hazırlanarkən Ermənistanda siyasi böhran dərinləşib. Silahlı Qüvvələrin Baş Qərargah rəisi (o və iki müavini istefaya göndərilib) Paşinyanın istefasını tələb edib və bildirib ki, bu hökumət ölkəni uçuruma aparır. Uzun zamandır Rusiyanın Ermənistanda hərbi çevrilişə cəhd edib-etməyəcəyinə dair versiyalar səslənirdi. Hazırkı vəziyyət onu göstərir ki, “İsgəndər” polemikası əslində Paşinyanla işləməyin Moskva üçün mümkünsüz olduğunu göstərib. Hər nə qədər Kreml Ermənistanın daxili işinə qarışmadığını desə də, Robert Koçaryanın xalqı orduya dəstək verməyə çağırması hər şeyi açıq ortaya qoyur. Putinin razılığı olmasa, onun şəxsi dostu bu addımı atmazdı. Qiyam baş tutsa, Putinin dostu irəli çıxır, baş tutmasa, Kreml rəsmi olaraq bu işə qarışmadığını bəyan edib. 

Bu sətirlər yazılarkən Paşinyan vəziyyətə nəzarəti ələ almaq cəhdləri edir Nəticəni zaman göstərəcək… 

 Seymur Həzi


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam