Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ermənilər Kəlbəcərdən və Laçından çıxmaq haqda razılaşmanı pozur

Yenixeber.org: Dağlıq Qarabağda qanunsuz erməni hakimiyyəti keçmiş DQMV ilə Ermənistan Respublikası arasındakı ərazini tərk etmək istəmədiyini rəsmən bəyan edib. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları fəaliyyət planına uyğun olaraq noyabrın 15-dək ermənistan silahlı qüvvələri Kəlbəcər rayonundan, noyabrın 20-dək Ağdam rayonundan çıxmalıdır.

İşğalçılar dekabrın 1-dək "Laçın dəhlizi" istisna olmaqla,  Laçın rayonunu tərk etməlidir. Erməni hərbçilərlə birlikdə mülki əhali və yerli hakimiyyət də bölgəni tərk etməyə hazırlaşırdı.

Lakin Qarabağın qanunsuz erməni hakimiyyəti əhalini "Kaşataq və Şaumyan rayonlarını tərk etməyə tələsməməyə" çağırıb.

İşğalçı rejimin işğal edilmiş əraziyə dair qəbul etdiyi inzibati xəritəyə görə Kaşataq rayonu Laçın rayonunun böyük bir hissəsini, Qubadlı və Zəngilan rayonlarını əhatə edir.

İşğalçılar Şaumyan rayonu kimi Azərbaycanın Kəlbəcər rayonunun ərazisini adlandırırlar.

"Ərazi güzəştləri və bu baxımdan bəyan edilmiş müddətlər Dağlıq Qarabağ hökuməti ilə müzakirə olunmayıb",- Qarabağ rəhbərinin mətbuat katibi Vaqram Poqosyan Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, bu müzakirələr başlayan kimi, müvafiq dəqiqləşmələr olacaq və hökumət bəyanatla çıxış edəcək.

Qarabağda qalmaq niyyəti haqda xəbəri erməni keşiş də təsdiqləyib. “Dağlıq Qarabağda Dadivank monastır kompleksi (alban-red.) Azərbaycan tərəfinə verilməyəcək", - məbədin keşişi Ovannes Ovannisyan "SputnikArmenia"nın müxbirinə bildirib.

Separatçı rejimin rəhbəri Araik Arutyunyan ona telefon edərək və xaçkarlara toxunmamağı tapşırıb. "O dedi ki,  Dadivank bizim olub və bizim də olacaq", - Ovannes bildirib.

 

"Biz Dadivankı türklərə vermirik", - Ovannes Aysor.am müxbirinə deyib.

Bundan öncə keşiş demişdi ki, xaçkarların və artefaktların çıxarılması məsələsi ilə məşğul olmaq məcburiyyətindədir. Kəlbəcərin Azərbaycan tərəfinə verilməsi xəbəri onun üçün şok oldu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam