Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Moskva görüşündən nə gözlənilirdi və nə alındı?-TƏHLİL

 

Yenixeber.org: Yanvarın 11-də Moskvada Putin-Əliyev-Paşinyan üçtərəfli görüşü zahirən sakit keçib, baxmayaraq ki, görüş başa çatdıqdan sonra Nikol Paşinyanın açıq-aşkar məyusluğu görünürdü. 4 bəndlik bəyanatın razılaşdırılmasına sərf edilmiş 4 saatlıq vaxt danışıqların gərginliyinə dəlalət edir.

Rusiyanın görüşün əvvəlində ifadə etdiyi məsələləri və tezisləri (demarkasiya, sülhməramlılar, humanitar və mədəni dəyərlər, nəqliyyat və infrastruktur) yada salsaq, Putinin qeyd etdiklərindən yalnız sonuncu bənd birgə bəyanata daxil edilib.

Öz növbəsində, Əliyev yanvarın 6-da keçirilən müşavirədə son çıxışında sülhməramlıların gərəksiz səlahiyyətlərini, Qarabağda silahlı döyüşçülərin olmasını və xarici vətəndaşların və Ermənistan rəsmilərinin regiona sərbəst şəkildə səfər etməsini tənqid etmişdi.

Paşinyan Moskvaya getməzdən əvvəl iki məsələdən – hərbi əsirlərin azad edilməsi və Ermənistan üçün kommunikasiyaların açılması məsələlərindən bəhs etmişdi.

Amma yekun brifinqdə Ermənistan baş naziri narazılığını gizlətmirdi. O, Qarabağ münaqişəsinin keçmişdə qalması məsələsində Əliyevlə razılaşmayıb, hələ həll ediləcək çox məsələ olduğunu deyib. O, Qarabağın statusunun həll edilməmiş qalmasını və Bakının erməni hərbi əsirləri təhvil verməkdən imtina etməsini əsas problem kimi qeyd edib.

Rusiya prezidenti bütün bu mövzulardan hər vəchlə yayınıb və görüşün səmərəliliyinə və onun regionun gələcəyi üçün böyük əhəmiyyətinə diqqət çəkib. Əliyevin çıxışında da tənqid olmayıb, o, əvvəllər dediklərinə zidd olaraq, Rusiya sülhməramlılarının fəaliyyətini müsbət qiymətləndirib.

Bu, Moskvanın Bakının “pasport rejiminin” sərtləşdirilməsi haqqında tələblərini təmin etməsi və Qarabağda silahsızlaşdırılma çağırışını dəstəkləməsi mənasına gələ bilər.

Yol infrastrukturunun açılmasına gəlincə, Bakı Qarabağ daxilindəki yolları da buraya aid edir. Buna görə Ermənistan üçün Naxçıvan və Qazaxdan dəmir yolunun açılması Bakının Qarabağ daxilində ermənilərin nəzarəti altında olan yollardan istifadə etməyəcəyi demək deyil.

 

Erməni hərbi əsirlərinin təhvil verilməsindən imtina Azərbaycan tərəfdən də hərbi əsirlərin və itkin düşmüşlərin mövcudluğu ilə bağlıdır. Təsadüfi deyil ki, Azərbaycan Müdafiə Nazirliyi Moskva görüşünün keçirildiyi gün itkin düşmüş 64 hərbi qulluqçunun siyahısını dərc edib. Bakıda ədalətli olaraq hesab edirlər ki, onların bir hissəsi əsirlikdədir, ermənilər isə bunu inkar etməyə çalışırlar.

Bu siyahıda Azərbaycan SQ-nin iki podpolkovniki, mayorları, kapitanları, leytenantları, serjantları və sıravi əsgərləri var. Bakı onları təhvil almadan 62 hərbiçini təhvil verməyə, çətin ki, razılaşsın.

Moskva görüşünə yekun vuraraq, demək olar ki, Yerevanın 10 noyabr bəyanatından sonra yaranmış status-kvonu dəyişdirmək cəhdləri uğurlu olmayıb. Ermənistan tərəfin 28 il ərzində etdiyi kimi, indi artıq Bakı status-kvonu saxlamağa çalışır.

Böyük ehtimalla iddia etmək olar ki, qapalı qapılar arxasında tərəflərin məlumat vermədiyi başqa razılaşmalar da əldə edilib. Amma onların nəticələri mütləq yaxın gələcəkdə məlum olacaq. Putin və Əliyevin görüşün yekunlarından razı qalmasından, Paşinyanın isə razı qalmamasından göründüyü qədər, bu razılaşmaların nələr olduğunu təxmin etmək olar.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam