Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“İsgəndər”in yaradıcısı DANIŞDI -“Paşinyan ağzının danışığını bilmir”

 

Ermənistan baş aziri Nikol Paşinyanın müsahibəsində “İsgəndər” raketini pisləməsi Rusiyada ciddi narazılıq doğurub.

Yenixeber.org: “İsgəndər” raketinin yaradıcısı, texniki elmlər doktoru Vladimir Kovalyev da məsələyə reaksiya verib. O, Paşinyanı diletant və savadsız adlandırıb.

“Bizim komplekslərin yararsız olmasını iddia etdiyi üçün Paşinyan sözlərinə cavab verməlidir. O ağzının danışığını bilmir. İctimaiyyət önündə belə ciddi iddia səsləndirmək və sonra məslənin detallarını bilmədiyini söyləmək baş nazirə yaraşan hərəkət deyil. Onun “İsgəndər” raketlərinin 80-ci illərin silahı olması barədə sözləri savadız diletantlıq əlamətidir”.

Hərbi tədqiqatlar sahəsində 37 il təcrübəsi olan alim “İsgəndər” raketlərinin sınaqlarına qatıldığını və raketlərin həmişə partladığını əlavə edib. O, Qarabağ döyüşlərində “İsgəndər” raketlərin yalnız 10%-nin partladığını deyən Paşinyana savadını artırmağı tövsiyyə edib.

“O ya məktəbdə 2 ilə oxuyub, ya da qulağının ucu ilə eşidib ki, “İsgəndər” raketlərinin xaricə satılan nümunələrinin partlayış gücü Rusiya Ordusunun istifadə etdiyi raketlərdən 10% azdır. Bunu Moskva Yerevandan heç zaman gizlətməyib. Amma Paşinyanın yol verdiyi səhvlər heç məşhur erməni lətifələrində də olmur”- deyə Vladimir Kovalyev söyləyib. / Modern.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam