Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Qarabağda məşğulluq problemi prioritet olmalıdır-PROBLEM

 

İndiki şəraitdə işğaldan azad edilmiş ərazilərə köçürüləcək əmək qabiliyyətli əhalinin məşğulluğun təmin edilməsi dövlətin həll etməl olduğu birinci dərəcəli sosial-iqtisadi problemlər sırasına daxil edilməlidir. 

Yenixeber.org: Keçən əsrin 90-cı illərində Azərbaycanın formalaşmış milli ordusunun olmamasından, ölkəmizdə sosial-siyasi sabitliyin pozulmasından, hakimiyyət uğrunda gedən mübarizənin doğurduğu çaşqınlıqdan istifadə edən erməni birləşmələri xarici havadarlarının hərtərəfli siyasi-iqtisadi-hərbi yardımı ilə, nəinki Dağlıq Qarabağı, eləcə də, onun hüdudlarından kənarda olan Fizuli, Cəbrail, Qubadlı, Zəngilan, Kəlbəcər, Ağdam, Laçın rayonlarını da işğal etməyə nail olmuş, nəticədə bir milyona yaxın azərbaycanlılar qaçqın və köçkün vəziyyətinə düşmüşdü.Yenə də xarici havadarlarının dəstəyi ilə Ermənistan işğal etdikləri Azərbaycan ərazilərini 30 ilə yaxın öz əlində saxlamağa “nail olmuşdu”. Bütün bu müddət ərzində Azərbaycan humanizm nümayiş etdirərək işğal edilmiş ərazilərinin, beynəlxalq hüquq normalarına uyğun olaraq, sülh yolu ilə azad edilməsinə üstünlük vermişdi. Ancaq bu istiqamətdə çoxillik təşəbbüslərinin heç bir nəticə vermədiyini görən Azərbaycan, yenə də beynəlxalq hüquq normalarına, BMT-nın Nizamnaməsinə, ATƏT-in prinsiplərinə tam uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmri ilə, 27 sentyabr 2020-ci ildə torpaqlarının işğaldan azad edilməsi üçün hərb yolunu seçmək qərarına gəldi. Azərbaycan xalqının, dövlətinin, bütün siyasi qüvvələrin tam və yekdil dəstəyinə arxalanan qəhrəman Azərbaycan əskər və zabitləri 44 gün ərzidə torpaqlarımızı yağı düşməndən azad etməyə, dövlətimizin ərazi bütövlüyünü təmin etməyə nail oldu! İndi dövlətimizin qarşısında duran ən vacib problemlərdən biri erməni vandallarının xarabaya çevirdiyi ərazilərimizi bərpa etməkdən, bu ərazilərdən köçkün düşmüş bir milyona yaxın vətəndaşlarımızı dogma yurdlarına qaytarmaqdan ibarətdir. Qəti əminik ki, Azərbaycan dövləti qısa müddət əraində onların doğma yurdlarına qayıdışına nail olacaqdır. Ancaq, təbiidir ki, köçkünlərin işğaldan azad edilmiş doğma yurdlarına qaytarılması ilə iş bitmir. Ən əsas problemlərdən biri bu əraizlərə köçürülmüş əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsidir. Əks təqdirdə onlar iş axtarmaq məqsədi ilə doğma yurdlarını tərk etmək məcburiyyəti ilə üzləşə bilərlər. Ona görə də, hesab edirik ki, köçkünlərin işğaldan azad edilmiş ərazilərə qaytarılması həmin ərazilərdə müvafiq iş yerlərinin yaradılması ilə paralel aparılmalıdır. Fikrimizcə, bu problemin müvəffəqiyyətlə həll edilməsi üçün istehsal və ya xidmət sahələri yaradılarkən müvafiq ərazilərdə olan təbii sərvətlərin mövcudluğu nəzərə alınmalıdır.

Məlmdur ki, işğaldan azad edilmiş rayonlarımızda həm təbii sərvətlərin hasilatı, həm də onların emalı məqsədi ilə müxtəlif istiqamətli hasilat və emal sahələrinin yaradılması üçün kifayət qədər potensial imkanlar vardır. Gözəl, səfalı və zəngin təbiətə, çox saylı təbii və qədim abidələrə (erməni vandalları onları məhv etsələr də tezliklə bərpa ediləcəkdir) malik olan bu ərazilər həm də, turizmin inkişafı üçün əhəmiyyətli imkanlara malikdir. Ancaq yaradılacaq bu müəssilərdə kimlərin məşğul olacağı əsas məsələlərdən biridir. Yaxşı olardı ki, bu müəssisələrə öz doğma yurdlarına qayıtmış yerli sakinlərin cəlb edilməsinə üstünlük verilsin. Bu yerli sakinlərin məşğulluq probleminin həll edilməsinə və onların azad edilmiş ərazilərdə daimi məskunlaşmasına imkan yaradardı.Təbiidir ki, bunun üçün yerli sakinlər müvafir ixtisaslara, peşələrə, təhsilə, iş təcrübəsinə malik olmalıdırlar. Ancaq yaradılması nəzərdə tutulan müəssisələrdə işləmək üçün yerli sakinlər arasından kimlərin cəlb edilməsi məsələsinə bu müəssisələr yaradılmamışdan əvvəl və ya paralel şəkildə baxmaq lazımdır. Bunun üçün ilk növbədə müvafiq rayonda hansı hasilat, emal və ya xidmət müəssisələrinin ilkin olaraq yaradılmasının məqsədəuyğunluğu, həmin müəssisələrdə işləmək üçün tələb olunan təhsil, peşə-ixtisas, iş təcrübəsinə olan tələblər müəyyən edilməlidir; həmin rayona qayıdılması nəzərdə tutulan əhali arasında əmək qabiliyyətli əhalinin sayı, cins-yaş, peşə-ixtisas, təhsil tərkibi araşdırılmalıdır; onların sırasında müvafiq müəssisədə işləmək üçün üyğun təhsilə, ixtisasa, peşəyə, təcrübəyə malik olanların sayı və cins-yaş tərkibi müəyyən edilməlidir; əgər onların sayı kifayət edəcək səviyyədə deyilsə, yerli sakinlər arasından çatışmayan müvafiq peşələr və ixtisaslar üzrə kadrların hazırlanması təşkil edilməlidir.

Fikrimizcə, yalnız qeyd edilən ardıcıl yanaşma məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə könüllü qayıdışına və orada daimi məskunlaşmalarına imkan və şərait yarada bilər. Əks halda doğma

torpaqlara qayıtmaq arzusu nə qədər güclü olsa da, bir müddət sonra, işsizlik səbəbindən, insanlar bu torpaqları tərk etməli olarlar.

Nəzərə almaq lazımdır ki, işsizlik təkcə fərdin problemi deyil, o, həm də ictimai problemdir. Ona görə də, dövlətin həll etməli olduğu əsas sosial-iqtisadi problemlərdən biri məşğulluğun tənzimlənməsi və işsizliyin səviyyəsinin minimuma endirilməsidir. Hesab edirik ki, indiki şəraitdə işğaldan azad edilmiş ərazilərə köçürüləcək əmək qabiliyyətli əhalinin məşğulluğun təmin edilməsi dövlətin həll etməl olduğu birinci dərəcəli sosial-iqtisadi problemlər sırasına daxil edilməlidir.

Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri (xüsusi olaraq yenixeber.org üçün)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam