Rusiyanın itkiləri yeniləndi -STATİSTİKA
Ukrayna müharibənin 1336-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Yenixeber.org: Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 132 200 hərbçi, 11 278 ədəd tank, 23 436 ədəd zirehli döyüş maşını, 33 902 ədəd artilleriya sistemi, 1 520 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 229 hava hücumundan müdafiə sistemi, 428 ədəd hərbi təyyarə, 346 ədəd helikopter, 65 026 ədəd avtomobil texnikası, 72 600 ədəd PUA, 3 864 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 980 xüsusi avadanlıq itirib.