Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Brejnevin uşaqlıq və gənclik dostu –Novikov onun hesabına SSRİ baş nazirinin müavini olub

 

 

 

Yenixeber.org: 1983-cü ilin iyul ayında Rostov vilayətində inşası davam etdirilən nəhəng “Atommaş” zavodunun tikintisi başa çatmış korpuslarında çatların yaranması Kremldə ciddi narahatlığa səbəb olub. Bu haqda Yuri Andropova məruzə edəndə baş katib dərhal Siyasi Büronun iclasını çağırıb. İclasa zavodun inşasına cavabdehlik daşıyan SSRİ Dövlət Tikinti Komitəsinin sədri İqnati Novikov da (o, eyni zamanda SSRİ Nazirlər Sovetinin sədr müavini vəzifəsini də daşıyıb) dəvət olunub. Andropov qarşısındakı sənədlərə nəzər salaraq bildirib ki, zovodun inşası üçün ən keyfiyyətli xammal və materiallardan istifadə olunub və zavodun tikintisinə büdcədən kifayət qədər böyük vəsait ayrılıb. Bütün gözlər Novikova dikilib, Andropov onu sorğu-suala tutub:

- İqnati Trofimoviç, tikinti ilə bağlı bütün sənədlər mənim qarşımdadır. Necə ola bilər ki, zavod hələ istismara verilməmiş korpuslarında çatlar yaranır?

İ.Novikov baş katibin sualını cavabsız qoyub. Andropov yenidən ona müraciət edib:

- Sənədlərdən göründüyü kimi, tikintidə ən keyfiyyətli xammal və materiallardan istifadə edilib. Bu zavodun inşası üçün ayrılan vəsait isə büdcə ayırmalarında əks olunan ən böyük rəqəmlərdən biridir. Belə olan halda problemlər necə yaranıb?
Novikov başını aşağı dikərək bu sualı da cavablandırmayıb. Sonda Siyasi Büro tikintidə yaranmış problemlərin araşdırılması ilə bağlı Mərkəzi Komitədə xüsusi komissiyanın yaradılması ilə bağlı qərar çıxarıb. Komissiyaya Siyasi Büronun üzvü Mixail Solomentsev rəhbərlik edib. Komissiyanın ilk rəyindən sonra İqnati Novikov SSRİ Nazirlər Soveti sədrinin müavini, SSRİ Dövlət Tikinti Komitəsinin sədri vəzifələrindən azad edilib.
Bəzi araşdırmaçıların qənaətiniə görə, Andropovun Novikovu bütün vəzifələrindən azad etməsinin başqa səbəbləri olub. Zavodun tikintisidə yaranan problemlər isə Andropov üçün tutarlı bəhanəyə çevrilib.

Игнатий_Трофимович_Новиков.jpg (51 KB)

İqnati Novikov 1907-ci ildə Dneprodzerjinskdə anadan olub. O, Leonid İliç Brejnevlə eyni məktəbdə, eyni sinifdə oxuyub, həmçinin onlar Kamensk Metallurgiya İnstitutunda da (Dnepr Dövlət Texniki Universiteti) birlikdə təhsil alıblar. Sözsüz ki, bütün bunlar Novikovun gələcək karyerasında böyük rol oynayıb, Brejnev məktəb və institut yoldaşından himayəsini əsirgəməyib.

Bir müddət Saratovda, Qorkidə, Kremençuqda mühəndis, sex rəisi, zavod direktoru işləyən Novikov Brejnev Mərkəzi Komitəyə gəldikdən sonra vəzifə pillələrini sürətlə qalxıb. O, 1958-ci ildə SSRİ elektrostansiya nazirinin müavini vəzifəsinə təyin edilib. Daha sonra o, bir pillə də yüksələrək energetika naziri vəzifəsinə təyinat alıb. 1962-ci ildə isə ona daha böyük vəzifə, SSRİ Nazirlər Soveti sədrinin müavini, eyni zamanda SSRİ Dövlət Tikinti Komitəsinin sədri vəzifəsi həvalə edilib.
Müasirlərinin xatirələrində Novikov “anlaşılmayan şəxs” kimi xarakterizə olunub. O da vurğulanıb ki, Novikov vəzifə karyerası üçün bütün vasitələrə əl atıb.

