Ermənistan parlamenti müxalifətin milli böhranla bağlı bəyanatını rədd edib
Ermənistan parlamenti "Şərəfim var" fraksiyasının irəli sürdüyü "Milli böhran və idarəetmənin iflası haqqında" bəyanatın layihəsini rədd edib.
Yenixeber.org xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Bildirilib ki, 48 deputat layihənin əleyhinə, 24 deputat lehinə səs verib, parlamentin iki üzvü isə bitərəf qalıb.
Daha əvvəl Dövlət və hüquq məsələləri komissiyası da sənədi rədd edib.