1595963154285783377.jpg (132 KB)

Maraqlı faktlardan biri odur ki, 1962-ci ildə Novikov SSRİ-də tikilən ən böyük su anbarlarının birinin layihəsini Xruşova təqdim edəndə həmin layihənin ərazisində olan rayonların birinin adını “Xruşov” rayonu adı ilə göstərib. Layihə ilə əvvəlcə Aleksey Kosıgin tanış olub. Novikovun bu qeydi Kosıgini təəccübləndirib. Nəyə görə belə etdiyini soruşanda isə cavab onu daha da təəccüblənidirb:

- Mən istəyirən ki, Nikita Xruşovun adını daşıyan rayon və şəhərlərimiz olsun.

Kosıgin ona özünəməxsus cavab verib:

- Bu təklif və təşəbbüslə Xruşov öz əyləşdiyi baş nazir kürsüsünü sizə verməyəcək. Buna tam əmin ola bilərsiniz.
Brejnevin baş katib kürsüsünə gəlişindən sonra Novikovun mövqeləri daha da möhkəmlənib. O, üzdə çox görünməsə də, məmurlar yaxşı biliblər ki, istənilən məsələni Novikovla həll etmək mümkündür.

78289.jpg (103 KB)

Məlum olduğu kimi, 1974-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin Vyanada keçirilən sessiyası 22-ci Yay Olimpiya Oyunlarının SSRİ-də keçirilməsi haqqında qərar qəbul edib. Olimpiya paytaxtına iddialı olan Moskva və Los-Anceles şəhərləri arasında rəqabətdə səsvermə zamanı SSRİ-nin paytaxtı 39-20 səs fərqi ilə ABŞ-ın ikinci ən böyük şəhərini arxada qoyub. Olimpiya Oyunlarının SSRİ-də keçirilməsi beynəlxalq müstəvidə siyasi hadisə kimi qiymətləndirib. Bu məsuliyyəti dərk edən Kreml oyunlara ciddi hazırlıq işlərinə başlayıb. Qarşıya çıxan ilk sual isə Olimpiya oyunlarının təşkilat komitəsinə kimin rəhbərlik edəcəyi ilə bağlı olub. Brejnev Novikovun təşkilat komitəsinin sədri olması ilə bağlı təşəbbüs irəli sürüb. Bu təşəbbüsə qarşı çıxan ilk şəxs Yuri Andropov olub. Ümumiyyətlə, Andropov Novikovu mütəxəssis kimi dəyərləndirsə də, onu siyasi fiqur kimi qəbul edə bilməyib. Müzakirələr çox da davam etməyib. Brejnev Novikovla bağlı qərarını dəyişməyib.
Olimpiya oyunları təşkilat komitəsinin sədri kimi Novikov bütün gücünü sərf edib. Bu da bir faktdır ki, 64 ölkənin boykot etdiyi və SSRİ-də keçiriləcəyi artıq şübhə altına düşən 22-ci Yay Olimpiya Oyunlarının baş tutmasında Novikovun xidmətləri həm Beynəlxalq Olimpiya Komitəsində, həm də Kremldə yüksək qiymətləndirilib.

загружено.jpg (167 KB)

Uğurla başa çatan oyunlardan sonra Novikov “Oktyabr inqilabı” ordeni ilə təltif olunub. Beynəlxalq Olimpiya Komitəsi isə ona hədiyyə olaraq “Mersedes” markalı avtomobil hədiyyə edib. Sonralar Novikovun oğlu öz xatirlərində bu avtomobillə bağlı təəssüratlarını belə bölüşüb:

“Atam bu maşından, demək olar ki, istifadə etmirdi. Cəmisi bir-iki dəfə sürmüşdü. Günlərin birində o, maşını dəyişmək istədiyini bildirdi. Səbəbini soruşanda dedi ki, maraqlanmışam, onun ehtiyat hissələri tapılmır, tapılanda da çox baha qiymətə satlır. Bu söhbətdən bir neçə gün sonra axşam evimizə bir nəfər gəldi. Atam “Mersedes”i həmin adamın “Niva” avtomobili ilə dəyişdi. Üstündə atama əlavə pul da verdilər...”

Yuxarıda qeyd etdiyimiz ki, 1983-cü ildə Yuri Andropov Novikovu bütün vəzifələrindən azad edib. O, təqaüddə olduğu illərini öz müalicəsinə və memuar yazmağa sərf edib.

novikov_it.jpg (171 KB)

İqnati Novikov1993-cü ildə, 86 yaşında vəfat edib. O, Moskvada, Kuntsevo qəbristanlığında dəfn olunub.(musavat)

İlham Cəmiloğlu


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam